Qaz quyularının quyudibi avadanlıqları



Yüklə 118,52 Kb.
səhifə1/3
tarix30.12.2023
ölçüsü118,52 Kb.
#166184
  1   2   3
C fakepathL7stud (1)


Qaz quyularının quyudibi avadanlıqları

  • Qaz quyularının quyudibi avadanlıqları bir çox faktorlardan asılıdır:

1) qazladoymuş kollektoru təşkil edən süxur və sementləyici materialın litoloji tərkibi;
2) süxurların mexaniki möhkəmliyi;
3) kəsiliş üzrə layın kollektor xüsusiyyətlərinin qeyri-bircinsliliyi;
4) məhsuldar kəsilişdə qazlı, neftli və sulu layların olması;
5) strukturda və qazlılıq sahəsində quyunun yeri;
6) quyunun təyinatı (hasiledici, vurucu, müşahidə).

  • Əgər qaz yatağı lay və ya massiv tiplidirsə, qazla doymuş kollektor bərk süxurlarla (sementlənmiş qumlar, əhəngdaşılar, dolomitlər, anhidritlər) təmsil olunubsa, məhsuldar kəsilişdə neftli və sulu laylar yoxdursa, hasiledici quyuların quyudibi açıq ola bilər.

  • Bu halda istismar kəmərini məhsuldar layın tavanına qədər endirib, keçiriciliksiz araqatda başmaq quraşdırılır və kəməri quyuağzına qədər sementləyirlər. Bərk hissəciklərin və mayelərin yaxşı çıxması üçün quyudibindən layın süzgəc hissəsinə quyruq kəməri endirilir.Qazla doymuş lay zəif sementlənmiş süxurlardan təşkil olunubsa, məhsuldar kəsilişdə neftli-sulu araqatları izlənilmirsə, quyunun açıq quyudibi müxtəlif tipli torlu, keramik, metal-keramik, çınqıllı, şüşə-plastik süzgəclərlə təchiz edilir və quyudibi zonanın yumşaq süxurları büzücü maddələrlə möhkəmləndirilir


Quyudibi zona avadanlıqları


Quyudibi: a) – açıq, b) – perforasiya edilmiş; c), d) – süzgəc quraşdırılmış. 1 – quyunun borularla bərkidilməmiş hissəsi; 2 – açılmış deşiklər; 3 – kipkəc; 4, 6 – süzgəc; 5 – sement; 6 – süzgəcli quyruq kəməri; 7 – istismar kəməri.

  • Yumşaq kollektorlarda layın quyudibi zonası məsaməli mühitə maye büzüşdürücü maddələrin – üzvi polimer maddələrin vurulması ilə bərkidilə bilər ki, bunlar da polimerləşmənin katalizatoru ilə qarşılıqlı təsirdə bərkiyərək, yumşaq süxuru sementləşdirirlər.

  • Laykollektorun temperaturundan və mineral tərkibindən asılı olaraq büzüşdürücü kimyəvi maddələr kimi: 1) üzvi qətranlar; 2) plastik kütlələr; 3) ”permatrol” kimi xüsusi tərkiblər istifadə olunur.

  • Üzvi qətranlar kimi epoksid, fenolformaldehid, obpamid qətranlar tətbiq olunur.

  • Əgər quyunun məhsuldar kəsilişində müxtəlif tərkibli qazlı laylar varsa və ya gilli araqatları ilə növbələşən qaz, neft və sulu laylar müşahidə olunursa, bu halda quyudibinin açıq olması yolverilməzdir.

  • Bu şəraitdə quyular məhsuldar kompleksin dabanına qədər qazılır, qoruyucu kəmərlə bərkidilir və quyuağzına qədər sementlənir. Quyu və lay bu və ya digər tipli perforasiyanın köməyi ilə əlaqələndirilir.

  • Əgər perforasiya kanalları vasitəsilə quyuya qum gəlirsə, bu zaman ora yerin üstündə yığılmış süzgəclər endirmək olar.



Qaz və qazkondesat quyularının mənimsənilməsi



  • Quyuların mənimsənilməsi məhsuldar laydan neft, qaz və qazkondensat axını yaratmaq üçün görülən bir sıra kompleks işlərdən ibarətdir. Məqsəd, qazma zamanı quyudibi zona qazma məhlulu ilə çirkləndikdən ony çirklənmədən təmizlənməsi və layın təbii keçiriciliyinin bərpa edilməsidir.

  • Quyuların mənimsənilməsi məlum olan üsullarla, quyudibinə düşən statik təzyiq azaldılır ki, bu zaman ( Pl ) lay təzyiqi ilə quyudibi təzyiqi ( Pq.d ) arasında təzyiq düşgüsü yaranır (∆P) və nəticədə quyudibinə neft, qaz və ya qaz kondensatın hərəkəti başlanır və məhsulun axını baş verir.

  • Quyu məhsulunun laydan quyudibinə axınını yaratmaq üçün aşağıdakı üsullar vardır:

– quyudakı gil məhlulunun daha aşağı xüsusi çəkisi olan maye ilə tədricən əvəzlənməsi;
– quyuda maye səviyyəsinin aşağı salınması;
– aerasiya üsulu (quyuya eyni zamanda maye və qaz vurulması);
qazlift üsulu;
– svablama;
– porşenləmə.

  • Dərin və yüksək təzyiqli dəniz qaz və qaz kondensat yataqlarındakı quyuların əsas məmimsənilməsi üsulu, quyudibinə hidrostatik təzyiq salan yuyucu mayenin (quyuya perforasiyaya qədər doldurulmuş maye) xüsusi çəkisi daha az olan mayelərlə (su, neft, dizel yanacağı və s.) əvəzlənməsidir. Bir sıra hallarda aerasiya və qazlift üsullarından da istifadə edilir.

  • Dəniz yataqlarındakı quyuların mənimsənilməsinin, qurudakı analoji quyuların mənimsənilməsindən aşağıdakı spesifik xüsusiyyətləri var:

– Dəniz neft, qaz və qazkondensat yataqlarındakı quyular əsasən maili qazılmış quyulardır və onların quyuağzı, göyərtəsinin sahəsi məhdud olan stasionar platformalarda yerləşdirilir;
– Yüksək təzyiqli dərin quyuların mənimsənilməsi zamanı hər hansı bir gözlənilməz fövqəlhadisə (açıq fontan, qrifon, yanğın və s.) baş verərsə, təhlükəsizlik və dənizin çirklənməsinin qarşısının alınması tədbirlərinin görülməsidir. Belə ki, işçi personal dərhal təhlükəsiz yerlərə təxliyyə olunmalıdır;
– Dəniz şəraitində quyuların mənimsənilməsi və istismarı zamanı təhlükəsizliyi təmin edən problemlər; quyuların və texnoloji qurğuların, hidrotexniki qurğuların uzunömürlülüyü, etibarlılığı və qəzasız işləməsi üçün bütün tədbirlərin görülməsi daimi aktualdır və bu işlər mütəmadi olaraq görülməlidir
- Quyuların mənimsənilməsi və sonrakı istismar prosesi zamanı, quyu məhsulu nəql edilərkən sualtı boru kəmərlərində, dəniz mühitində və şəraitində tez-tez temperaturun dəyişməsi və düşgüsü ilə əlaqədar olaraq qaz hidratlarının yaranmasıdır;
– Yüksək təzyiqli quyuların normal şəraitdə mənimsənilməsini və istismarını təmin etmək üçün, müxtəlif növ mürəkkəbləşmələr yaranarsa, onların qarşısının vaxtında alınması üçün stasionar platformaların üst tikililəri tikilərkən; kimyəvi maddələrin, inhibitorların və başqa vasitələrin yerləşdirilməsi və istifadə edilməsi (dozator-nasosları) üçün xüsusi yer ayrılmalıdır.

  • Yuxarıda deyilən xüsusiyyətləri də nəzərə alaraq, yüksək təzyiqli dərin dəniz neft, qaz və qazkondensat quyularının mənimsənilməsi və istismarı üçün quyularda iki cərgəli qaldırıcı liftlərdən istifadə edilir ki, bu zaman quyuya I cərgə üçün diametri 114 mm olan (əlavə olaraq 73 mm), II cərgə üçün diametri 73 mm olan nasoskompressor boruları endirilir. Bu nasos-kompressor boruları xüsusi növ poladdan olmalı və yüksək hermetikliyi təmin edən borular olmalıdır.

Quyuların aerasiya üsulu ilə mənimsənilməsi.

  • Dərin dəniz neft, qaz və qazkondensat yataqlarındakı quyuların mənimsənilməsi, perforasiyadan sonra quyuda olan gil məhlulunun, xüsusi çəkisi (sıxlığı) az olan mayelərlə (neft, kerosin və s.) əvəzlənməsi ilə başlayır. Əgər bu zaman məhsuldar laydan quyudibinə axın yaranmırsa, onda aerasiya üsulundan istifadə edirlər.

  • Aerasiya üsulunun mahiyyəti ondan ibarətdir ki, quyudakı və qaldırıcı borulardakı mayenin sıxlığının tədricən azaldılması üçün eyni zamanda quyuya, qaldırıcı borular vasitəsilə, maye (neft) və sıxılmış qazın (sıxılmış hava) vurulmasıdır.

  • Aerasiya işlərini yerinə yetirmək üçün quyuların fontan armaturlarına, (iki cərgə nasos kompressor boruları endirilmiş quyularda) sıxılmış hava (qaz) manifoldu birləşdirilir.



Quyuların mənimsənilməsi üçün hava manifold sisteminin yığılması


1, 4, 7 – texniki manometrlər; 2, 3, 8, 9, 10 – ventillər; 5 – qazpaylayıcı batareyadan gələn yüksək təzyiqli qaz xətti; 6 – Nasos aqreqatından gələn maye xətti.


  • Qaz xətti-5 həlqəvi fəzaya, maye xətti-6 isə boruarxası fəzaya birləşdirilir və uyğun olaraq onlarda qazpaylayıcı batareyaya və nasos aqreqatına birləşir.

  • Quyulardakı maye səviyyəsindən asılı olaraq aerasiya işləri iki variantda görülür:

Birinci variant.

  • Birinci variant layda udulma olmadıqda tətbiq edilir. 3 və 10 nömrəli ventillərin bağlı və 2, 8, 9 nömrəli ventillərin açıq vəziyyətində nasos aqreqatı vasitəsilə maye həlqəvi fəzaya (I və II cərgə arasında qalan fəza) vurularaq maye dövriyyəsi yaradılır. Maye dövriyyəsinin təzyiqini 1 və 7 manometrləri ilə qeyd edirlər. Qazpaylayıcı batareyadan gələn qaz xəttinin (5), 3- ventili bağlı olduqda təzyiqinə 4-manometri ilə nəzarət edilir; həlqəvi fəzadan dövriyyədə olan mayenin təzyiqi, qaz xəttindəki təzyiqdən 0,2-0,3 MPa aşağı düşdükdən sonra, 3-ventili azacıq açaraq dövriyyədə olan mayeyə işçi agent (sıxılmış qaz) qaz verilir ki, bu da öz növbəsində dövriyyədə olan mayenin sıxlığının azalmasına səbəb olur.

  • Qazın açıldığı andan etibarən, 1-manometri ilə qeyd edilən təzyiq tədricən qalxmağa başlayır və bu bir müddət davam edərək stabilləşir. Buna səbəb quyu daxilində hərəkət edən mayenin sıxlığının çox olmasıdır.

  • Qaz-maye qarışığı II cərgənin başmağından II cərgə qaldırıcı boruların daxilinə keçdikdən sonra təzyiq tədricən düşməyə başlayır və prosesin gedişi zamanı 3 nömrəli ventil tədricən açılaraq quyuya verilən qazın həcmi artırılır ki, bu da mayenin sıxlığının daha da azalmasına səbəb olur.

  • Quyuya verilən qazın artırıldığı andan, verilən mayenin həcmi azaldılır və proses zamanı quyuya verilən sıxılmış qaz 3-ventili tam açılaraq, maksimum həddə çatdırılır, bu zaman quyuya maye vurulması tam dayandırılır və 8; 9 №li ventillər bağlanılır, quyu işə düşdükdən sonra isə 2; 3№li ventillərdə bağlanılır.

İkinci variant (məhsuldar layda udulma olduqda).

  • Əgər məhsuldar layda udulma varsa, deməli mənimsəniləcək quyuda mayenin səviyyəsi quyunun ağzından aşağı səviyyədə olur. Bu halda quyuya 8; 9; 10 №li ventillər bağlanılır və 2; 3 №li ventillər açılaraq həlqəvi fəzaya maksimum həcmdə və təzyiqdə işçi agent (qaz) verilir və bu 4 №li manometrlərlə qeyd edilir. Bundan sonra 2 və 3 №li ventillər bağlanılır (5№li QPB gələn xəttə maksimal təzyiq saxlanılır), nasos aqreqatı işə salınaraq maye xətti (6) ilə quyuya 10 №li ventilin bağlı, 8; 9 №li ventillərin açıq olduğu halda maye vurulur, bu 7 №li manometrlə qeydə alınır. Vurulan mayenin təzyiqi, 4 №li manometrdəki təzyiqdən 0,5-0,6 MPa çox olmalıdır, sonra 2 №li ventil açılır, xətdəki qaz maye ilə həlqəvi fəzaya sıxışdırılır. Təzyiq düşdükdən sonra proses təkrarlanır, quyuya qaz yasdıqları (“poduşka”) salındığı üçün quyudakı mayenin də sıxlığı azalır və quyudibinə düşən hidrostatik təzyiqdə azalır və quyu işə salınır.

Qazlift üsulu

  • Bu üsulda quyuların mənimsənilib istismara daxil edilməsi üçün geniş istifadə edilən üsullardan biridir. Bu üsulda quyuya endirilmiş qaldırıcı borular vasitəsilə sıxılmış yüksək təzyiqli qaz (işçi agent) verilərək (həlqəvi fəzadan) quyudakı maye mərkəzdən sıxışdırılaraq çıxarılır və quyudakı maye səviyyəsi aşağı salınır, quyudibinə düşən hidrostatik təzyiq də azalır.

  • Ancaq bununla belə çox dərin quyuların bu üsulla məmimsənilməsində quyuların işə salınması üçün çox yüksək işəsalma təzyiqi tələb olunur. Bundan əlavə quyuda maye səviyyəsinin birdən-birə çox aşağı salınması quyudibinə düşən hidrostatik təzyiqin kəskin düşməsi səbəbi ilə laydan quyuya bir anda güclü axın yaradaraq quyudibi zonanın dağılmasına səbəb olar.

  • Ona görə quyudakı maye səviyyəsinin tədricən aşağı salınması üçün qazlift klapanlarından istifadə edilir. Qazlift klapanları növbə ilə müxtəlif dərinliklərdə I cərgə borularına bağlanılaraq quyuya endirilir.

  • Şəkildə göstərildiyi kimi qazlift klapanlarının (1; 2; 3) növbə (ardıcıllıqla) ilə sıxılmış qaz (işçi, agent) quyuya verilərək işə salınması nəticəsində quyuda maye səviyyəsi tədricən aşağı salınaraq quyuya verilən depressiya artırılır. Bunun nəticəsində quyu işə salınır.

Qazlift klapanlarının köməyi ilə quyuda maye səviyyəsinin aşağı salınması



1, 2, 3 – qazlift klapanları; 4 – quyunun süzgəci; 6 – quyuda mayenin səviyyəsi; 7 – sıxılmış qazın (işçi agent) verilmə istiqaməti; 8 – Nasos-kompressor borularında (qaldırıcı borular) qaz-maye qarışığı; 9 – qaz-maye qarışığının quyunun atqı xətti vasitəsilə çıxarılması




  • I cərgə qaldırıcı borulara, müxtəlif dərinliklərdə bağlanaraq quyuya təzyiqlərə hesablanmış qazlift klapanları endirilir və onların vasitəsilə dərin quyular mənimsənilir.

  • Qazlift klapanlarının iş prosesi zamanı onların işə düşməsi yuxarıdanaşağı prinsipi ilə ardıcıllıqla baş verir. Bunun üçün qazlift klapanları tənzimlənir (laboratoriyada).

  • İş prosesinin sonunda quyu sonuncu qazlift klapanı ilə (texnoloji rejiminə əsasən) işlədilir, bu zaman yuxarıdakı klapanlar bağlı olur.

  • Sıxılmış qazın (işçi agentin) təzyiqi ilə idarə edilən qazlift klapanları konstruksiyasına görə iki sinfə bölünür:

– tarazlaşdırılmış klapanlar
– tarazlaşdırılmamış qazlift klapanları .

  • Tarazlaşdırılmış klapanların bağlanma və açılma təzyiqləri eyni olur, lakin tarazlaşdırılmamış qazlift klapanlarınınkı isə fərqli olur.




Yüklə 118,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə