Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   14   15   16   17   18   19   20   21   ...   122

- 37 - 
 
geniçş yayılmış sənaye əhəmiyyətli bitkidir. Badamın 1 növü Adi badam - Amygdalus communis L. 
geniş becərilir. 
Fenzil  badamı  -  Amygdalus  fenzliana  (Fritsch)  Lipsky.  Hündürlüyü  4  m-ə  çatan  tünd 
qırmızı qabıqlı, geniş çətirli, budaqları tikanlı ağac və ya koldur. Yarpaqları üst tərəfdən yaşıl, alt 
tərəfdən  isə  solğun  yaşıl  rəngli  olub,  ellipisvari  -  lanset  formalıdır.  Çiçəkləri  ikiillik  yarpaqsız 
budaqcıqlarda  yerləşir,  sayı  1-5  ədəddir.  Kasacığının  borucuğu  zəng  şəkilli,  qırmızımtıl,  ləçəkləri 
isə çəhrayı  rənglidir. Meyvələri tək-tək  yerləşərək, məxmərə  bənzərdir. Aprel  -  sentyabr aylarinda 
çiçəkləyir  və  meyvələri  yetişir.  Dağətəklərindən  alp  qurşağına  qədər  (2700  -  2800  m).  Seyrək 
meşəlik əmələ gətirir. Quru daşlı, çınqıllı yamaclarda və kolluqlar arasında hər yerdə  yayılmışdır. 
Kserofit bitkidir. Önasiya coğrafi areal tipinə daxildir. 
Dağ ətəklərindən alp qurşağına qədər (2700-2800 m) seyrək meşəlik əmələ gətirir. Quru daşlı, 
çınqıllı  yamaclarda  və  kolluqlar  arasında  hər  yerdə  yayılmışdır.  Güclü  kök  sisteminə  malik 
quraqlığa  və  şaxtaya  davamlı  olduğundan,  təbii  olaraq  dağ  ətəklərindən  alp  qurşağına  qədər 
yayılmışdır. 
Regionun  ərazisində  badamım  yabanı  2  növü  yayılmışdır:  Təbabətdə  ən  çox  Adi  badamdan  - 
Amygdalus commuvis L. istifadə olunur. Adi badamın dadına görə 2 forması vardır: Şirin badam  - 
Amygdalus commuvis  dulcis  və  Acı  badam  -  Amygdalus  commuvis  amara.  Badamın toxumlarında 
50-69  %  piyli  yağ,  selik  maddəsi,  2,97  %  saxarosa,  3,1-3,8  %  pentozalar,  vitamin  B
2, 
kalium, 
kalsium və maqneziumun fosfor turşusu duzları vardır. Acı badamın toxumlarında bunlardan başqa 
3-4 % amiqalin qlikozidi, olur ki, o da parçalandıqda qülükoza şəkərini, benzoy aldehidini və sianid 
turşusunu əmələ gətirir.  
 
  
 
 
 
 
 
 
 
 
 
Fenzil badamı - Amygdalus fenzliana (Fritsch) Lipsky 
Elmi  təbabətdə  badamın  toxumlarından  alınan  yağ  istifadə  olunur.  Xalq  təbabətində  şirin 
badam  toxumlarını  şəkərlə  bir  yerdə  əzib  xörək  qaşığı  ilə  gündə  3-4  dəfə  öskürəyə  qarşı  qəbul 
edirlər.  Sulu  bişirməsini  çiçək  xəstəliyinə  tutulanlara  içirdirlər.  Etnobotaniki  araşdırmalar 
nəticəsində məlum olmuşdur ki, Naxçıvanda  yerli  əhali dağ badamının quru yarpaqlarını çay kimi 
dəmləyib  ishala  qarşı  və  qurd  əleyhinə  içirlər.  Şirin  badam  çiçəyindən  kosmetikada  dərini 
yumşaldıcı vasitə kimi istifadə edirlər [3, s.14-84].  
Dovşanalması  -  Cotoneaster  Medik.  Cinsinin  muxtar  respublika  ərazisində  5  növü: 
Tamkənaryarpaq  dovşanalması  -  Cotoneaster  integerrimus  Medik.,  qarameyvə  dovşanalması  -  C. 
melanocarpus  Fisch.  ex  Blytt,  Çoxçiçək  dovşanalması  -  C.  multiflorus  Bunge.,  Salxımçiçək 
dovşanalması - C. suavis Pojark., Qaya dovşanalması - C. saxatilis Pojark. Yayılmışdır. 
Tamkənaryarpaq dovşanalması - Cotoneaster integerrimus Medik. Hündürlüyü 1,5 m-ə 
çatan koldur. Cavan zoğları sıx tükcüklüdür. Yarpaqları üst tərəfdən bulanıq tünd yaşıl, alt tərəfdən 
isə  ağımtıl  rəngdə  olaraq  keçətüklüdür.  Çiçəkləri  sallanmış  qalxanvari  salxımlarda  yerləşir  və 
çəhrayı rəngdədir. Yetişmiş meyvələri alqırmızı rəngdə olub, uzunluğu 8 -11 mm - dir. İyun - iyul 
aylarinda çiçəkləyir və meyvə verir. Əsasən yuxarı və subalp dağ qurşaqlarında (2500 m-ə qədər) 
daşlı, qayalı yamaclarda, kolluqlar arasında yayılmışdır [3,s.14-84].  


- 38 - 
 
  
       
 
 
 
 
 
 
 
 
 
Tamkənaryarpaq dovşanalması - Cotoneaster integerrimus Medik. 
Kserofit  bitkidir.  Əlverişsiz  və  kiçik  sahələrdə  tək-tək  bitdiyindən  ehtiyatı  məhduddur. 
Naxçıvan  Muxtar  Respublikasının  Qırmızı  Kitabına  daxil  edilmişdir  [8,s.355-357].  Avropa  coğrafi 
areal  tipinə  daxildir.  Dərman  məqsədilə  dovşanalmasının  köklərindən  və  meyvələrindən  istifadə 
olunur. Xalq təbabətində qurudulmuş köklərindən çay dəmləyib qəbizlikdə, revmatizmdə, podaqrada 
xarici  sürtmə  dərmanı  kimi  istifadə  olunur.  Qurudulmuş  meyvələrindən  hazırlanmış  çayı  böyrək 
xəstəliklərində iltihabı aradanqaldıran və sidik yollarını dezinfeksiya edən dərman kimi içirlər.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Dəmirov  İ.A.,  İslamova  N.A.,  Kərimov  Y.B.,  Mahmudov  R.M.  Azərbaycanın  müalicə 
əhəmiyyətli bitkiləri. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1988  
2.
 
İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikasının  yabanı  qida  bitkiləri  //  Naxçıvan  Regional 
Elm Mərkəzinin əsərləri, 2001, s. 68-75 
3.
 
İbrahimov  Ə.Ş.,  Piriyev  M.Z.,  Qənbərov  D.Ş.  Naxçıvan  Muxtar  Respublikasında 
Gülçiçəklikimilər fəsiləsinin ağac və kolları Bakı: VİKTORİY, 2012, 92 s. 
4.
 
Аzərbаycаnın аğаc və kоllаrı. T.II Azərbaycan CCP Elmlər Akademiyası nəşriuuat., Bakı, 1964, 
220 s. 
5.
 
Аzərbаycаnın аğаc və kоllаrı. T.III. Elm nəşriyyatı, Bakı, 1970, 322 s. s.14-114 
6.
 
Tаlıbоv T.H., İbrаhimоv Ə.Ş., İbrаhimоv Ə.M., Ələkbərov R.Ə.,İsmayılov A.H., Quliyev V.B., 
Ourbanov Ə.K. Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri. Naxçıvan: Əcəmi, 2014, 432 
s. (30 xəritə) 
7.
 
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının florasının taksonomik spektri. 
Naxçıvan; Əcəmi, 2008, 364 s. 
8.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikasının  Qırmızı  Kitabı  //  II  cild, 
Naxçıvan, 2010, 676 s. 
9.
 
Асадов  К.С.,  Асадов  А.К.  Дикорастущие  плодовые  растения  Азербайджана.  Баку; 
Азербайджан Милли Энсиклопедиясы, 2001, 253 с. c.  
10.
 
Колдаев  В.Н.  Заготовка  дикорастущих  пишевых  продуктов.  Москва:  Лесная 
промышленность, 1972, 94 с. 
11.
 
Талыбов Т.Г., Ибрагимов А.М. Хозяйственно-полезные древесные растения Нахчыванской 
Автономной Республики Азербайджана и перспективы их использования // Hortus Botanicus. 
Международный электронный журнал ботанических садов, № 10, s. 76-78 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə