Dark Green Light Green White Corporate Geometric Company Internal Deck Business Presentation



Yüklə 13,41 Kb.
səhifə2/2
tarix22.12.2023
ölçüsü13,41 Kb.
#154047
1   2
insan eko sb iş

Göstəricilər

Preparatlar

sintetik

xroniki

KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMƏ VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
Kimyəvi maddələrin canlı orqanizmlərə zərərli təsir göstərmə qabiliyyəti zəhərlilik adlanır. Hələ XVI əsrdə Parasels qeyd etmişdir ki, bütün maddələr zəhərlidr, onların zəhərliliyini yalnız doza (konsentrasiya) təyin edir. Bunu orqanizm üçün həyati zəruri hesab edilən mikroelementlərin (dəmir, mis, sink, kobalt, selen və b.) misalında aydın görmək olar. Bu göstərilən maddələrin orqanizmə kifayət qədər daxil olmaması anemiya, kardiomiopatiya və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Lakin onların izafi dərəcədə daxil olması toksiki (zəhərlilik) effekt yaradır. Davamlı toksik birləşmələrin siyahısı hələlik tam müəyyənləşdirilməyib. İlkin varianta 64 maddə, o cümlədən 12 davamlı üzvi çirkləndiricilər (DÜÇ) aid edilib dövlətlərarası Stokholm Konvensiyasına daxil edilmişdir. Bu konvensiyada bir sıra kimyəvi maddələrin (bəzi pestisidlər, PXB (polixlorbifenil) də daxil olmaqla) istehsalı və istifadəsinin ləğv edilməsi (qadağan olunması) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Təklif olunan davamlı toksik birləşmələrinin (DTB) siyahısına aşağıdakılar aiddir: • Pestisidlər: aldrin, xlordan, DDT, dieldrin, eldrin, heptaxlor, mireks, toksafen, heksaxlorsikloheksan (lindan); • Sənaye maddələri: heksaxlorbenzol, PXB; pentaxlorfenol, ftalatlar – dietilheksilftalat, dibutilftalat, bisftalat, heptaxlor, xlorbenzollar, sianidlər; • Metallar: qurğuşun, civə, kadmium, arsen, nikel, xrom, berillium, civənin, qruğuşunun, qalayın üzvi birləşmələri; • Əlavə (yardımçı) məhsullar; dioksinlər, furanlar, politsiklik aromatik karbohidrogenlər (PAK); • Suyun dezinfeksiya məhsulları: xloroform, 1,1 – dixloretan, 1, 1, 1- trixloretan; • Digər maddələr. Dünyanın bir sıra ölkələrində (ABŞ, Kanada, Meksika) ətraf mühitin DDT, xlordan, lindan, PXB və civə ilə çirklənməsinin azaldılması üzrə Milli fəaliyyət Planı (MFP) hazırlanmış və həyata keçirilir. Son onilliklərdə Avropada bir çox ağır metalların və davamlı üzvi birləşmələrin (DÜB) tullantıları azaldılmışdır. ABŞ və digər bəzi ölkələrdə etilləşdirilmiş benzindən istifadənin qadağan edilməsi nəticəsində uşaqların qanunda qurğuşunun və İsveçdə ana südündə heksaxlorbenzol funqisidin miqdarı azalmışdır. Spesifik təsir xarakterinə malik olan kimyəvi maddələr haqqında aşağıda ətraflı məlumat verilir.
Yüklə 13,41 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə