Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   16   17   18   19   20   21   22   23   ...   122

- 41 - 
 
becərilir)  olduğu  müəyyənləşmişdir.  Yabanı  rəsmi  dərman  bitkiləri  olan  88  növdən  30  növünün 
təbii  ehtiyatının  bol  olduğu  dəqiqləşdirilmişdir.  Təbii  ehtiyatı  bol  olan  30  növün  eyni  zamanda 
ərazidəki  mövcud  yayılma  zonaları,  təbii  ehtiyatı  və  mümkün  istismar  imkanları  öyrənilmişdir. 
Yabanı bitkilərin 11 növü nadir bitki kimi Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil 
edilmişdir (2,s.92; 5, s.518-523; 6,s.518-523). 
Аpаrılаn  tədqiqatlar  və  ədəbiyyat  mаtеriаllаrının  təhlilindən  sonra  Naxçıvan  Muxtar 
Respublikası ərazisində Dipsacales Juss. ex Bercht. & J.Presl - Fırçaotular sırasının Caprifoliaceae 
Juss.,1789  nom.  cons.  -  Doqquzdonkimilər  fəsiləsinin  Vаlеriаnаcеае  Bаtsch  -  Pişikotukimilər 
yarımfəsiləsinin  3  cinsinə  aid  17  növün  yayıldığı  aydınlaşdırılmışdır(7;9,s.64-86;10,s.952-
954;11;12;13;14).  Muxtar  respublika  ərazisində  bu  yarımfəsilənin  Centranthus  Neck.  ex  Lam.  & 
DC. - Кentrantus cinsinə bir növ, Valerianella Hill – Valerianotu cinsinə ən çox 11 növ, Valeriana 
L. - Pişikotu cinsinə isə aşağıdakı 5 növ daxildir:  
Superordo: Dipsacanae 
Ordo: Dipsacales Juss. ex Bercht. & J.Presl - Fırçaotular 
Familia: Caprifoliaceae Juss.,1789 nom.cons.– Doqquzdonkimilər 
Subfamilia: Valerianoideae Raf. (1820) – Pişikotular  
1. Genus: Valeriana L. - Pişikotu 
 
 
 
Subgen.1. Valeriana  
 
 
 
Sect.1. Tuberosae (Höck) Grub. 
1(1) V. leucophaea DC., 1830 - Külrəng pişikotu 
 
 
 
Sect.2. Alliariifoliae (Mikheev) Gorbunov 
2(2) V. alliariifolia Adams aggr.- Sarımsaqyarpaqlı pişikotu 
 
V. alliariifolia Adams, 1805 - Sarımsaqyarpaqlı pişikotu 
 
V. tiliifolia Troitzk.,1919 - Cökəyarpaq p. 
 
 
 
Sect.3. Valeriana  
 
 
 
Subsect. 1. Alpestres Mikheev 
3(3) V. alpestris Steven, 1817 - Alp p. 
 
 
 
Subsect. 2. Sisymbriifolia Mikheev 
4(4) V. sisymbriifolia Vahl, 1805 - Şüvərənyarpaq p. 
 
 
 
Subsect. 3. Valeriana 
5(5) V. officinalis L. aggr. - Dərman p. 
 
- V. grossheimii Vorosch., 1953 
Vаlеriаnаcеае Bаtsch - Pişikotukimilər yarımfəsiləsinə daxil olan bitkilər birillik və çoxillik 
olub  Amerika,  Avrasiya  və  Afrikanın  mülayim  zonalarında  yayılmışdır.  Ən  çox  praktiki 
əhəmiyyətli  növlər  Patrinia  Juss.,  Valeriana  L.
 
  Valerianella  Mill.  cinslərinə,  dekorativ 
əhəmiyyətli  növləri isə  Centranthus DC. cinsinə aid  növlərdir.  Bəzi  növlərdən  ətirli, kosmetik və 
müalicə üçün maddələr alınır. Valerianella Mill. cinsinə daxil olan növlərin bəzilərinin yarpaqları 
Amerika və Qərbi Avropada salat kimi istifadə edilir 
Valeriana  L.  -  Pişikotu  cinsinin  Avrasiya,  Cənubi  Afrika,  Şimali  və  Cənubi  Amerikada 
yayılan  200  növü  vardır.  Çoxillik  bitkilərdir,  çiçəkləri  düzgün  və  ya  qeyri-düzgün  quruluşdadır. 
Yarpaqları lələkvari bölümlü, yaxud tamayalı olub, gövdə üzərində qarşı-qarşıya yerləşmiş və kiçik 
çiçəkləri yarımçətirdə, adətən sıx yerləşmişdir. Kasacığı dişli və ya pərli, çox vaxt aydın olmayan 
qulaqcıq və ya kiçik dişciklərdən, bəzən lələyəoxşar lövhələrdən ibarətdir. Çiçək tacı adətən kiçik, 
qıfvari-borucuq  formada  olub,  borucuğu  bəzən  əsasında  qabarıq  və  ya  mahmızşəkillidir.  Çiçək 
tacının  borucuğuna  birləşmiş  erkəkciklərin  sayı  3-dür.  Təsadüfi  hallarda  erkəkcik  bir  ədəd  olur. 
Sütuncuq  sapşəkilli  olub,  zirvədə  2-3  yerə  ayrılmışdır.  Alt  yumurtalıq  3  yuvacıqlı  olmaqla, 
yuvacıqlardan  birindən  meyvə  əmələ  gəlir.  Digər  ikisindən  isə  meyvə  əmələ  gəlmir.  Meyvə 
toxumcuğunda külək vasitəsi ilə yayılması üçün uçağan da olur. Xromosom dəsti 2n=14,28,42 ola 
bilir. 
Cinsin növlərinin 40%-i və həyat formalarının müxtəlifliyi ən çox Cənubi Amerikanın And 
dağlarında  müşahidə  olunur.  Azərbaycanın  əksər  rayonlarında,  aşağı  dağ  qurşağından  alp 
qurşağınadək,  qaya  çatlarında,  dağ  çəmənlərində,  rütubətli  çay  kənarlarında,  meşə  və  kolluqlarda 


- 42 - 
 
yayılan 8 növü vardır ki, bu növlərdən də dərman məqsədi üçün ən geniş tətbiq edilən Valeriana 
officinalis  L.
 
–  Dərman  pişikotudur  (1,s.303;3,s.163-164;4;8).  “Valerian”  latın  dilində  “valere” 
sözündən götürülmüşdür və “sağlam ol” mənasına gəlir. Bu termin ilk dəfə olaraq İtaliyan botaniki 
Matteo Silvatiko (1285-1342) tərəfindən istifadə edilmişdir.  
1. Valeriana leucophaea DC. (1830) In Prodr., IV, 641; V. bracteata Boiss,1875, Fl. Or. III, 
91,  V.  tuberosa  auct  non  L.:  Ledeb.,1844;  Fl.  Ross.  2:436,  quoad.  pl.  armen.(Schuragel.);  А. 
Гроссгейм,  Флора  Кавказа,  IV,  44  (1934);  Определитель  растений  Кавказа,  256;  В.  Грубов 
Флора СССР, XXIII, 601 (1958) - Külrəng pişikotu  
Dəniz səviyyəsindən 1800-2500 m hündürlükdə rast gələn çoxillik, çılpaq və ya çiçək qrupu 
az  tükcüklü  bitkidir.  Kökü  uzunsov  və  ya  qısa  silindrşəkilli  kökyumrusu  formasındadır.  Gövdəsi 
düzqalxan,  silindrvari,  nazik  şırımlı,  (12)  20-35  (40)  sm  hündürlükdədir.  Kök  boğazındakı  rozet 
yarpaqları vaxtından əvvəl quruyur. Bütövkənarlı, uzunsov və ya dilcikşəkilli yarpaq saplağı ayaya 
doğru daralmışdır. Gövdənin alt tamkənarlı yarpaqlarının sayı (2) 3-4 (5) cütdür. Sonrakı yarpaqlar 
liraşəkilli,  3-4  cüt  yan  xətvari  seqmentlərdən  ibarət  lələkvari  və  daha  iri,  təpə  yarpaqları  geniş, 
təpədəki  uc  yarpaqlar  çox  kiçilərək  qısa  sapşəkilli  çıxıntısı  vardır.  Çiçək  qrupu  sıx,  başcıqlı  olub, 
meyvəvermə  vaxtı  azca  şaxələnmişdir,  kövrəkdir.  Çiçək  tacı  6,5-8  mm  uzunluğunda,  sarımtıl, 
boruvarı - qıfvaridir, əyrilik 2,5-3 dəfə borudan qısadır. Dilim-dilim yarpaqları və çiçəkaltlığı qısa 
xətvari,  pərdəşəkilli,  parıltılıdır.  Meyvəsi  yastı,  qəhvəyi  rəngli  olub,  uzundur.  Meyvələri  4-5  mm 
uzunluqda olmaqla, uzunsov  yumurtaşəkilli,  əsasında çox genişlənmiş, az və  ya  çox dərəcədə sıx 
tükcüklüdür,  uçağan  pulcuqları  6-9  olub,  meyvədən  1,5-2  dəfə  uzundur.  V-VI  aylarda  çiçəkləyir, 
VI-VII  ayda  meyvəsi  yetişir.  Çохalması  tохumla  və  kökümsovladır.  Efiryağlı  dərman  bitkisidir. 
Hemikriptofit, Qafqaz coğrafi areal tipinə daxildir. 
Şərqi  və  Cənubi  Ön  Qafqaz,  Kiçik  Asiya,  Azərbaycanda  isə  Mərkəzi  Kiçik  Qafqaz, 
Naxçıvanın dağlıq, Zuvand, Lənkəranın dağlıq, alp və subalp qurşaqların yamaclarında  əhəngdaşı 
süxurlar  üzərində,  dağ  çəmənlərində  yayılmışdır.  Naxçıvan  MR-də  “Naxçıvan  dağlıq”  və 
“Naxçıvan  yüksək  dağlıq”  botaniki-coğrafi  rayonunda  yayılmışdır.  Xarakterik  yayıldığı  ərazilər 
Şahbuz rayonunun Batabat zonası və Ordubad rayonunun Tillək meşəsi ətrafıdır.  
2.  Valeriana  alliariifolia  Adams  1805,  in  F.  Weber  et  D.  Mohr.,  Beitr.  Naturk.  1:  44, 
emend. Troitzky  в Вестн. Тифлисск. бот. сада. в 46-47(1919); В. Грубов во Фл.  СССР, XXIII, 
602 (1958). – V. alliariifolia Vahl. Enum., II, 11 (1805), p, p.; Fl. Taur.- Cauc. 1:25. V. macrophylla 
M.  B.,  1,  25  (1808);  А.  Гроссгейм,  Фл.  Кавказа,  IV,  45,  (1934);  Опр.  раст.  Кавк.,  256.  - 
Sarımsaqyarpaqlı pişikotu 
Dəniz səviyyəsindən 2000-2500 m hündürlükdə rast gələn, hündürlüyü 70-100 (200) sm olan, 
çoxillik  çılpaq  ot  bitkisidir.  Kökümsovu  qalın,  qısa  və  qeyri-bərabər  şaxələnmişdir.  Gövdəsi 
düzqalxan,  möhkəm,  çох  şırımlı,  içiboş,  buğumarası  5-7  olub,  ən  aşağıdakı  qısalmışdır.  Gövdə 
üzərində yarpaqların sayı (3) 5 – 7 (8) cüt olub, kökboğazının yaxınından çıxan və aşağı yarpaqlar 
uzun saplaqlıdırlar. Yarpaqları dərin ürəkvari əsaslı iri, ürəkşəkilli və ya böyrəkşəkilli dəyirmi olub, 
kənarları  iti  dişcikli,  girintili  və  çıxıntılı  dişlərdən  ibarətdir.  İti  və  ya  sivri  uclu  olub,  getdikcə 
tədricən  kiçilir  və  daha  qısa  saplaqlıdırlar.  Enli  ürəkşəkillilər  daha  çox  iti  uclu,  təpədəki  cüt 
yarpaqlar oturaqdırlar.  
 Çiçək qrupu iridir, qalхanabənzərdir, dixotamik budaqlanmışdır. Meyvəyanlığından kövrək 
çıxıntılar uzanır. Çiçək tacı 4-5 (7) mm uzunluqda, konusşəkilli-qıfvari quruluşda, çəhrayı və ya ağ 
rəngdə  olurlar.  Erkəkciklər  tacdan  kənara  çıxır.  Çiçəkaltlığı  enli,  yumurtaşəkilli,  üçbucaq  formalı, 
iti,  kənarları  adi  sıx  kirpikli  olub,  meyvələrindən  2-3  (4)  dəfə  qısadır.  Meyvələri  3(4)  -  5  mm 
uzunluqda, yastı, azacıq yumurtaşəkilli, əsasından tədricən yuxarıya doğru daralmış, uzunsov və ya 
uzunsov-xətvari,  çılpaq,  uçağanı  10-15  qılcıqdan  ibarətdir  və  uzunluğu  meyvəyə  bərabərdir.  VII-
VIII  aylar  çiçəkləyir,  (VII)  VIII-IX  aylar  meyvə  verir.  Çохalması  tохumla  və  kökümsovladır. 
Efiryağlı dərman bitkisidir. Hemikriptofit, Şərqi Aralıq dənizi coğrafi areal tipinə daxildir. 
Qafqaz, Balkanlar - Kiçik Asiya da qeyd edilmişdir. Azərbaycanda Böyük Qafqazın Şəki və 
Zaqatala  rayonlarında  və  Naxçıvan  MR-də  yuxarı  meşə,  meşə  talalarında  və  subalp  qurşaqda, 
çəmənlərdə, rütubətli yerlərdə, çay və bulaq sahillərində, yamaclarda və daşlı çınqıllı töküntülərdə 
rast olur. Naхçıvan MR ərazisində “Naxçıvan yüksək dağlıq” botaniki-coğrafi rayonunda Küküdağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə