1. scada sisteminə istismar və texniki dəstək göstərəcək scada/Avtomatika üzrə mühəndis: Peşə təlimatının qısa təsvirinə dair məlumat



Yüklə 16,74 Kb.

tarix20.09.2017
ölçüsü16,74 Kb.


1. SCADA sisteminə istismar və texniki dəstək göstərəcək 

SCADA/Avtomatika üzrə mühəndis:

 

 

Peşə təlimatının qısa təsvirinə dair məlumat: 



Şəhər  su  təchizatı  və  kanalizasiya  sistemlərinin,  su  təmizləyici  qurğular 

komplekslərinin  avtomatik  idarəetməsində,  ölçmələrin  aparılmasına  və  s.  istismar 

fəaliyyətlərə  texniki  dəstək  göstərir,  yarana  biləcək  hər  hansı  bir  nasazlıqların  aradan 

qaldırılmasına  səy  göstərir.

 

Bütün  elektrik  və  elektronik  cihazların  sazlanması,  təmiri, 



kalibrasiyası və onlar üzərində nəzarət aparmaq, müxtəlif hesabatlar hazırlamaq. 

 

 



Peşə üzrə tələb olunan təhsil səviyyəsi:

  

  Su təchizatı sisteminin SCADA istismar və texniki dəstək göstərəcək  heyət ən az 



aşağıda sadalanan sahələrin hər hansı biri üzrə universitet məzunu olmalıdır. 

a)  “Avtomatika və idarəetmə”  

b)  “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” 

  Aidiyəti sahə üzrə ən az 1-3 il iş təcrübəsi 

  21 yaşından yuxarı  

  Fiziki-psixoloji sağlamlığa dair tibbi arayışa malik olmalı 

 

Vəzifə funksiyaları:  

  Bütün təmir və kalibrasiya qeydlərinin aparılması 

  Pozulmaları müəyyən etmək və nəzarət ölçü cihazlarını sazlamaq 

  Sistemin  normal  fəaliyyətini  təmin  etmək  üçün  şərtlərlə  bağlı  dəyişiklik  və 

yeniliklərdə effektiv bir tərzdə davranmaq və 

təşəbbüs göstərmək

 

  Avadanlıqların  alınmasını  tövsiyə  etmək,  spesifikasiyalar  və  tender 



sənədlərin hazırlanması 

  Texnoloji  prossesin  effektiv  və  etibarlı  şəkildə  getməsi  üçün  nəzarət  işləri 

aparmaq 

  Dayanma  və  xarab  olmaların  qarşısının  alınması  üçün  cari  təmir  və  texniki 

qulluq cədvəlini tərtib etməli və nəzarətdə saxlamalı 

  Prossesdəki  dəyişiklikləri  analiz  edir,  anomaliyalar  halında  hesabat  verir, 

anormallıqların düzəldilməsi üçün səbəb araşdırması həyata keçirməli 

  Prosesinin  tələblərinə  uyğun  olan  optimal  işləyişi  və  hesabat  sistemlərinin 

optimal çalışmasını təmin etməli 



  Nöqsanların  səbəblərinin  müəyyən  edilməsində,  test  yoxlamalarının 

aparılmasında  və  prossesin  tələbinə  uyğun  dəyişikliklərin  aparılmasında 

əməliyyatda çalışan mütəxəssislərlə əməkdaşlıq etməli 

  Nəzarət  sistemləri  üzrə  tələb  olunan  təlim  və  işçilərin  işə  giriş  və  sonrakı 

təlim almalarında yardım etməli 

  Təhlükəli  hadisələr,  iş  qəzaları  və  təhlükəsizlik  normalarının  pozulması 

barəsində hesabat verməlidir. Hər zaman təhlükədən azad iş mühitini təmini 

üçün 


təşəbbüs göstərməli 

 

Peşə üzrə tələb olunan bilik və bacarıqlar: 

  Proses  axın  diaqramlarının,  fövqəladə  hal  diaqramlarının,  hidravlik 

xarakteristika hesabatlarının və s. bu kimi layihə sənədlərini analiz etmə bilik 

və bacarığı 

  Avtomatika və idarəetmə sistemləri layihələrini oxuya və analiz edə bilməli 

  PLC  konfiqurasiyası,  quraşdırılması,  optimallaşdırılması  və  təmiri  bilik  və 

bacarığı 

  SCADA/ HMI sistem platformaları proqramlarının proqramlaşdırılması bilik 

və bacarığı 

  PLC  ilə  təchiz  olunmuş  proseslərin  və  maşınların  prinsipial  və  elektrik 

sxemlərini oxuma bilik və bacarığı 

  Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı 

  Sahə  cihaz  və  avadanlıqlarının,  mühərrik  sürücülərinin    və  s.  texniki 

vasitələrinin  işləmə  prinsiplərini  bilməli,  idarəetmə  kontrollerləri  ilə 

əlaqələrinin qurulması istiqamətində bilik və bacarığı olmalı 

  Sənaye xəbərləşmə şəbəkələri metodlarını bilməli və bacarığı olmalı  

  Hidravlika və pinevmatika sistemlərini bilməli 

  Kompüter əməliyyat sistemləri ümumi anlaması 

  Sənədləşmə təcrübəsi  

  Sistemin funksional tələblərini, əməliyyat mərhələlərini bilməli 

  Hesabat hazırlama bacarığı 



Peşə üzrə tələb olunan şəxsi keyfiyyətlər: 

 

Müstəqil və səmərəli şəkildə işləməyi 



 

Keyfiyyətə xüsusi diqqət 

 

Yaxşı ünsiyyət qurma bacarığı 




 

Yüksək səviyyədə şəxsi intizam və dəqiqlik (punktual və verilən zaman kəsiyində işi 

yerinə yetirmək bacarığı) 

 

Ətraf mühitin qorunmasına xüsusi diqqət və qənaətcil davranış (zərərli tullantıların 



və enerji istehlakının minimum olmasını təmin etmək) 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə