Qaz quyularının quyudibi avadanlıqları



Yüklə 118,52 Kb.
səhifə3/3
tarix30.12.2023
ölçüsü118,52 Kb.
#166184
1   2   3
C fakepathL7stud (1)

Fasiləsiz üsulda qaz və ya qazkondensat quyularının texnoloji rejimi elə seçilir ki, lay–quyudibi–quyu lüləsi (gövdəsi)–quyuağzı sistemində hərəkət edən quyu məhsulunun sürəti, laydan quyuya daxil olan mayenin quyuağzındakı ilk seperasiya qurğusunadək qaldırılmasını təmin etsin.

  • Fasiləli üsulda quyudibində toplanmış maye ya quyu üfürülməklə (quyunun üfürülməsi dedikdə, müəyyən məhdud zamanda depressiyanın maksimum artırılması üçün quyudibinə düşən təzyiqin qısa müddət ərzində aşağı salınması nəzərdə tutulmalıdır), yəni quyu gövdəsində quyu məhsulunun hərəkət sürətinin maksimum artırılması hesabına toplanmış maye yer səthinə qaldırılır, ya da quyu dayandırılaraq quyudibində toplanmış maye təkrar laya vurulur.

  • Mayenin təkrar laya vurulması zamanı səthi-aktiv maddələrdən də (SAM) istifadə etmək olar (layda köpüklü sistem yaratmaq üçün).

  • Qaz və qazkondensat quyularının quyudibində toplanmış mayesinin hansı üsulla quyudibindən kənarlaşdırılması, məhsuldar layın geoloji-mədən xarakteristikasından, quyunun konstruksiyasından, kəmərarxası sementlənmənin keyfiyyətindən və s. səbəblərdən asılı olaraq seçilir.

  • Quyuların quyudibi zonasında (layda) və quyunun dibində minimum maye yığılması üçün quyudibi təzyiq və temperatur tənzimlənməlidir. Quyu işləyərkən quyudibi təzyiqdən və temperaturdan asılı olaraq quyudibinə daxil olan qazdan ayrılan mayenin və kondensatın miqdarını, kondensasiya izotermləri və qazın nəmliliktutumu əyriləri ilə müəyyən etmək olar.

  • Qaz və qazkondensat quyularının quyudibində toplanmış mayenin çıxarılması və ya laya vurulması üsulunun effektivliyini müəyyən etmək üçün quyularda xüsusi tədqiqat işləri aparılmalı və texniki-iqtisadi hesabatlar hazırlanmalıdır.

  • Quyudibində toplanmış mayenin təkrar laya vurulması üçün quyular adətən 2-4 saat müddətinə dayandırılır və maye laya vurulur. Quyu təkrar işə salınarkən onun debiti adi rejimindəkindən çox olur və bu quyuların dayandırıldığı müddətdəki itkiləri kompensasiya edir. Təcrübədə bu üsuldan nadir hallarda istifadə edilir.

  • Qaz və qazkondensat quyularının quyudibində toplanmış mayesinin çıxarılması üçün quyu atmosferə adətən 15-30 dəqiqə müddətində üfürdülər, bu zaman quyudibində qazın sürəti 3-6 m/san həddinə çatmalıdır.

  • Bu üsul ən sadə üsuldur və quyuların debiti qısa müddət ərzində bərpa olunur, lakin bununla belə bu üsulun bir sıra çatışmazlıqları var: mayenin quyudibindən tam təmizlənməməsi; depressiya artırılarkən laydan gələn suyun daha da intensivləşməsi təhlükəsinin olması, quyudibi zonada layın təbii strukturunun pozulması riskinin olması, quyuda qum tıxacının yaranması ehtimalının olması və s.

  • Qaz və qazkondensat quyularının quyudibində toplanmış mayenin quyudibindən fasiləli üsulla çıxarılması prosesində quyudibinə SAM vurulması prosesin effektivliyini artırır.

  • Belə ki, quyudibinə vurulan köpükəmələgətirici maddə (SAM) su ilə kontakta girərkən “barbotaj”edilmiş qazın maye sütunundan keçməsi zamanı köpük yaranır, yaranmış köpüyün sıxlığı suyun sıxlığından çox az olduğu üçün, hətta qazın sürəti (0,2-0,5 m/san) olduqda belə yaranmış köpüklü məhlul quyu ilə yer səthinə qaldırılır.

  • Lay sularının minerallaşması 3-4 qr/l olduqda 3-4%-li sulfanol məhlulu tətbiq edilir, amma minerallaşma (15-20 qr/l) olduqda isə sulfoturşulu natrium duzlarından istifadə edilir.

  • Qaz və qazkondensat quyularının dibinə yığılmış mayenin fasiləsiz üsulla çıxarılması, çıxarılan qazın müəyyən hərəkət sürəti hesabına baş verir, bu zaman axın qaz-damcı (maye) tipli ikifazlı sistemdən ibarət olur.

  • Məlumdur ki, bu zaman mayenin çıxarılması qazın 5 m/san sürətilə qaldırıcı lift borularının diametrinin 63-76 mm olması hesabına təmin edilir.

  • Quyudibindəki mayenin çıxarılması üçün tətbiq edilən üsullardan biri də quyudibi klapanları ilə işləyən qazlift sistemləridir.

  • Bu zaman qaz boruarxası fəzadan çıxarılır, maye isə quyudibi və qazlift klapanları ilə endirilmiş NKB-rı ilə (daxilindən) çıxarılır.

  • Quyudakı klapana yayın sıxılma qüvvəsi və təzyiqlər fərqi təsir edir. Təzyiqlər fərqi NKB-dakı mayenin və boruarxasındakı (aşağı) maye sütunlarının saldığı təzyiqlər və boruarxası fəzadakı qazın (yuxarı) təzyiqdən yaranır.

  • Klapana təsir edən qüvvələr boruarxası fəzada da mayenin toplanma səviyyəsi hesablanarkən qüvvələr fərqi nəzərə alınaraq hesablanır, quyudibi klapan açılır və toplanmış maye NKB-lara daxil olur.

  • Boruarxasındakı mayenin səviyyəsi müəyyən edilmiş həddə qədər düşdükdən sonra quyudibi klapan bağlanır. NKB-nın daxilində maye o vaxta qədər yığılır ki, qazlift klapanları işə düşsün. Qazlift klapanları açıldıqdan sonra boruarxası fəzadan qaz NKB-na daxil olur və orada toplanmış mayenin quyuağzına qaldırır.

  • NKB-da maye səviyyəsi azaldıqdan sonra qazlift klapanları bağlanır. NKB-nın daxilində boruarxası fəzadan quyudibi klapanı vasitəsilə keçən maye yığışır və proses təkrarlanır.




  • Qaz və qazkondensat quyularının dibindən mayenin fasiləsiz üsulla çıxarılmasının bir növü də “uçan klapan” tipli plunjerli liftdir. Bu üsulda NKB-nın aşağı hissəsinə boru məhdudlaşdırıcısı, fontan armaturasına isə yuxarı amartizator quraşdırılır.

  • Plunjer NKB-nın içinə yerləşdirilir, bu plunjerə istiqamətləndirici kanal – “silindr” olur, plunjer isə “porşen” rolunu oynayır. İstismar təcrübəsinə əsasən müəyyən edilmişdir ki, plunjerin optimal qalxma sürəti (1-3 m/san) düşmə sürəti isə (2-5 m/san) olur.

  • Qaldırıcı boruların başmağında qazın sürəti 2 m/san çox olduqda fasiləsiz plunjerli lift üsuldan istifadə edilir.




  • Qaz və qazkondensat quyularında lay təzyiqi çox aşağı olduqda isə quyudibində toplanmış mayenin çıxarılması üçün quyu nasoslarından istifadə edilir. Bu üsulla quyudibindəki mayenin çıxarılması, çıxarılan qazın hərəkət sürətindən asılı olmur və quyuağzı təzyiqi 0,2-0,4 MPa azaltmaq mümkün olur.

  • Beləliklə, quyudibindəki mayenin nasos üsulu ilə çıxarılması o zaman tətbiq edilir ki, artıq digər üsulları tətbiq etmək mümkün olmur və ya onların tətbiqi effektiv olmur.

  • Quyu nasosları NKB-da quraşdırılır, qaz isə boruarxası fəzadan çıxarılır. Qazın nasosun işinə mane olmaması üçün NKB-rı quyunun süzgəcindəki maye səviyyəsinin daxilinədək endirilir.




  • Hidratlarla mübarizənin əsas üsulları təzyiqin aşağı salınması, temperaturun artırılması, qazın qurudulması və ya antihidrat inhibitorlarının tətbiqidir. Quyuda hidratlar əmələ gəldikdə, hidratların əmələ gəlməsinin başlanğıc təzyiqindən aşağı təziqə nail olmaq üçün yalnız quyu atmosferə təmizləməklə mümkündür.

Yüklə 118,52 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə