Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   15   16   17   18   19   20   21   22   ...   122

- 39 - 
 
 
ABSTRACT 
Aliyar Ibrahimov 
Anvar Ibrahimov 
Ali Gurbanov 
THE INVESTIGATION AND EFFICIENT USE OF FOOD SUBSTANTIAL
PROMISING WILD FRUIT PLANTS OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
 
 
      The article provides information about studing, efficient and full use of wild spreading, applied 
food significance and promising fruit plants in the area of Nakhchivan Autonomous Republic. The 
investigation  jobs  were  carried  out  botanical,  systematical,  geobotanical,  plant  reserve  and 
ethnobotany  directions.  It  was  determined  that,  there  are  152  species  wild  fruit  of  43  genus 
including  in  23  family  plants  based  on  gathered  factual  materials  and  literature  sources  in 
Autonomous  Republic.  The  wild  food  fruit  plants  divided  3  groups  (nut  fruit,  stony  fruit,  seedy). 
The  more  promising,  abundant  7  species,  of  6  genus  including  in  5  family  had  been  selected  for 
detailed study on scientific basis. 
РЕЗЮМЕ 
Алияр Ибрагимов 
Анвар Ибрагимов 
Али Гурбанов 
ИССЛЕДОВАНИЯ ДИКОРАСТУШИЕ ПЕРСПЕКТИВНЫЕ ПЛОДОВЫЕ 
РАСТЕНИЕ ИМЕЮЩИЕСЯ ПИШЕВЫЕ ЗНАЧЕНИЕ НАХЧЫВАНСКОЙ 
АВТОНОМНОЙ РЕСПУБЛИКИ И ИХ РАЦИОНАЛЬНОЕ ИСПОЛЬЗОВАНИЕ 
 
 
 В  статье  приводятся  сведения  о  распространении  и  современное  состояние 
перспелеивные  дикорасеущие  плодовые  растения,  имеющие  пишовое  значение  и  их 
рациональное  использования.  Исследования  проводилься  по  направлению  ботаники, 
систематики,  геоботаники,  етноботаники  и  растительные  ресурсы.  На  основе  собранных 
полевых  работах  фактических  материалов  и  литературных  данных  на  территории 
автономной  республики  выявлено  152  дикорастущие  плодовые  растения  относяшийся  23 
семейство  и  43  родов.  Дикорастущие  плодовые  растения  подразделено  на  3  группы: 
орехоплодные, семечковые и косточковые. С целью углубленного изучение, использования в 
промышленном  масштабе  выбрали  более  перспективные  видов  имеющие  большие 
природные запасы 7 видов объединенные в 5 семейства и 6 родов. 
 
 
Bu  iş  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondunun  maliyə 
yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF – KETPL – 2 – 2015 – 1 (25) – 56 / 39 / 3. 
 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 033).  
            Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev
 
 
 


- 40 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
TARİYEL TALIBOV 
AMEA Naxçıvan Bölməsi 
 t_talibov@mail.ru 
ÜLKƏR MAHMUDOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:
 
582 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILAN VALERİANA L. - PİŞİKOTU 
CİNSİNƏ DAXİL OLAN NÖVLƏRİN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ 
 
Açar  sözlər:  Caprifoliaceae,  Valerianoideae,  Valerian,  bioloji  xüsusiyyətlər,  sistematika
florayayılma zonasınadir növlər  
Ключевые 
слова:  Coprifoliaceae,  Valerianoideae,  валериан,  биологические 
особенности, систематика, флора, зоны распространений, ребких вибов. 
Key words: Coprifoliaceae, Valerianoideae, valerian, biological features, taxonomy, flora, 
distribution zones, rare species 
Naxçıvan Muxtar Respublika ərazisində mövcud olan çiçəkli bitkilər içərisində faydalı bitki 
qrupları çoxdur və belə bitki qrupları içərisində insan həyatında müstəsna rolu olan dərman bitkiləri 
önəmli  yer  tuturlar.  Onlardan  bir  çoxunun  təbii  ehtiyatı  bol  olmaqla  sənaye  əhəmiyyətinə 
malikdirlər. Faydalı bitkilərlə  yanaşı  ikiləpəli bitkilər içərisində Qırmızı  Kitaba daxil edilən nadir, 
endemik,  relikt  və  məhv  olmaq  təhlükəsi  altında  olan  növlər  də  az  deyildir.  Tədqiq  etdiyimiz 
Valerianoideae  Raf.  yarımfəsiləsinin  Vаlеriаnа  L.  -  Pişikotu  cinsi  muxtar  respublika  florasında 
özünəməxsus  yer  tutur.  Öz  dərman  əhəmiyyəti,  eyni  zamanda  dekorativ  xüsusiyyətlərinə  görə 
seçilən cinsin əksər növləri farmakologiyada mühüm rol oynayaraq, bir çox ölkələrdə dərman, qida 
və dekorativ bitkisi kimi geniş tətbiq olunur. İstifadə istiqamətindən asılı olaraq qədim zamanlardan 
başlayaraq  bitkilər  müəyyən  qruplara  bölünərək  Yeməli  bitkilər  -  Plantae  alimentaria,  Yem 
bitkiləri  -  Plantae  pabularis,  Bəzək  bitkiləri  -  Plantae  ornamentalis,  Balverən  bitkilər  -  Plantae 
mellifera,  Dərman  bitkiləri  -  Plantae  medicinalis,  Zəhərli  bitkilər  -  Plantae  toxica  və  s. 
adlandırılmışdır.  Bitkilərdə  həyat  fəaliyyətləri  dövründə  əmələ  gələn  və  özündə  toplanan 
maddələrdən bir çoxu insanlar və digər canlılar tərəfindən istifadə edilir. Ən çox şəkərli, vitaminli 
və  digər  bioaktiv  maddələrin  toplandığı  belə  faydalı  və  ya  dərman  bitkiləri  təbiətdə  canlılar 
tərəfindən sərf edilir, lakin bəzi bitkilər də vardır ki, onların sintez edərək vegetativ və ya generativ 
orqanlarında topladıqları maddələr insan və heyvanları zəhərləyir. Məhz buna görə də insanlar bu 
qisim  bitkiləri  zəhərli,  zərərli  və  s.  kimi  nisbi  olaraq  qruplara  ayırırlar.  Əslində  isə  təbiətdə  bəzi 
canlılar, o cümlədən də bir çox bitki növləri sadəcə olaraq təkamüldə özlərini ətraf mühitin qeyri-
əlverişli  şəraitindən  və  ya  digər  canlılardan  mühafizə  etmək  üçün  bu  üstünlüyü  qazanmışlar. 
Zəhərlilik məhfumuna gəldikdə isə XV əsrin məşhur həkimi Paraselsin (ingiliscə əsl adı Philippus 
Aureolus  Theophrastus  Bombast  von  Hohenheim)  "Maddənin  yalnız  dozası  onun  zəhər  və  ya 
dərman  olacağını  müəyyənləşdirir"  fikrini  qeyd  etmək  lazımdır.  Həqiqi  mənada  əksər  zəhərli 
bitkilərdən, məsələn, üskükotu və inciçiçəyindən ürək qlükozidləri, bat-batdan atropin və s. qiymətli 
dərman preparatları alınır. Aydınlaşdırılmışdır ki,  Naxçıvan MR  ərazisində  flora biomüxtəlifliyinə 
daxil  olan  1200-dən  çox  faydalı  bitki,  o  cümlədən  750-  800  növə  yaxın  dərman  bitkisi  vardır. 
Dərman  bitkiləri  içərisindən  132  növü  yüz  illərdir  ki,  müasir  tibb  aləmində  istifadə  edilən  rəsmi 
(ofisinal)  dərman  bitkiləridir.  Bu  bitkiləri  qruplaşdırdıqda  onlardan  44  növünün  becərilən,  88 
növünün  isə  yabanı  halda  yayıldığı  aydınlaşır.  Aşkar  edilən  rəsmi  dərman  bitkilərini  həyat 
formalarına görə qruplaşdırdıqda ağacların - 24 növ (12 növü becərilir), kolların - 22 növ (8 növü 
becərilir), çoxillik otların - 61 növ (7 növü becərilir) və birillik-ikiillik otların isə 25 növ (17 növü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə