Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.

səhifə1/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   122


- 2 - 
 
 
 
 


- 3 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
BİOLOGİYA 
SALEH MƏHƏRRƏMOV  
                                         Naxçıvan Dövlət Universiteti   
                                         salehmaharramov@mail.ru   
UOT:581.6 
YOVŞAN-ÜZƏRLİK QARIŞIĞININ GÖZ 
BƏBƏYİNİN MƏNFƏZİNƏ TƏSİRİ 
 
 
Açar sözlər: yovşan, üzərlik, bişirmə, göz bəbəyi, toksiki təsir 
 
Key wordswormwood, drooping, solution, pupil, toxic effects 
 
Ключевые слова: полынь, гармала, отвар, глазной зрачок, токсическое действие 
Ümumdünya  səhiyyə  təşkilatının  ekspertləri  belə  hesab  edirlər  ki,  gələcəkdə  parazitar 
xəstəliklərin  müalicəsində  istifadə  edilən  antihelmintiklər  dərman  bitkilərindən  hazırlanmış  təbii 
preparatlara  məxsus  olmalıdır.  Qədim  dövrlərdən  xalq  təbabətində  bu  məqsədlə  antiparazitar 
xassəyə  malik  bitkilərdən  istifadə  edilir:  zəncirotu  kökləri, air  (bataqlıq  zanbağı), erkək  ayıdöşəyi, 
dazıotu, ölməzçiçək, kəklikotu, yovşan, balqabaq toxumları və s. [8].  
İndiki  dövrdə  də  bir  çox  adamlar  çoxəsrlik  təcrübələrə  əsaslanan  xalq  təbabətinin  resepti 
əsasında  belə  preparatlara  daha  çox  etibar  edirlər.  Bitki  mənşəli  təbii  preparatların  səmərəliliyi 
kimyəvi  mənşəlli  preparatları  ötüb  keçir.  Ekstraksiyanın  müasir  texnologiyası  bitkilərdən  yüksək 
fəal  maddələr  almağa  imkan  verir  (efir  yağları,  acı  maddələr,  fitonsid  təbiətlilər).  Bitki  mənşəlli 
maddələr özlüyündə mürəkkəb fitonsid kompleksləri təmsil edir belə ki, onların antiparazitar təsiri 
geniş  spektiri  təmin  edir.  Nəticədə  orqanizmdə  helmint  üçün  keçilməz  olan  bitki  zəhərlərinin 
konsentrasiyası  yaranır.  Onlar  yalnız  sahib  orqanizm  üçün  təhlükəsiz  olmur,  həm  də  orqanizmin 
müdafiə gücünü gücləndirir.  
Bitkilər  elə  seçilir  ki,  müəyyən  sinif,  yaxud  qrup  parazitlərə  maksimal  səmərəli  təsir 
göstərsin.  Bir  çox  antihelmint  bitki  preparatlarını  orqanizmə  zərər  vermədən  kifayət  qədər  uzun 
müddət ( 2-3 aydan bir ilə qədər) qəbul etmək olar, lakin bunu sintetik maddə haqda demək olmaz. 
Bunlardan əlavə bitki mənşəlli maddələr ümumi möhkəmləndirici, tonusu yüksəldici funksiyaları da 
yerinə  yetirir.  Onları  dehelmintizasiyadan  sonra  vitamin  və  mikroelement  çatışmamazlılığını 
doldurmaq, mədə-bağırsaq traktının işini nizamlamaq, immuniteti yüksəltmək üçün də təyin edirlər. 
Onlar xüsusi antiparazitar immuniteti fəallaşdırır və parazitlərin həyat fəaliyyətini və çoxalmalarını 
səmərəli səviyyədə zəiflədir [12]. 
Qurdəleyhi maddələri 2 qrupa ayırırlar. 1. Bağırsaq helmintozlarının müalicəsi üçün istifadə 
edilənlər, o cümlədən nematodəleyhi maddələr. 2. Bağırsaqdan kənar qurdlar əleyhinə tətbiq edilən 
maddələr,  həmçinin  nematodəleyhi  maddələr.  Qurdəleyhi maddələrin  təsir  mexanizmi  müxtəlifdir. 
Onların  bəziləri  helmintlərin  kutikulasını  zədələyir,  digərləri  narkotik  təsir  göstərir,  başqa  qrup 
parazitlərin  tonusunu  və  hərəki  fəallığını  dəyişdirir.  Helmintəleyhi  maddələri  təsir  mexanizminə 
görə aşağıdakı qruplara ayırırlar. 1. Qurdların sinir-əzələ sisteminin funksiyasını pozan maddələr. 2. 
Helmintlərin  energetik  proseslərini  blokadaya  alan  preparatlar.  3.  Qurdların  örtüklərini  pozan 
maddələr [11].  
Zəhərli bitkilər heyvanlar üçün toksiki  maddələri həyat  fəaliyyətləri dövründə hazırlayaraq 
yarpaqlarında, köklərində və b. vegetativ, generativ orqanlarında saxlayırlar. Bitkiləri tərkibindəki 
zəhərli maddələrin təbiətinə görə 4 qrupa ayırırlar: 
1)  alkalodləri  sintez  edən  bitkilər,  bura  antihelmint  təsirə  malik  itboğan,  donuzayrığı,  acılıq,  acı 
paxla kimi bitkilər daxildir. 
2) tərkibində qlikozidlər çox olan bitkilər, istiot, qaymaqçiçək və b. bitkilər daxildir. 


- 4 - 
 
3) efir yağları və fitonsidlərin üstünlük təşkil etdiyi bitkilər, yovşan, gənəgərçək və b. aid edilir. 
4) fotosensibilizasiya edici maddələrə malik bitkilər, dazıotu, psoraley, qara yonca və s. daxildir [7]. 
 
Qurdəleyhi maddələr yalnız helmintlərə yox, sahib orqanizminə də toksiki təsir göstərə bilir. 
Buna görə də hər bir praparatın təyinin sxem və qaydasına düzgün əməl etmək lazımdır.  
 
Apardığımız  tədqiqat  işləri  yüksək  antihelmintik  səmərəyə  malik  yovşan-üzərlik 
qarışığının  heyvanların  qan  dövranına  [2],  selikli  qişalara  [3],  onların  koordinasiyasına  [5],  çaşır-
acılıq  qarışığının  heyvanların  bədən  temperaturuna  [4],  sinir  sisteminə  mənfi  [6],  qalxanək  və 
dirçək  bitkilərinin  bərabər  miqdardakı  qarışığının  boğaz  siçovullara  embriotrop  və  teratogen  təsir 
etmədiyi [10] sübut edir.  
 
Apardığımız  tədqiqat  işində  yovşan-üzərlik  bitkilərinin  bərabər  miqdarlarından 
götürülmüş  qarışıqdan  hazırlanan  bişirmənin  qurbağaların  göz  bəbəyinin  mənfəzinə  təsirini 
araşdırdıq.  
Gözün  qüzehli  qişasındakı  əzələlər  bioloji  fəal  maddələrin  təsirinə  həssas  olmaqla  xarici 
qıcıqlar  hesabına  mənfəzin  ölçüsünün  dəyişilməsinə  səbəb  olur.  Bəbəyin  mənfəzinin  dəyişilməsi 
onun  ətrafında  olan  dairəvi  və  radial  əzələlərin  yığılması  hesabına  tənzimlənir.  Dairəvi  əzələlər 
bəbək  mənfəzini  daraldır,  radial  əzələlər  isə  əksinə  genişləndirir.  Parasimpatik  sinirlərin  ucları 
dairəvi  əzələlərdə  qurtardığından  onun  periferik  hissəsinin  qıcıqlanmsı  bəbəyin  daralmasını, 
simpatik  sinirlərin  ucları  isə  radial  əzələlərdə  qurtardığından  onun  qıcıqlanması  əksinə  bəbəyin 
genişlənməsinə səbəb olur. Buna görə də hər hansı preparatın bəbək mənfəzinə təsirini yoxladıqda onun 
yalnız bəbək əzələlərinə yox, həmçinin vegetativ sinir şöbəsinə də təsiri izah edilir [9, s. 441-451].  
Yovşan-üzərlik  qarışığından  hazırlanan  preparatın  qurbağanın  göz  bəbəyinin  mənfəzinə 
təsirini  araşdırmaq  üçün  bişirməni  qurbağanın  gözünə  tökdük.  Bunun  üçün  tədqiqat  məqsədilə 
götürdüyümüz  qurbağanın  üst  çənəsini  gözlərin  arxa  hissəsindən  kəsib,  hər  iki  gözü  ayıraraq 
içərisində fizioloji məhlul olan Petri kasasına qoyub təcrübəni aparırdıq. Təcrübələrdə həm müayinə 
etdiyimiz  bitki  qarışığının,  həm  də  adrenalin  və  asetilxolinin  göz  bəbəyinin  mənfəzinə  təsirini 
öyrəndik.  Adrenalin  və  asetilxolini  də  tətbiq  etməkdə  məqsədimiz  bitki  qarışıqlarının  göz 
bəbəklərinin mənfəzinə təsirini onlarla müqayisəli şəkildə araşdırmaqdır [1, s. 226-227].  
Apardığımız  təcrübələrdə  də  ədəbiyyatda  göstərildiyi  kimi  adrenalin  damızdırılmış  göz 
bəbəyi  genişləndi,  asetilxolin  əlavə  edilmiş  bəbək  isə  əksinə  daralmışdır.  Ayrı-ayrılıqda  gözə  bir 
neçə  damla  əlavə  etdiyimiz  yovşan-üzərlik  qarışığından  hazırlanmış  bişirmənin  göz  bəbəyinin 
mənfəzini  dəyişdirmədiyinin  şahidi  olduq.  Belə  ki,  məhlul  əlavə  edilməmişdən  və  edildikdən 
sonrakı müddətdə bəbəklərin ölçüsü dəyişilməyərək eyni səviyyədə qaldı.  
 
ƏDƏBİYYAT 
 
1. Fiziologiyadan təcrübə dərslərinə rəhbərlik / F.İ.Cəfərovun redaktəsi ilə. Bakı, Azərbaycan Tibb 
Universitetinin nəşriyyatı, 2002, 347 s. 
2. Məhərrəmov S.H. Yovşan-üzərlik qarışığının qan dövranına təsiri// Nax. Dövlət Univ. Elmi əsər. 
Naxçıvan, Qeyrət, 2014, № 8 (64), s. 3-5 
3. Məhərrəmov S.H. Yovşan-üzərlik qarışığının selikli qişalara yerli təsiri // Nax. Dövlət Univ. Elmi 
əsər. Naxçıvan, Qeyrət, 2015, № 3 (68), s. 3-6 
4. Məhərrəmov S.H. Çaşır-Acılıq bitkilərinin heyvanların bədən temperaturuna təsiri // Nax. Dövlət 
Univ. Elmi əsər. Naxçıvan, Qeyrət, 2016, № 6 (76), s. 3-6 
5.  Məhərrəmov  S.H.  Yovşan  və  üzərliyin  heyvanların  koordinasiyasına  təsiri  //  Azərb.  MEA-nın 
Naxçıvan bölməsinin Xəbərləri, Naxçıvan, Tusi, 2017, c. 13, № 2, s. 200-203. 
6.  Məhərrəmov  S.H.  Çaşır-acılıq  qarışığının  sinir  sisteminə  təsiri  //  Nax.  Dövlət  Univ.  Elmi  əsər. 
Naxçıvan, Qeyrət, 2017, № 3 (84), s. 3-6 
7. Şener S., Yıldırım M. Veteriner Toksikoloji / Teknik Yayıncılık, 2000, s.221-223  
8.  Антигельминтные  лекарственные  средства  //  https://medinfo.  social/  farmakologi-
ya_874_876/lektsiya-antigelmintnyie-lekarstvennyie-36259.html  
9. Костин А.П., Мещеряков Ф.А., Сысоев А.А. Физиология сельскохозяйственных животных. 
М.: Колос, 1983, 473 с.  
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   122


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə