- 49 -
Ephemeroptera: Erhemera vulgata Linnaeus, 1758, Acentrella lapponica Bengtsson, 1912,
Baetis rodani (Pictet, 1843), Centroptilum luteolum (Müller, 1776), Cleon dipterum (Linnaeus,
1761), Ecdyonurus flavimanus Klapalek, 1905, Ecdyonurus venosus (Fabricius, 1775), Heptagenia
sulfurea (Müller, 1776), Caenis macrura Stephens, 1835
Odonata: Calopteryx virgo (Linnaeus, 1758), Epallage fatime Charpentier, 1840, Ischnura
elegans (Vander Linden, 1823), Gomphus vulgatissimus Linnaeus, 1758, Ophiogomphus cecilia
(Fourcroy, 1785), Ophiogomphus forcipatus (Linnaeus, 1758), Libellula depressa Linnaeus, 1758,
Somatochlora metallica (V.d. Linden, 1825)
Plecoptera: Amphinemura sulcicollis (Stephens, 1836), Leuctra fusca (Linnaeus, 1758),
Perlodes dispar (Rambur, 1842)
Hemiptera: Sigara falleni (Fieber,1848), Nepa cinerea Linnaeus, 1758, Plea leachi
McGregor et Kirkaldy, 1899
Coleoptera: Brychius elevatus (Panzer, 1794), Ilybius fuliginosus (Fabrcius, 1792),
Platambus maculatus (Linnaeus, 1758), Rhantus frontalis (Marsham, 1802), Anacaena limbata
Fabricius, 1792, Berosus spinosis (Steven,1808), Berosus lirudus (Linnaeus, 1761), Hydrophilus
sp., Hydrobius fuscipes (Linnaeus, 1758), Limnius volckmari (Panzer, 1793)
Trichoptera: Hydropsyche ornatula McLachlan,1884, Hydropsyche pellucidula Curtis,
1834, Ecnomus tenellus Rambur, 1842, Philopotamus montanus Donovan, 1813, Oxyethira
distinctella McLachlan,1880, Rhyacophila nubila Zetterstedt, 1840, Molanna anguslata
Curtis,1834, Leptocerus tineiformis Curtis,1834, Lepidostoma hirtum (Fabricius, 1775),
Micropterna sequas McLachan, 1875, Potamophylax latipennis (Curtis, 1834), Potamophylax
rotundipennis(Brauer, 1857)
Diptera: Tipula scripta Meigen,1830, Dicranota sp., Psychoda sp., Pericoma sp.
Ceratopogonidae: Culicoides nubeculosus Meigen,1830, Culicoides longicollis Glukhova,
1971, Leptoconops caucasicus Gutsevich, 1951
Simulidae: Eusimulium znoikoi Rubtsov, 1940, Simulium kurense schachbusicum
Dzhafarov, 1951, Odagmia caucasica Rubtsov, 1956, Odaqmia variegata (Meigen, 1804),
Simulium djafarovi ( Rubtsov, 1962)
Chironomidae: Ablabesmyia monilis (Linnaeus, 1758), Thienemannimyia lentiginosa
(Fries, 1823), Clinotanypus nervosus Meigen, 1818, Cryptochironomus defectus Kieffer, 1913,
Parachironomus pararostrus Harnisch, 1923, Microtendipes tarsalis (Walker, 1856), Cricotopus
algarum (Kieffer, 1911), Cricotopus silvestris (Fabricius, 1794) Cricotopus biformis Edwards,
1929, Tanytarsus lobatifrons Kieffer,1913, Eukiefferella oxiana Pankratova, 1950, Eukiefferella
sellata Pankratova, 1950, Orthocladius fuscimanus (Kieffer, 1908), Orthocladius thienemanni
Kieffer, 1906, Orthocladius rivulorum Kieffer, 1909, Diamesa insignipes Kieffer, 1908
Tabanidae: Tabanus bovinus Linnaeus, 1758, Tabanus autumnalis brunnescens Szilady,
1914, Tabanus lunatus Fabricius, 1794
Serensen əmsalından (K
s
) istifadə edərək Gilançayın Düylünçay və Vənəndçayla cüt-cüt
biosenotik oxşarlıq dərəcəsi makrozoobentosun növ tərkibinə görə hesablanmış və aşağıdakı
nəticələr əldə edilmişdir [12, s. 1-34]:
Gilançay-Düylünçay: ümumi növlərin sayı-63; oxşarlıq dərəcəsi 75,5%
Gilançay-Vənəndçay: ümumi növlərin sayı-65; oxşarlıq dərəcəsi 79,2%
Ordubad rayonu ərazisində axan çayların dib faunasınının növ tərkibinə görə yüksək
oxşarlıq dərəcəsi, başqa sözlə desək, növmüxtəlifliyinə görə yaxınlığı həmin çaylarda fauna üçün
abiotik və biotik şəraitin oxşarlığı ilə izah edilməlidir.
Faunanın taksonomik təhlilinin nəticələrinə əsasən bölgə üçün səciyyəvi dağ çayının
makrozoobentosu 3 tip, 5 sinif, 8 dəstə, 4 fəsilə, 88 cins və 96 dib orqanizmi növü ilə təmsil
olunmuşdur. Fauna spektrində növlərinin (84) sayına görə əsas yeri buğumayaqlılar (Arthropoda)
tipi tutmuşdur. Yaşayış mühitinə münasibətinə görə 17 növ (ümumi sayın 18,0%-i qədər) ömrünü
yalnız suda keçirənlər, digər 79 növ isə çay ekosistemində sahəsinə görə böyük üstünlük qazanmış
litoreofil biosenozun səciyyəvi sakinləri olub həşəratlar (Insecta) sinfinə mənsub olan su-hava
(amfibiotik) orqanizmiləridir.
- 50 -
Çayın makrozoobentosunda növmüxtəlifliyinin zənginliyinə görə fərqlənmiş sistematik
qruplar aşağıdakı diaqramda öz əksini tapmışdır (Diaqram).
Diaqram. Əlincəçayın dib faunasında növlərin sistematik qruplar üzrə paylanması
Göründüyü kimi, Əlinçayın dib faunasında növlərin böyük əksəriyyəti (57 növ və ya ümumi
sayın 60%-i) su-hava (amfibiotik) həşəratlarının daxil olduğu 5 sistematik qrupun payına
düşmüşdür.
Reofil ekoloji qrupa mənsub olan Gammarus lacustris, Cleon dipterum, Ecdyonurus
venosus, Heptagenia sulfurea, Calopteryx virgo, Ischnura elegans, Ophiogomphus cecilia,
Somatochlora metallica, Ilybius fuliginosus, Berosus spinosis, Hydropsyche ornatula, Hydropsyche
pellucidula, Potamophylax rotundipennis, Eusimulium znoikoi, Odaqmia variegata,Odagmia
caucasica, Simulium kurense schachbusicum, Ablabesmyia monilis, Clinotanypus nervosus,
Cricotopus silvestris, Cricotopus biformis, Eukiefferella sellata, Diamesa insignipes və başqa
növlər rastgəlmə tezliyinə görə (P>50%) dominantlıq təşkil etmişlər.
Müəyyən edilmişdir ki, mənsəbdən mənbəyə doğru makrozoobentosun növ tərkibi çay yatağının
morfologiyasında və hidroloji xüsusiyyətlərindəki dəyişikliklərlə əlaqədar olaraq dəyişilmələrə
məruz qalır. Orta və aşağı axınlarda su kütlələrinin sürəti aşağı düşdükcə yuyulan, yerini dəyişən,
müəyyən dərəcədə üzvi maddənin varlığı ilə fərqlənən qumlu, lilli və bitki örtüklü sahələrin və ya
onların qarışıq formalarının yaranması nəticəsində bu və ya digər biotopa üstünlük verə bilməyən
qruplaşmalar yaranır. Litoreofil, psammoreofil, fitoreofil və peloreofil biosenozlar çay sisteminin
dövri olaraq bərpa olunan nisbi sabit biosenozlarıdır.
ƏDƏBİYYAT
1.
Bayramov A.B. Çay ekosistemlərində mühit amillərinin dib faunasının inkişafına təsiri //
AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2016, cild 12, № 2,
s.189-197
2.
Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov T.M., Axundov A.Y. Naxçıvan Muxtar
Respublikasında aparılmış hidrobioloji və ixtioloji tədqiqat işlərinin nəticələri // AMEA
Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2014, cild 10, № 4, s. 189-197
3.
Məmmədova F.S. Abbasov Ə.D. Təbii suların geokimyası və Naxçıvan Muxtar
Respublikasında yayılma xüsusiyyətləri. Naxçıvan; Əcəmi, 2015, s. 91-103
4.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası – 50. Bakı; Elm, 1975, 360 s..
5.
Методические рекомендации по сбору и обработке материалов при гидробиологических
исследованиях на пресноводных водоёмах. Зообентос и его продукция. Ленинград: Изд-
во Зоологического Института АН СССР, 1984, 51 с.
6.
Методы мониторинга в Каспийском море. Баку: Полиграф, 2000, с. 33-35.
7.
Определитель зоопланктона и зообентоса пресных водоёмов Европейской России. Под редакцией
В.П. Алексеева и С.В.Цалолихина., т. 2. Зообентос. М-С.: Изд-во ЗИН РАН, 2016, 457 с.
8.
Софиев З.П. Донная фауна водоёмов Нах.АССР: Автореф. дисс…, канд. биол. наук.
Баку, 1969, 21 с.
Dostları ilə paylaş: |