Qaz quyularının quyudibi avadanlıqları



Yüklə 118,52 Kb.
səhifə2/3
tarix30.12.2023
ölçüsü118,52 Kb.
#166184
1   2   3
C fakepathL7stud (1)

Qaz və qazkondensat quyularında quyu dibinə yığılmış mayenin quyudan çıxarılması üsulları və avadanlıqları



  • Qaz quyularında laydan quyudibinə quyu məhsulu ilə birlikdə daxil olan lay sularının və buxar halında olan suyun kondensasiyası nəticəsində quyudibinə su yığılır.

  • Qazkondensat quyularında isə laydan gələn qaz kondensatı da buna əlavə edilir. Bununla da qaz və qazkondensat quyularının süzgəclərinin bir hissəsi maye ilə tutulur ki, sonda bu quyunun debitinin azalması ilə nəticələnir.

  • Qaz və qazkondensat yataqlarının işlənmə və istismar dövrünün başlanğıcında qazın tərkibində olan maye (su) və kondensatın miqdarı az olur və bu yatağın ilk dövründə lay təzyiqinin yüksək olması səbəbindən quyudibində və quyu gövdəsində hərəkət edən quyu məhsulunun yüksək sürəti hesabına quyudibinə yığışmağa imkan tapmadan quyu ilə tam həcmdə yer səthinə qaldırılır.

  • Zaman keçdikcə qaz və qazkondensat quyularında hərəkət edən quyu məhsulunun sürəti tədricən azalır, laydan quyudibinə daxil olan suyun və kondensatın miqdarı artdığı üçün layın öz enerjisi hesabına onların tam həcmdə yuxarı qaldırılması təmin edilə bilmədiyi üçün mayenin quyudibinə yığılması prosesi baş verir.

  • Bu isə quyudibinə düşən və laya təsir edən əks təzyiq yaradır, quyunun süzgəc hissəsində maye sütunu ilə bağlanır ki, bu da quyunun debitinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olur, bəzi hallarda isə quyunun tam dayanmasına gətirilib çıxarır.

  • Bunun qarşısının alınması, qaz və qazkondensat quyularının effektiv işinin təmin edilməsi üçün əsasən iki üsulldan istifadə olunur:

– laydan quyudibinə daxil olan mayenin çıxarılması;
– laydan quyudibinə gələn lay sularının qarşısının alınması üçün quyuların quyudibi zonalarında müxtəlif növ təcrid-izolə işlərinin aparılmasıdır.

  • Məhsuldar laydan quyudibinə daxil olan maye iki üsulla quyudibindən kənarlaşdırılır; fasiləli və fasiləsiz üsullarla.


  • Yüklə 118,52 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə