Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   11   12   13   14   15   16   17   18   ...   122

- 31 - 
 
qırmızımtıl gövdəsinin hündürlüyü 10-30(40) sm olur. Oturaq, xətli gövdə yarpaqlarının uzunluğu 
2,5 sm qədər, eni isə 1,5-3,5mm olur. Sıx qıvrımları meyvə zamanı uzanmır. Ağ tükcüklü kasacığın 
ensiz xətli  dilimlərinin  uzunluğu 7-8 mm olur, meyvə zamanı isə  11 mm-ə  çatır. Açıq  sarı  rəngli, 
boruşəkilli çiçək tacının uzunluğu 10-14 mm olur. Üçtərəfli, yumurtaşəkilli, qəhvəyi fındıqçalarının 
uzunluğu  2,5-3  mm-ə  çatır.  Bitki  iyun  və  iyul  aylarında  çiçək  açıb  meyvə  verir.  Nazikyarpaq 
onosma  Kiçik  Asiya  və  İranda  yayılmışdır.  Naxçıvan  MR-də  aşağı  və  orta  dağ  qurşağında  rast 
gəlinir. Tbilisidən təsvir olunmuşdur. Kserofitdir, quru, daşlı, qayalı yamaclarda bitir.  
Ürəkvarikasacıqlı  roxeliya  –  Rochelia  cardiosepala  Bunge.  Rochelia  Reichenb  cinsinin 
ərazidəki 3 növündın biri olub, bozumtul-yaşıl, sıxılmış, sərt-səthli birillik bitkidir. Tək, düz, bəzən 
aşağısından budaqlı gövdəsinin hündürlüyü (6)10-23 sm olur. Kökün üstündəki ellipsvari yarpaqlar 
oturaqdır.  Aşağıdakı xətli kürək şəkilli, ensiz yarpaqların aşağısı uzununa  daralmış vəziyyətdədir. 
Lap yuxarıdakı xətli yarpaqların hamısı bir damarlıdır. Meyvəli qıvrımları yumşaq və bir tərəflidir. 
Çiçək  yanındakı  neştərvari  yarpaqları  meyvə  saplağı  ilə  bərabərdir.  Kasacığın  çiçəkləmə  vaxtı 
xırda, xətli,  sərt-səthli  dilimləri meyvə zamanı enli və  düz olur və o qədər böyüyür ki  (6-8 mm), 
meyvənin  üstünü  örtür.  Üçtərəfli-yumurtaşəkilli,  aşağı  yanı  ürəkşəkilli  və  qulaqcıqlı  kasacığının 
başı  qarmaqşəkilli  seyrək  cod  tükcüklərlə  örtülmüşdür.  Dişiciyin  sütuncuğu  qısadır.  Ulduzşəkilli 
qabarcıqlı  fındıqçalarının  uzunluğu  3,5-4  mm-dir.  Bitki  may  ayında  çiçəkləyir,  iyun  ayında  isə 
meyvə verir. Ürəkvarikasacıqlı roxeliya Qafqaz, Orta Asiya və İranda yayılmışdır. Naxçıvanın MR-
də  (Şahbuz,  Biçənək,  Ordubad  rayonları)  aşağı  və  orta  dağ  qurşağında  rast  gəlinir.  Qızıl-Qumdan 
təsvir olunmuşdur. Kserofitdir, əhəngli yamaclarda, çınqıllı yerlərdə, töküntülərdə bitir.  
Boraginaceae  Juss.  fəsiləsinin  yalnız  Naxçıvan  Muxtar  Respublikasında  yayılan    12  bitki 
növü ərazinin müxtəlif yerlərində bitir. Bu 12 bitki növünün muxtar respublikada yayıldığı ərazilər 
aşağıdakı  xəritə-sxemdə göstərilmişdir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boraginaceae Juss. fəsiləsinin Azərbaycanda ancaq Naxçıvan MR ərazisində yayılmış növlərinin 
xəritə sxemi 
                                                                                                        
Deməli, Naxçıvan Muxtar Respublikası öz iqliminə  görə zəngin və  fərqli floraya malikdir. 
Bu xüsusiyyətinə görə də  Azərbaycanın digər bölgələrinin seçilir. 
 
 


- 32 - 
 
ƏDƏBİYYAT 
 
1.
 
Əliyeva  A.M.  Naxçıvan  Muxtar  Respublikası  florasında  Boraginaceae  Juss.  fəsiləsinə  daxil  olan 
bitkilər,Bakı: Müəllim, 2016, 114 s. 
2. Флора Азербайджана. Т.7. Баку: Академии наук Азербайджанской ССР, 1957, 646c. 
3.  Seyidov  M.M.,  İbadullayeva  S.C.,  Qasımov  H.Z.,  Salayeva  Z.K.  Şahbuz  Dövlət  Təbiət   
Qoruğunun florası və bitkiliyi Naxçıvan: Əcəmi, 2014, 523s. 
4. Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının  taksonomik spektri (Ali 
sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan: Əcəmi, 2008, 350 s.  
 
ABSTRACT 
Afag Aliyeva 
THE BORAGINACEAE JUSS. FAMILY’S TYPICAL KINDS FOR ONLY  
NAKHICHIVAN REGION OF AZERBAIJAN  
 
Nakhichivan Autonomous Republic is distinguieshed by its unique flora and  climate.There 
are such kinds of plant that  they are not  in  other regions  of the  country.The article deals  with  the 
typical kinds for only Nakhichivan Autonomous Republic unlike other regions of  Azerbaijan.The 
kinds of these plants’ morphological structure, bioecological features, life forms and the regions of 
these plants are indicated. Besides, the region’s,whichtwelve  kinds of plants of Boraginaceae Juss 
family that belong to its eight types, which are spreaded in autonomous republic, map scheme are 
prepared.Nakhichivan Autonomous Republic is distinguieshed by its unique flora and  climate from 
other zones of Azerbaijan. 
РЕЗЮМЕ 
Афак Алиева 
РАСПРОСТРАНЁННОЕ В АЗЕРБАЙДЖАНЕ ХАРАКТЕРНОЕ ТОЛЬКО 
ТЕРРИТОРИИ НАХЧЫВАНА СЕМЕЙСТВО BORAGİNACEAE JUSS. 
 
 
 
В  статье  говорится  о  некоторых  видах  семейства  Boraginaceae  Juss.  Нахчыванская 
Автономная  Республика  отличается  своеобразным  климатом  и  своеобразной  флорой.  Здесь 
есть  такие  виды  растений,  которые  не  выстречаются  в  других  местах  страны.  В  статье 
сообщается  о  видах  семейства  Boraginaceae  Juss.,  которые  распространены  только  в 
Нахчыванской  Автономной  Республике.  Основные  место  отводится  морфологическому 
строению,  биоэкологическим  особенностям,  жизненным  формам,  территериям,  где 
встречаются  эти  растения.  Кроме  этого  подготовлена  карта-схема  распространения  на 
территории  автономной  республики  12  растений,  относящихся  к  8-ми  видам  Boraginaceae 
Juss.  Нахчыванская  Автономная  Республика  отличается  от  других  зон  Азербайджана  и 
климатом, и особой флорой. 
 
NDU-nun  Elmi  Şurasının  27  noyabr  2017-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
                         Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə