HeydəR ƏLİyev koreya ilə əlaqələrdə yeni mərhələ Naxçıvan Dövlət Universiteti



Yüklə 218,87 Kb.

səhifə1/4
tarix04.07.2018
ölçüsü218,87 Kb.
  1   2   3   4


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR

NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ                        24 dekabr 2015-ci il.№5(14) 

HEYDƏR ƏLİYEV

Koreya ilə əlaqələrdə

yeni mərhələ  

Naxçıvan Dövlət

Universiteti

tələbələrinin uğurları

Universitet Milli GRİD

seqmentinə qoşulacaq

Multikulturalizm və

xarici siyasət

səhifə-2-də

səhifə-2-də

səhifə-2-də

səhifə-3-də

"Adabül-mütəəllimin"-

Tələbəlik mədəniyyəti

səhifə-4-də

N

axçıvan Dövlət Universite tin də



Yeni  Azərbaycan  Partiyası

universitet şəhərciyi ərazi ilk təş ki la -

tı nın iştirakı ilə Azərbaycan xalqının

ümummilli  lideri  Heydər  Əliye və

həsr edilmiş tədbir keçirilib.  Tədbirdə

universitetin  rektoru,  AMEA-nın

müxbir üzvü Saleh Məhərrəmov gi-

riş sözü ilə çıxış edərək bildirib ki,

dünyaşöhrətli siyasi xadim, böyük ta -

ri xi şəxsiyyət Heydər Əliyevin Azər -

bay can xalqı qarşısındakı misilsiz xid -

mət ləri, keçdiyi şərəfli mübarizə yo -

lu,  millilik  və  bəşərilik  dəyərlərini

birləşdirən siyasi ideologiyası daim

ya şayacaq. Rektor,  Heydər Əliyev

ide ya larının Azərbay can da, o cümlə -

dən muxtar respublikadakı bugünkü

uğurlarından bəhs edərək tələbə gənc -

ləri ulu öndərin siyasi irsini layi qin -

cə öyrənməyə və yaşatmağa çağırıb.

Ümumi riyaziyyat kafedrasının

professoru,  fəlsəfə  elmləri  doktoru

Məhəmməd Hacıyev “Heydər Əliyev

şəx siyyəti və milli məsələlər” möv zu -

sunda  məruzə  edərək  bildirib  ki,

Azər baycanda  müasir  demokratik,

hü quqi və dünyəvi dövlət quruculu-

ğu,  milli-mənəvi  dəyərlərə  qayıdış,

elm, təh sil və mədəniyyətin inkişafı

Heydər  Əliyevin  adı  ilə  bağlıdır.

Azərbay ca nın  bugünü  və  sabahına

hesab lanmış üç əsas ideoloji prinsip

–azərbaycan çılıq, millilik, demokra-

tizm  ümummilli  lider  tərəfindən

müəyyənləşdiril miş  və  inamla  da-

vam etdirilir.

Yeni  Azərbaycan  Partiyası

universitet şəhərciyi ərazi ilk təşkila -

tı nın sədr müavini, Beynəlxalq mü na -

si bətlər  kafedrasının  dosenti,  tarix

üzrə fəlsəfə doktoru Şamxal Məm -

mədov “Heydər Əliyev – dahi rəhbər”

mövzusunda məruzə edərək ümum-

milli liderin erməni işğalçılarının tor-

paqlarımızı  zəbt  ediyi,  xarici  sepe-

ratçıların ölkədə vətəndaş mü ha ri bə -

si cəhdlərini alovlandırdığı, çox çətin

və mürəkkəb ictimai-siyasi şəra it də

hakimiyyətə  gəldiyini  xatır la dıb.

Məruzəçi diqqətə çatdırıb ki, Heydər

Əliyevin əzm kar lığı sayəsində Azər -

bay can xalqına qarşı aparılan pərdə -

ar xası  siyasi  oyunlara,  anarxiya  və

xaosa son qoyulmuş, dövlət quruculu -

ğu prosesi uğurla aparılmışdır. Şamxal

Məmmədov  nəinki,  öz  xalqının,

bəşəriyyətin  taleyində  və  tarixində

özünəməxsus silinməz iz qoyan dahi

öndər  haqqında  fikirlərini  belə  ye-

kunlaşdırıb: “Azər bay canın mübari -

zə lər və qələbələrlə dolu olan müasir

tarixi dahi insan, ulu öndər Heydər

Əliyevlə başlanır və onunla bağlıdır” 

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Müasir Azərbaycan tarixinin

müəllifi və əsas siması 

N

axçıvan  Dövlət  Universiteti



nəzdində  fəaliyyət  göstərən

Heydər Əliyev Universitetinin 201-

ci məş ğə ləsi keçirilib.

“Heydər Əliyev və Naxçıva-

nın inkişaf strategiyası” mövzusuna

həsr olunmuş məşğələni universi-

tetin  rektoru,  AMEA-nın  müxbir

üzvü Saleh Məhərrəmov giriş sözü

ilə açaraq vurğulayıb ki, görkəmli

dövlət  xadimi,  xalqımızın  ümum-

milli lideri Heydər Əliyev həyatının

bütün dövrlərində xalqı və dövləti

üçün xidmət göstərməyi ömrünün

başlıca qayəsi hesab etmişdir. İstər

1969-cu  ildə  Azərbaycan  özünün

böhranlı günlərini yaşayanda, istərsə

də 1993-cü ildə dövlət müstəqil li yi -

miz məhvə sürüklənəndə dahi şəx -

siyyət Heydər Əliyev Azərbayca nı

həmin  sınaqlardan  qətiyyətlə  və

üzüağ  çıxarmış,  bütün  sahələrdə

mövcud olan durğunluğun aradan

qaldırılması istiqamətində mühüm

işlər görmüş, ölkə iqtisadiyyatının

sistemli  inkişafını  təmin  etmişdir.

Rektor  qeyd  edib  ki,  ulu  öndər

Heydər  Əliyev  tərəfindən  təməli

qo yul muş və Prezident İlham Əliye -

vin başçılığı altında uğurla davam

etdirilən sosial-iqtisadi inkişaf strate -

giyası nəticəsində əldə olunan nailiy -

yətlər Azərbaycanın və muxtar res-

publikamızın bu sahədə gələcəkdə

daha  böyük  uğurlar  qazanacağına

zəmin yaradır.

“Ümummilli  lider  Heydər

Əliyevin siyasi hakimiyyətdə oldu-

ğu 1969-1982-ci və 1993-2003-cü

illər Azərbaycanın tənəzzüldən yük -

sə lişə  doğru  sıçrayış  dövrü  kimi

xa rak terizə  edilir.  Ulu  öndər  bir-

birin dən fərqli bu iki dövrdə ölkəmiz

üçün strateji əhəmiyyət daşıyan bü -

tün məsələlərin həllinə nail olmuş,

o cümlədən Naxçıvan Muxtar Res -

pub  likasının təhlükəsizliyini və inki -

şa fını təmin etmişdir”- bu fikir ləri

məşğələdə, universitetin Muhasibat

uçotu və maliyyə kafedrasının mü-

diri, iqtisad üzrə fəlsəfə doktoru, do-

sent Mehdi Bağırov “Heydər Əliyev

və Naxçıvanın inkişaf strategiyası”

adlı məruzəsində səsləndirib. Qeyd

olunub ki, Naxçıvan 70-80-ci illərdə

özünün  sosial-iqtisadi  inkişafında

sürətli yüksəliş mərhələsini yaşamış,

qısa müddətdə intensiv inkişafa nail

olmuşdur. Məruzəçi vurğulayıb ki,

aparılan  kompleks  tədbirlər  sayə -

sində 1970-1982-ci illərdə muxtar

respublikanın sənaye potensialı təx -

mi nən üç dəfə yüksəlmişdir. Həmin

illərdə Araz çayı üzərində iri su an -

ba  rı və elektrik stansiyası, habelə 16

iri sənaye müəssisəsi tikilib istifa də -

yə verilmişdir. Genişmiqyaslı qu ru -

cu luq fəaliyyəti nəticəsində Naxçı-

van Muxtar Respublikasında sənaye

məhsulunun ümumi həcmi 1985-ci

ildə 1970-ci ilə nisbətən 4,6 dəfə art-

mışdır.

Qeyd  olunub  ki,  Ulu  öndər



Heydər Əliyevin Naxçıvan MR Ali

Məclisinin Sədri işlədiyi dövr Nax-

çıvanın hüquqi statusunun möhkəm -

lən dirilməsində  mühüm  bir  mər -

hə ləni  təşkil  edir.  Dahi  rəhbər

Naxçıvanın təhlükəsizliyini uğurlu

diplomatik  gedişləri  və  mühüm

hərbi-siyasi  addımları  ilə  təmin

etmiş, ərazi bütövlüyünü qətiyyətlə

qorumuşdur.  Təməli 1993-cü ildən

qoyulan yeni iqtisadi yüksəliş özü-

nü sonrakı iri həcmli investisiyaların

Azərbaycana cəlbi ilə büruzə ver-

mişdir. Ulu ön dər Heydər Əliyevin

hakimiyyət siyasətində neft strate-

giyasını  müəy yən  etmiş  ilk  iri

iqtisadi sənəd - 1994-cü ildə “Əsrin

müqaviləsi” kimi tarixə düşən, neft

müqaviləsi nin bağlanılması ölkəyə

investisiya axınlarını təmin etmiş və

bütövlükdə iqtisadiyyatın yeniləşmə -

sini sürət lən dirmişdir. Vurğulanıb ki,

dahi  rəhbərin  Azərbaycanla,  o

cümlədən  onun  ayrılmaz  tərkib

hissəsi  olan  Naxçıvanla  bağlı  ha-

zırladığı  strategiya  bu  gün  böyük

öndərin  davamçılarının  fəaliyyət

proqramının əsa sını təşkil edir.

Natiq  mövzu  ilə  bağlı  geniş

məru zəsində iqtisadi inkişafın tarixi -

nə  mərhələli şəkildə nəzər salıb, mə -

ru zəsini Azərbaycan xalqının ümum-

milli lideri, dünyaşöhrətli siyasi xadim

Heydər Əliyevin dəyərli fikirləri ilə

yekunlaşdırıb:  “Strateji  xəttimiz  -

sərbəst iqtisadiyyat, özəlləşdirmə və

sosial inkişaf yoludur”.

Mina QasımovaNDU-nun

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

Heydər Əliyev və Naxçıvanın

inkişaf strategiyası

O, əsrlərin, qərinələrin bir daha yetirəməyəcəyi bir şəxsiy -

yət, bir düha! Siyasət dünyasının məğlubedilməz fatehi! 

Səbr, dözüm, iradə məktəbi. Elm qəvvası, söz sərrafı,

sənətlər xiridarı.

ULU TÜRKÜN ATA TÜRKÜ!

Varlığıydı düşmənimə ən layiqli ibrət görkü!

İmzalar içində millətimin imzası, haqq səsi, nəfəsi!

Azərbaycan və azərbaycançılığın əzəmət, şərəf, ləyaqət

mücəssəməsi!

O, dünyaya qucaq açdı, “Gör!” dedi.

O, dünyaya “Azərbaycan deyiləndə ayağa qalx, dur!” dedi!

Sərhəddimin pozulmayan həddi idi... 

Xoş müjdəli qələbənin izi idi, rəddi idi.

Düşmən üstə hücum çəkib, şəhid olan oğulların son

nidası, son kəlməsi!

Əsrin müdrik filosofu, O, millilik fəlsəfəsi! 

Azərbaycan dünyasına sığışmayan Azərbaycan!

Əbədiyyən doğan günəş, aydın səma, nurlu cahan!

Rahatlığı bacarmadı, sükunətə tab edtmədi! 

Gördü xalqı məhv edəcək uçurumlu bir burulğan, 

Qalan ömrün xalq yolunda etdi sipər, etdi qurban! 

“Vətən eşqi məktəbi”ndə o öyrətdi verməyi can!

Bir pay idi, ərməğandı bu torpağa o Tanrıdan!

Haqdan doğan döndü haqqa!

Əcəl ilə çarpışırdı Azərbaycan sanki o an... 

Vətən oğlu Vətənindən uzaqlarda gözlərini yuman zaman!

Nə zamandı ulu xalqım müntəzirdi yoluna! 

İndi isə səcdə edir pak, müqəddəs ruhuna!

Bu gün Vətən ağı deyir, bu gün torpaq “Matəm!” deyib

qara geyir!

Ümidgahsız, qibləgahsız qalan millət ağı deyir!

Bu gün dünya hüzurunda sükut edib təzim edir! 

Ulu öndər, ölümün də torpağıma, millətimə şərəf verir!

Əkdiyin gül ağı deyir, əzəmətlə getdiyin yol, gəldiyin yol

qara geyir. 

Ağı deyir daş üstünə qoyduğun daş!

Ağı deyir Zərifənin daş gözündən süzülən yaş! 

Xan Arazım, Göy Xəzərim, Ana Kür də məcrasına

sığmayaraq 

Bu matəmlə edir savaş!

Sən ən böyük memar idin, 

İstəməzdin qəddin əysin şah əsərin Azərbaycan! 

Rahat uyu, ulu öndər!

Nə qədər ki, dalğalanır bayraqların sırasına ucaltdığın ay-

ulduzlu al bayrağım,

Ən müqəddəs andımızdır Sənin adın! 

Siyasilər cərgəsində duran adın, 

İndi Tanrı dərgahından millətimi, Vətənimi hifz edəcək,

qoruyacaq!

Başını uca tut, Vətən! 

Dərdə yenmə, onun kimi dərddən güc al!

Yaşa, yarat, ucal, ucal! 

O yaşayır, O ölmədi!

O, keçmişə gömülmədi! 

O, bu gündü, o sabahdır! Gələcəkdir! 

Əmin əldə olan xalqım istəyicə güləcəkdir!

Ondan qalan böyük miras azad Vətən, müstəqil xalq! 

Alınacaq qəlbindəki son nisgili, o müqəddəs, pak Qarabağ!

Ehey! Xalq üçün, Vətən üçün alovlanan bir ürəyin

məşəlindən tonqal çatın!

Üç-üç çatın! 

Bu xalq hələ yaşayacaq, var olacaq!

Göz bəbəyi Ana yurdu, bu torpağı son anadək qoruyacaq!

Çünki orda öz xalqına, millətinə fəda biri, şəhidlərin ən

şəhidi – ULU HEYDƏR uyuyacaq! 

Mehriban Sultan

12-15 dekabr 2003-cü il.



ƏBƏDİYYƏT NƏĞMƏSİ

(Mənsur şeir)




Dostları ilə paylaş:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə