Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   19   20   21   22   23   24   25   26   ...   122

- 47 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
AKİF BAYRAMOV 
akifbayramov50@mail.ru 
MAHİR MƏHƏRRƏMOV 
mahir_maherramov@mail.ru 
AMEA Naxçıvan Bölməsi 
UOT 577.472(28) 
GİLANÇAYIN MAKROZOOBENTOSU 
 
Açar sözlər: Makrozoobentos, amfibiotik həşəratlar, yaşayış mühiti, biosenozlar 
 
Key words: Macrozoobenthos, amphibiotic insects, habitats, biocenoses 
Ключевые  слова:  Макрозообентос,  амфибиотические  насекомые,  среда  обитания, 
биоценозы 
 
Naxçıvan  Muxtar  Respublikasının  çay  şəbəkəsi  sıxlığına  görə  Kiçik  Qafqazın  ən  az  sulu 
ərazisidir. Daimi axımlı və quruyan çayların ümumi uzunluğu 1752 km, hidroqrafik şəbəkənin orta 
sıxlığı  isə  0,33  km/km
2
-dir.  Bu,  Azərbaycan  respublikası  üçün  hesablanmış  müvafiq  göstəricidən 
1,4 dəfə və ya 30% aşağıdır.  
 
Dağlıq  ərazilərin  və  Naxçıvançaydan  şərqdə  yerləşən  hissənin  təbii  hidroqrafik  şəbəkəsi 
nisbətən yaxşı inkişaf etmişdir. Burada çay şəbəkəsinin inkişafına fiziki-coğrafi amillərin mürəkkəb 
kompleksi öz təsirini göstərmişdir [4, s. 297-314].  
 
Son illərdə muxtar respublika ərazisində formalaşan su ehtiyatlarından daha səmərəli istifadə 
etmək,  əhalinin  içməli  su  ilə  təchizatını  yaxşılaşdırmaq  və  kənd  təsərrüfatı  sahələrinin  suvarma 
suyuna  olan  ehtiyacını  ödəmək  məqsədi  ilə  çayların  yatağı  üzərində  yaradılmış  su  anbarları, 
suvarma kanalları və digər hidrotexniki qovşaqlar xüsusi xalq təsərrüfatı əhəmiyyəti daşıyır.  
 
Hidroqrafik  şəbəkə  bütünlükdə  Naxçıvan  çökəkliyinin  (Orta  Araz)  iqliminə,  havanın 
rütubətinə  və  istiliyinə  müəyyən  təsirini  göstərməklə  bərabər,  həm  də  zəngin  növmüxtəlifliyinə 
malik olan su canlılarının geniş yaşayış mühitidir.  
 
Naxçıvan təbii rayonunun hidrofaunası ilk dəfə 1914-cü ildə avropalı, alman əsilli zooloqlar 
K.Şafern  və  O.Rozen  tərəfindən  öyrənilməyə  başlanılmışdır.  Onların  Naxçıvan  ərazisinin  bir  çox 
çay və bulaqlarından əldə etdikləri molyusk və ali xərçəng növləri elm üçün yeni olmuş, növlərin 
ilk təsvirləri dövrün nüfuzlu dərgilərində öz əksini tapmışdır. O.Rozenin həmin illərdə tərtib etdiyi 
kataloqda  bölgə  üçün  endem  hesab  edilmiş  xeyli  sayda  makrobentik  heyvan  növü  göstərilmişdir 
[10, 11]. 
 
Muxtariyyətinin ilk illərindən başlayaraq Naxçıvan MR-in heyvanlar aləmi, həmçinin onun 
hidrofaunası ölkə mütəxəssislərinin önəm verdiyi əsas tədqiqat sahələrindən biri olmuşdur. Həmin 
illərdə  hidrobioloji  tədqiqat  işləri  başlıca  olaraq  su  ekosistemlərində  yayılmış  canlıların  növ 
tərkibinin və coğrafi yayılmasının aşkar edilməsinə yönəlmişdir [2, s. 189-197]. 
 
1970-ci  illərdə  Azərbaycan  EA  Zoologiya  İnstitutunun  əməkdaşı  Z.P.Sofiyev  Gilançayda 
cəmi 12 növ makrobentik dib orqanizmi aşkar etmişdir. O, bölgə çaylarında sürətli su axınının dib 
faunasının  inkişafına  və  onun  tam  formalaşmasına  mənfi  təsir  etdiyini  elmi  dəlillərlə  əsaslandıra 
bilmişdir [8, s. 8-12].  
 
Dövlət  başçısının  göstərişi  əsasında  Azərbaycan  EA  Rəyasət  Heyətinin  07  iyul  1972-ci  il 
tarixli qərarı ilə təsis edilən Naxçıvan Regional Elm Mərkəzinin əməkdaşları tərəfindən Gilançayın 
dib  faunasında  29  növ  və  forma  makrobentik  orqanizm  tapılmış,  onların  sistematik  qruplar  və 
biosenozlar üzrə paylanması müəyyən edilmişdir [9, s. 123-128].  
 
Çay  ekosistemlərində  əsas  trofik  halqalarından  birini  mənbədən  mənsəbə  doğru,  başlıca 
olaraq,  suyun  axın  sürətindən  asılı  olaraq  müxtəlif  mühit  amillərinə  uyğunlaşmış  makrobentik 


- 48 - 
 
növlərin  populyasiyaları  təşkil  edir.  Müşahidələr  göstərmişdir  ki,  bölgə  çaylarının  sakit  axınında 
(>4 m/san) formalaşan dib faunası növ zənginliyinə görə durğun sututarlardakı makrozoobentosdan 
xeyli üstündür [1, s. 189-197]. 
 
Məlum  olduğu  kimi,  makrobentik  orqanizmlər  sututarlarda  hidrobioloji  rejimin  tənzim 
edilməsində, canlılar arasında mövcud olan qida və enerji münasibətlərində əhəmiyyətli rol oynayır. 
Müasir dövrdə biogöstərici növlərin tətbiqi ilə suların üzvi çirklənmə səviyyəsinin bioloji üsullarla 
qiymətləndirilməsinə  üstünlük  verilir.  Hidrobioloji  tədqiqatlar  tibbi  və  baytarlıq  əhəmiyyəti  ilə 
seçilən  çoxsaylı  qansorucu  ikiqanadlı  (Diptera)  növlərinin  çoxalma  biotoplarını  və  inkişaf 
dinamikasını  müəyyən  etməyə  imkan  verir.  Dib  faunasının  tədqiqi  bölgənin  onurğasızlar  faunası 
haqqında təsəvvürləri genişləndirir. İşin məqsədi Gilançayın dib faunasının növ tərkibini, onun əsas 
sistematik  qruplarını  və  rastgəlmə  tezliyinə  (P>  50%)  görə  üstün  makrobentik  növləri  müəyyən 
etməkdən ibarət olmuşdur. İş hidrobiologiyada qəbul olunmuş müasir metodlar və vasitələrlə yerinə 
yetirilmişdir. Növlər son təyinedici vəsaitlər əsasında təyin edilmişdir [5, s, 3-51; 6, s. 35-41; 7, s. 
35-450]. 
 
Bütünlükdə  Ordubad  rayonunun  hidroqrafik  şəbəkəsi  atmosfer  yağıntılarının  nisbi 
bolluğundan asılı olaraq nisbətən yaxşı inkişaf etmişdir. Gilançay rayonun ən böyük çayıdır. Onun 
uzunluğu 53 km, sutoplayıcı sahəsi 426 km
2
-dir. Zəngəzur dağ silsiləsinin cənub-qərb yamacından, 
2700 m d.s. hündürlükdə başlayır, 678 m-də Araza qovuşur. Sululuğuna görə muxtar respublikanın 
üçüncü  çayıdır.  İllik  axım  həcmi  təqribən  122  mln.  m
3
-dir.  Başlıca  qolları  Parağaçay,  Sağarsu, 
Nəsirvazçay və sağ tərəfdən isə Arxadərəçayıdır.  Çayın  su  ehtiyatından  suvarma  ilə  yanaşı, 
hövzədə  yerləşən  yaşayış  məntəqələrinin  və  Ordubad  şəhərinin  içməli  su  ilə  təchizatında  istifadə 
edilir [9, s. 123-128]. 
 
2010-cu ildə Biləv kəndinin yaxınlığında su elektrik stansiyası istifadəyə verilmişdir. Çayın 
suyu  yataq  üzərində  inşa  edilmiş,  ümumi  həcmi  34000  m
3
  olan  sutoplayıcı  anbara  toplanır.  Su 
oradan uzunluğu 1540 m olan boru vasitəsi ilə 24 atmosfer təzyiqlə birgə nominal gücü 20 meqavat 
olan turbinlərə ötürülür. 
 
 
Çayın axımını qar, yağış və yeraltı suları təşkil edir. Yaz-yay aylarında baş verən daşqınlar 
tipik  dağ  çayı  üçün  səciyyəvi  təbiət  hadisələridir.  Çaylardan  axımın  60-70%-i  bu  dövrdə  keçir. 
Hidrokimyəvi tərkibinə görə çayın suyu əhalinin içməli suya olan tələbatının ödənilməsi, təsərrüfat 
və texniki məqsədlər üçün tam yararlıdır [3, s. 91-103].  
 
Aparılmış  hidrobioloji  tədqiqat  işləri  nəticəsində  Gilançayda  8  növ  zooplankton  orqanizm 
(Notommata  doneta,  Lecane  bulla,  Polyartra  vulgaris,  Chydorus  sphaericus,  Bosmina 
crassiocornis,  Arctodiaptomus  acutilobatus,  Cyclops  strenuus  və  Acanthocyclops  vernalis)  rast 
gəlinmişdir.  Çayda  balıq  körpələri  üçün  ilkin  yem  əhəmiyyətli  zooplankton  faunası  formalaşa 
bilmir. 
 
Gilançayda  18  növ  və  yarımnöv  balıq  aşkar  edilmişdir.  Onlardan  Pseudorasbora  parva 
(Temminck et Schlegel, 1846) – Amur enlibaşı və Neogobius kessleri gorlap Iljin, 1949 – İribaş xul 
muxtar respublikanın ixtiofaunası üçün ilk dəfə qeydiyyatdan keçmişdir. Çayın yuxarı və qismən də 
orta axınlarında həvəskar balıqçılar tərəfindən ovlanan qiymətli Salmo trutta fario Linneus, 1758 – 
Çay  qızılxallısının  yerli  populyasiyası  formalaşmışdır.  Çay  balıqçılıq  əhəmiyyəti  daşımır,  aşağı 
axında kiçik və əhəmiyyətsiz balıq növləri üstünlük təşkil edir [2, s. 189-197].  
 
Hidrobiolji  tədqiqat  işləri  nəticəsində  Gilançayın  dib  faunasında  95  növ  dib  orqanizminin 
yayıldığı müəyyən edilmişdir: 
 
Oligochaeta:  Nais  behningi  Michaelsen, 1923,  Nais  bredscheri  Michaelsen, 1923,  Tubifex 
tubifex (Müller,1774), Tubifex sp. (yuv. fərdlər), Eiseniella tetraedra Savigny, 1826 
 
Hirudinea: Helobdella staqnalis (Linnaeus, 1758), Erpobdella octoculata (Linnaeus, 1758) 
 
Mollusca:  Sphaerium  rivicola  (Lamark,  1818),  Radix  auricularia  (Linnaeus,  1758),  Radix 
lagotis (Schrank, 1803), Planorbis planorbis (Linnaeus, 1758) 
 
Ostracoda:  Candona  neglecta  Sars,  1887,  Ilyocypris  divisa  Klie,  1926,  Ilyocypris  bradyi 
G.O.Sars, 1890, Cyprideis torosa (Jones, 1850)  
 
Eumalacostraca: Gammarus lacustris (Sars, 1863), Potamon potamios (Olivier, 1804) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə