Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   6   7   8   9   10   11   12   13   ...   122

- 21 - 
 
Bu  səbəbdən  də,  hər  üç  növ  limon  xemotipi  ilə  xarakterizə  edilmişdir  [3].  Digər  tədqiqatda  isə 
Qərbi  Sibirin  iqtisadi  rayonlarından  olan  Altay  Respublikasında  yayılmış  Thymus  serpulum  L. 
növünün 2 xemotipə malik olduğu göstərilmişdir. Bu növün bir qrupunda efir yağının əsas tərkibi 
neralidol,  digər  qrupunda  isə  karvakrol  və  timol  olduğu  aşkarlanmışdır[4].  Baykal  gölü  ətrafında 
Buryat  Respublikasında  müxtəlif  fitosenozlarda  yayılmış  Thymus  baikalensis  Serg.  növündə 
karvakrol tipli (karvakrol-14,4-39,3%,) efir  yağları müəyyən edilmişdir [6]. Rusiya regionunda bu 
istiqamətdə  aparılan  tədqiqatların  nəticəsi  göstərir  ki,  şimal  en  dairəsində  yayılan  Thymus  L. 
cinsində timol xemotipinə malik növlərə çox az rast gəlinir. Bu bölgələrə aid olan kəklikotu növləri 
əsasən karvakrol və limon xemotipinə malik olur. İsti iqlim florasına uyğunlaşan kserofit kəklikotu 
növləri isə əsasən timol xemotipi ilə xarakterizə olunur. Türkiyə Cümhuriyyəti Mersin bölgəsində 
Thymus Vulgaris L. [21], Azərbaycanın müxtəlif rayonlarında yayılmış Thymus serpulim, Naxçıvan 
Muxtar Respublikasında ehtiyatı bol olan Thymus kotschyanus Boiss. et Hohen. və Thymus collinus 
Bieb. növlərindən alınan efir yağlarının tərkibinin əsası timol olduğu müəyyən edilmişdir [1].  
Kəklikotu növləri zəngin kimyəvi tərkibinə görə həm xalq təbabətində, həm də tibbdə geniş 
istifadə  edilən  bitkilərdəndir.  Xalq  təbabətində  kəklikotu  dəmləmələrindən  bəlğəmgətirici, 
agrıkəsici,  sakitləşdirici,  mikrobəleyhinə  vasitə  kimi  işlənmişdir.  Tibb  sahəsində  bu  bitkilərdən 
hazırlanan  preparatlar  bronxitdə,  bronxial  astmada,  sinir  sisteminin  iltihabi  xəstəliklərində  və  s. 
tətbiq  edilir.  Kəklikotu  efir  yağları  spazmolitik,  anti-iltihab,  anti-mikrob,  təsirinə  görə 
aromaterapiyada  və  daxili  infeksiyon  xəstəliklərlə  mübarizədə  yüksək  effekt  göstərir  [9,  16]. 
Monoterpenlərin  oksigenli  aromatik  törəmələri  olan  timol,  karvakrol  və  1,8  sineol  -  antiseptik, 
antihelmint təsirli maddələrdir [12].  
Naxçıvan Muxtar Respublikasında geniş arealda yayılmış, bol təbii xammal ehtiyatına malik 
olan koçi və təpəlik kəklikotu növləridir [2, 8]. Onlar tək-tək deyil qrup halında yayılmışlar. Taxıl, 
müxtəlifot,  ağac  və  kollarla  müxtəlif  tərkib  və  quruluşda  cəngəlliklər,  bitki  birlikləri,  farvasiya, 
assosasiya  makro  və  mikro  qruplaşmalar  əmələ  gətirirlər.  Xüsusilə  dağ-kserofit  (Friqana)  və  dağ- 
bozgır (Qariqa) bitkilikləri üçün səciyyəvidirlər [7]. Kəklikotuluq fitosenozları sıx örtük əmələ gə-
tirmir. Layihə örtüyü 65-70 %, bəzi sahələrdə isə bir qədər artıq- 75-80% təşkil edir. Kəklikotu inki-
şaf  etdiyi  yerlərdə  fitosenozun  dominantı,  yaxud  subdominantı  kimi  mühüm  bioloji  rol  oynayır. 
Fitosenozlarda  növ  tərkibi  eynilik  təşkil  etmir,  növlərin  sayı  24-55  və  30-45  arasında  dəyişir.  Senoz 
əmələ gətirici xüsusiyyətə malik olan 15-20 növ bütün kəklikotu senozlarında iştirak edir (Cədvəl 1).  
Culfa rayonunun Dik daş - Haramı ərazisində kəklikotu-müxtəlif ot  
formasiyasının tərkib və quruluşu (Drudeyə görə [17]) 
                                                   Cədvəl 1.      
№        Bitkilərin latınca və azərbaycanca adı  
Bolluğu  Təsərrüfat əhəmiyyəti 
1.
 
 
Ephedra procera Fisch et C.A.Mey.-Boylu acılıq 
Sol 
Dərman, bəzək  
2.
 
 
Poa bulbosa L.-Soğanaqlı qırtıc. 
Cop
2
 
Yem, bəzək 
3.
 
 
Dactylis glomerata L.-Adi çobantoxmağı 
Cop
1
 
Yem, bəzək,qida 
4.
 
 
Berberis vulgaris L.-Adi zirinc. 
Cop
1
 
Dərman,bəzək, qida 
5.
 
 
Gypsophila  bicolor  (Freyn  et  Sint.)  Grossh.-İkirəng 
çoğan  
Cop
3
 
Dərman, bəzək 
6.
 
 
Allochrusa versicolor Boiss.-Alabəzək alloxruza 
Cop
3
 
Dərman, bəzək 
7.
 
 
Atraphaxis spinosa L.-Tikanlı d.vəqıran 
Cop
3
 
Texniki, dərman, boyaq 
8.
 
 
Acantholimon araxanum Bunge -Araz tıs-tısı 
Cop
2
 
Dərman, bəzək 
9.
 
 
Astracanta 
aurea 
(Willd.)  Podlech 

Qızılı 
astracanta. 
Sol 
Texniki, dərman, bəzək 
10.
 
 
A.  microcephala  (Willd.)Podlech  -Xırdabaşlıqlı 
astrakanta 
Sol 
Texniki, dərman, bəzək 
11.
 
 
Amygdalus fenzliana (Fritsch) Lipsky -Fenzil badamı  Cop
2
 
Qida, dərman, bəzək 
12.
 
 
Crataegus orientalis Pall. ex Bieb.-Şərq yemişanı 
Cop
2
 
Qida, dərman, bəzək 
13.
 
 
Pyrus salicifolia Pall.-Söyüdyarpaq armud 
Cop
3
 
Qida, dərman, bəzək 
14.
 
 
Zosima orientalis Hoffm.-Şərq atıl-batılı  
Sol 
Dərman, bəzək 


- 22 - 
 
15.
 
 
Gundelia. tournefortii L.-Turnefor qundeliyası  
Cop
1
 
Qida, dərman, bəzək 
16.
 
 
Phlomis orientalis Mill.- Şərq odotu 
Cop
2
 
Dərman, bəzək 
17.
 
 
Satureja hortensis L.-Bağ çöl nanəsi 
Cop
2
 
Efiryağlı, dərman, 
18.
 
 
Teucrium polium L.-Ağ məryəmnoxudu 
Cop
3
 
Efiryağlı, 
dərman, 
bəzək 
19.
 
 
Thymus collinus Bieb.-Təpəlik kəklikotu 
Cop
2
 
Efiryağlı, 
dərman, 
bəzək 
20.
 
 
Th.kotschyanus Boiss. et Hohen.-Koçi kəklikotu 
Cop
2
 
Efiryağlı, 
dərman, 
bəzək 
  
Tədqiqatımızın  əsas  məqsədi  MR-nın  müxtəlif  bölgələrində  yay  otlaqlarında  yayılan  Th. 
kotschyanus  Boiss.  &  Hohen.  və  Th.  collinus  Bieb.  növlərinin  efir  yağlarının  kimyəvi  tərkibinin 
tədqiqidir.  
Material və metodika  
Tədqiqаt işləri çöl  mаrşrutlаrı, еkspеdisiyа,  yаrımstаsiоnаr və  kаmеrаl-lаbоrаtоr şərаitlərdə 
аpаrılmışdır. Tədqiqatın obyekti kimi Thymus L. cinsinə aid olan Th. kotschyanus Boiss. & Hohen. 
və Th. collinus Bieb. növləri götürülmüşdür.  
Naxçıvan  Muxtar  Respublikası  Kəngərli  və  Şərur  rayonlarında  dəniz  səviyyəsindən  1200-
1500  m  yüksəkliyində  yerləşən  yay  otlaqlarının  bozqır  torpaqlarında  yayılan  koçi  kəklikotu  (Th. 
Kotschyanus Boiss. & Hohen.), Culfa və Ordubad rayonlarında dəniz səviyyəsindən 1600-2000 m 
yüksəkliyində  dağlı-çəmənli  fitosenozlardan  təpəlik  kəklikotu  (Th.  collinus  Bieb.)  növləri 
toplanmışdır.  Bitkilərdə  efir  yağı  miqdarı,  onun  vegetasiya  dövründən  və  hava  şəraitindən  asılı 
olduğunu  nəzərə  alaraq,  kütləvi  çiçəkləmə  fazasında,  iyun  ayının  ikinci  10  günlüyündə,  günəşli 
hava  şəraitində  yığılmış  və  havalı  kölgə  yerdə  qurudulmuşdur.  Tədqiqat  zamanı  Klevenger 
aparatından istifadə edərək hidrodistilyasiya metodu ilə efir yağları əldə edilmiş və susuz natrium 
sulfatla  qurudulmuşdur.  Efir  yağının  çıxımı  100 q  quru  bitki  xammalı  üçün  %-lə  hesablanmışdır. 
Prosesin  sonunda  efir  yağları  tünd  rəngli  ağzı  kip  bağlanan  şüşə  qablara  yığılaraq  +4°  C 
temperaturda saxlanılmışdır [11].  
Qaz maye xromatoqrafiyası metodu ilə “Janaco” firmasının xromatoqfarında efir yağlarının 
kompanentləri identifikasiya edilərək kəmiyyət və keyfiyyət tərkibləri öyrənilmişdir. Efir yağlarının 
kompanent tərkibinin daha dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı hərəkətsiz fazalardan istifadə 
edilmişdir:  Apiezon  grease  L.  (30%);  P.E.GA-2000  (5%);  Silicone  D.C.  702  (30%)  və  Celite 
545/80-100.  Daha  tam  ayrılma  P.E.C.A.  polietilenqlikol  adipinat  -2000  (5%)  hərəkətsiz  fazasında 
aşağıdakı şərtlərlə getmişdir: mis kolonka 0,75m x 3mm; 250°C-də ionlaşdırılmış dedektor; 250°C-
lik  temperaturlu  buxarlandırıcı;  helium  qaz-daşıyıcısının  sürəti  15  ml/dəq.;  hidrogenin  sürəti  20 
ml/dəq.; havanın sürəti 0,41/dəq.; 70°-dən 220°-yə dək 6°/dəq. proqramlaşdırılmış kalonka; aparata 
verilən  efir  yağının  miqdarı  0,03-0,1  mkl;  həssaslığı  1/8-1/16.  Efir  yağlarının  kompanent  tərkibi 
identifikasıyasından alınan nəticələr Dövlət standartlarına uyğun olmuşdur [5, 15].  
Nəticə və müzakirələr  
Tədqiqat  zamanı  2015  və  2016-cı  illərdə  müxtəlif  bölgələrdən  toplanmış  Th.  kotschyanus 
Boiss.  ex  Hohen.  və  Th.  collinus  Bieb.  növlərindən  alınan  efir  yağlarının  miqdarı  müqayisə 
edilmişdir. Eyni növün efir yağının miqdarı bitkinin yayıldığı bölgənin relyefindən, havanın rütubət 
və temperaturundan asılı olaraq fərqli olmuşdur. Tədqiqatların nəticələri cədvəl 1-də təqdim olunur.  
Müхtəlif illərdə, müхtəlif və eyni bölgələrdən toplanmış Th. kotschyanus Boiss. & Hohen. 
və Th. collinus Bieb. növlərinin efir yağı miqdarı (quru çəki hеsаbı ilə faizlə)  
Cədvəl 2. 
Növlər 
Toplandığı 
il 
Toplandığı 
yer, 
hündürlüklər (m) 
Bitki hissəsi 
Vegetasiya 
fazası 
Efir 
yağı 
çıxımı 
Th.Kotschy
anus  
2015 
Şərur- 1300  
Yerüstü hissə  Kütləvi 
çiçəkləmə 
1,61% 
Th.Kotschy
anus  
2015 
Kəngərli-1500 
Yerüstü hissə  Kütləvi 
çiçəkləmə 
1,27% 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə