Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   5   6   7   8   9   10   11   12   ...   122

- 19 - 
 
3.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri. 
Naxçıvan, Əcəmi NPB, 2008, 364 s. 
4.
 
Talıbov T.H., İbrahimov Ə.Ş. Ə.M. İbrahimov və s. Naxçıvan Muxtar Respublikasının dərman 
bitkiləri. Naxçıvan, Əcəmi NPB, 2014, 432 s. 
5.
 
https://www.ogm.gov.tr/ekutuphane/Yayinlar/Bal%20Orman%C4%B1%20Eylem%20Plan%C4
%B1%20%282013-17%29.pdf 
ABSTRACT 
Farida Safarova            
 
THE FAMILY ASTERACEAE DUMORT. BIOLOGICAL CHARACTERISTICS 
MELLIFEROUS SPECIES OF THE FLORA NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
 
 
 
The class Faboideae, included is one of the largest families Asteraceae Dumort.  İt has about 
25000  species  belonging  to  900-1000  genera  of  the  family  Asteraceae  Dumort.  Almost  all  the 
climate zones exist in every part of the lobe to spread, and most of the are grass plants. The study 
showed that 3 species are considered melliferous plant. 
The article of the family Asteraceae Dumort. 3 species - Taraxacum officinale Wigg., Centaurea 
cyanus L., Helianthus annuus L. were investigated bioecological characteristics of plants, honey 
quality and natural resources.  
РЕЗЮМЕ 
Фарида Сафарова 
 
БИОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ВИДОВ МЕДОНОСНЫЕ РАСТЕНИЯ ИЗ 
СЕМЕЙСТВА ASTERACEAE DUMORT., КОТОРЫЕ РАСПРОСТРАНЕННОМ 
ФЛОРЫ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ 
 
 
 
Asteraceae  Dumort.  этот  класс  мотылькового  является  одним  из  самых  крупных 
семейств.  Семьи  имеют  близко  25000  родом,  который  включал  900-1000  вид.  Это  почти 
распространяется  на  все  части  земного  шара,  и  доступен  во  всех  климатических  зонах,  а 
большинство  растение  травы.  Исследование  показало,  что  3  вида  считаются  медоносные 
растения  
В  статье  монографически  исследованы  отдельные  из  семейства  Asteraceae  Dumort  3 
видов-  Taraxacum  officinale  WİGG.,  Centaurea  cyanus  L.,  Helianthus  annuus  L. 
биoэкологические характеристики растений, качества меда и природных ресурсов. 
 
 
  
 
 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
            Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev
 
 
 
 
 


- 20 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
             ƏZİZƏ HÜSEYNOVA 
 ƏLİYAR İBRAHİMOV 
                                         Naxçıvan Dövlət Universiteti 
UOT:582 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILMIŞ Th. KOTSCHYANUS VƏ  
Th. COLLINUS NÖVLƏRİNİN EFİR YAĞI VƏ KİMYƏVİ TƏRKİBİ 
 
Açar sözlər: kəklikotu, fəsilə, cins, növ, arealfitosenoz, efir yağı 
Key words: Thymus, family, genus, species, areals, phytocenosis, essential oil 
Ключевые слова: тимьян, семейство, род, вид, ареал, фитоценоз, эфирное масло 
Efir  yağları  bitkilərin  müxtəlif  orqanlarında  (yarpaq,  çiçək,  toxumlarında)  sintez  edilən 
uçucu və lipofil xarakterli maddələrdir. İlk dəfə Roma, Yunan və əsasən Misir mədəniyyətində efir 
yağlarının  əldə  edilmə  metodları  və  istifadə  sahələri  haqda  məlumat  olduğu  müəyyən  edilmişdir. 
1300-1500-cü  illərdə  İspaniyada  və  Fransada  efir  yağlarının  kimyəvi  tərkibi  və  farmokoloji  təsiri 
öyrənilməyə başlanmışdır [19]. Müasir dövrdə efir yağlarının tədqiqinə və istifadə yollarına maraq 
daha da artmışdır.  
Təbii bitki örtüklərinin müxtəlif ekoloji-coğrafi şəraitə malik zonalarda yayılması bitkilərin 
kimyəvi tərkibinin dəyişilməsinə səbəb  olur. Eyni  bölgədə  bitən  bitkilərdə  də  iqlim  faktorlarından 
asılı  olaraq  kimyəvi  tərkibdə  müəyyən  fərqli  nəticələr  alınır.  Bitkilərdə  sintez  edilən  fitokimyəvi 
maddələr geoloji və iqlim amillərinin təsirindən dəyişildiyi üçün hər bir bitki özünəməxsus fiziki və 
kimyəvi  xüsusiyyətlər  göstərir.  Rütubətin  və  temperaturun  dəyişməsi,  atmosferin  çirklənmə 
dərəcəsi  bitkilərin  tərkibində  fitokimyəvi  maddələrin,  o  cümlədən  terpenlərin  biosintez 
intensivliyini azaldan əsas amillərdir. Terpenlər efir yağlarının tərkibini təşkil edən lipofil xarakterli 
maddələrdir.  Terpenlər  tərkibində  izopren  qalığının  sayına  görə  mono-,  seskvi-  və  politerpenlər 
qrupuna ayrılır  [12, 13,  14].  Monoterpen  qrupunun bütün  sələfləri  izopentenil-  və  dimetilallilpiro-
fosfatın  kondensləşməsindən  əmələ  gələn  geranilpirofosfatdan  sintez  edilir.  Digər  bir  istiqamətdə 
geranilpirofosfat  yenidən 1 mol izopentenilpirofosfatla birləşərək farnezilpirofosfata çevrilir ki, bu 
maddə də seskviterpenlərin biosintezində əsas anabolizm məhsuludur. Bu fitokimyəvi reaksiyaların 
sürəti  xarici  mühit  amillərindən  asılı  olduğu  üçün  efir  yağlarının  kimyəvi  tərkibi  fərqli  kom-
panentlərdən  təşkil  olunur.  Həmçinin  bitkinin  vegetasiya  dövründən  asılı  olaraq  da  bioloji  aktiv 
maddələrin  sintezi  dəyişildiyindən,  əksər  bitkilərin  çiçəkləmə  fazasında  efir  yağı  daha  çox  olduğu 
aşkar edilmişdir [10, 18, 22].  
Ədəbiyyat  məlumatlarından  görünür  ki,  kəklikotu  cinsinə  (Thymus  L.)  aid  bütün  növlərin 
efir  yağları  və  onların  komponent  tərkibi  bir  çox  ölkələrdə  öyrənilmişdir.  Kəklikotu  efir  yağları 
dominant  kompanentinin  miqdarına  görə  şərti  olaraq  3  qrupa  ayrılır:  1.  Timol  tipli–kompanent 
tərkibinin  əsası  timol;  2.  Karvakrol  tipli-kompanent  tərkibinin  əsası  karvakrol;  3.  Limon  tipli–
kompanent tərkibinin əsasını sitrol, linalool və qeraniol təşkil edir və bu tip növlər limon ətri verir. 
Araşdırmalardan  aydın  olur  ki,  bitkinin  hansı  xemotipə  aid  olması  onun  növündən  asılı  olmayıb, 
əsasən yayıldığı bölgənin geo-ekoloji amillərindən asılı olur. İran florasında geniş yayılan Thymus 
kotschyanus  Boiss.  et  Hohen.  növünün  10  müxtəlif  bölgədən  toplanmış  xammalında  aparılan 
tədqiqatlarda  2  populyasiya  timol  tipli  (Piranshahr-78,65%  timol,  Semnan-60,8%  timol),  3 
populyasiya karvakrol tipli (Mazandaran 2-49,38% karvakrol, Rudbar-39,68% karvakrol, Takestan-
36,48%  karvakrol),  1  populyasiya  isə  limon  tipli  (Avan-39,05%  linalool)  olmuşdur  [20].  Rusiya 
Federasiyasının Komi Respublikasında kəklikotu efir  yağının tədqiqində Thymus hirticaulis Klok. 
(62,07%  linalool),  T.  talijevii  Klok.  et.  Schost.  (15,91%  linalool),  T.  paucifolius  Klok.  (25,35% 
linalool) növlərindən əldə edilən efir yağlarında linalool maddəsi daha yüksək miqdarda alınmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə