Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   17   18   19   20   21   22   23   24   ...   122

- 43 - 
 
(Dərəbоğaz),  Aracıq  dağ  (Хəzinədərə)  və  Nürgüt  kəndi  ətrafındakı  subalp  qurşaqlarda  yayılıb. 
Xarakterik yayıldığı ərazilər Şahbuz rayonunun Kükü kəndi yaxınlığında Dərəboğaz ərazisində və 
Ordubad rayonunun Tillək meşəsi ətrafıdır. 
Yayıldığı  ərazilər  və  populyasiya  sayı  məhdud  olduğundan  təbii  ehtiyatı  azdır,  ona  görə  də 
Vulnerable – VU A3bc statusu ilə Naxçıvan MR-in Qırmızı Kitabına daxil edilmişdir ( ).     
3.  Valeriana alpestris  Steven,  1817,  in  Mem. Soc. Nat. Moscou. V, 342 (1814), V. alpina 
Adams,  in.  Weber et  Mohr. Beitr.,  I, 45 1805, in F. Weber et  D. Mohr., Beitr. Naturk. 1:  45, non 
Vell. 1790. V. montana auct. non L.: Bieb. 1808, Fl. Taur.- Cauc. 1:25. V. capitata auct. non Pall.: 
Ledeb.  1844,  Fl.Ross.  2:435,  quoad  pl.  cauc.;  А.  Гроссгейм,  Флора  Кавказа,  IV,  49  (1934); 
Определитель растений Кавказа, 257; В. Грубов, Флора СССР, XXIII, 607 (1958);  V. montana 
auct. Cauc. M. B., I, 25; Ledeb., II, 437, non V. capitata Ledeb., II, 436, pr. pl. cauc., non Pall.- Alp 
pişikotu  
Dəniz  səviyyəsindən  1800-3100  m  hündürlükdə  rast  gələn,  çox  və  ya  az  dərəcədə  sallaq, 
çoxillik  bitkidir.  Kökümsovu  silindrşəkilli,  tünd-qəhvəyi-qonur  rəngdə  olub,  əyilmiş  yerində 
çəhrayı-qırmızı  rəngdədir  və  aşağı  hissəsindən  qaytanvari  köklər  çıxır.  Kökboğazının  ətrafındakı 
rozet  yarpaqlar  enlidir,  lakin  mürəkkəb  yarpağın  əsasındakı  yarpaqları  dardır,  ellipsvari, 
yumurtaşəkilli,  bəzən  uzunsov-yumurtavaridir,  kənarları  bütöv,  xarici  tərəfdəkilər  daha  kiçik, 
nisbətən  enli  olub,  vaxtından  əvvəl  quruyurlar.  Gövdə  yarpaqları  (1)  3  (5)  cüt  olmaqla,  daha  qısa 
saplaqlı, uzunsov-yumurtavari, iti və ya küt uclu, dairəvi və ya qövsvari əsaslı, kənarları çox və ya 
az dərəcədə dişcikli çıxıntılıdır (xüsusilə orta yarpaqlar). Xətvari quruluşdan, neştərşəkilli quruluşa 
qədər  dəyişən  bütöv  kənarlı  (bəzən  3  yerə  ayrılmış)  3  cüt  yarpaqlar  demək  olar  ki,  oturaqdır. 
Yarpaqların  hamısının  hər  iki  tərəfi  daha  çox  aşağı  (xüsusilə  damarları  ilə)  saplaqları  ilə  birlikdə 
yumuşaq,  uzunsov  tükcüklərlə  örtülü  olub,  aşağıya  sallanmışdır.  Çiçək  qrupu  sıx,  qalxanvari-
başcıqlıdır. Uc yarpaqları və çiçəkaltlığı qısa xətvari, uzun iti, kənarları pərdəşəkilli və kirpikli və 
ya kirpiksizdir. Meyvələri uzunsovdur. Çiçək tacı (5) 6-7 mm uzunluqda, ağ bəzən çəhrayı rəngdə 
olmaqla, qıfvari-boruşəkilli və ya tam boruşəkillidir. Meyvələri 4-5 mm uzunluqda, uzunsov, əsası 
azca  genişlənmiş,  çılpaqdır.  Uçmağa  uyğunlaşan  12-16  cod  tükcükləri  meyvələrindən  1,4-2  dəfə 
uzundur.  VII-VIII  aylar  çiçəkləyir,  VIII-IX  aylar  meyvə  verir.  Çохalması  tохumla  və 
kökümsovladır. Hemikriptofit, Qafqaz coğrafi areal tipinə daxildir.  
Ümumi yayılması Talışdan başqa bütün Qafqazda, Kiçik Asiyada Şərqi Anadoluda yayıldığı 
göstərilir. Azərbaycanda Böyük Qafqazın (Quba rayonu) dağlıq  ərazisi, Kiçik Qafqazın subalp və 
alp  qurşaqlarında,  yüksək  dağ  çəmənlərində,  yamaclarda,  daşlıq  yerlərdə.  yayılmışdır.  Naxçıvan 
MR-də  xarakterik  yayıldığı  ərazilər  Şahbuz  rayonunun  Batabat  zonası,  Culfa  rayonunda 
Xəzinədərə, Ordubad rayonunda Tillək meşəsi və Nürgüt kəndi ətrafıdır. 
4.  Valeriana  sisymbriifolia  Vahl.  Enum.  Pl.,  II,  7  (1805);  Boiss,  III,  88,  А.  Гроссгейм, 
Флора  Кавказа,  IV,  46  (1934),  p.  p.;  А.  Гроссгейм,  Определитель  растений  Кавказа,  257; 
Грубов, Флора СССР, XXIII, 617 (1958). - Şüvərənyarpaq pişikotu  
Dəniz  səviyyəsindən  1700-2500  m  hündürlükdə  rast  gələn,  çoxillik  çılpaq  bitkidir. 
Kökyumrusu  yoğundur,  şaquli  istiqamətdə  inkişaf  edərək  silindrşəkilli  olub,  aşağı  tərəfindən 
daraqvari qalın qaytanşəkilli köklər çıxır. Kök boğazından çıxan gövdə düzgün sıralı, bir-birinə sıx 
yerləşmiş,  düz  silindrvari  olub,  əksər  hallarda  göyümtüldür,  (15)  30-50  (70)  sm  hündürlükdədir. 
Yarpaqlarının hamısı ikiyə bölünmüş lələkvari, liraşəkilli, 3 - 4 (5) cüt yan seqmentlərdən və iri ön 
yarpaqlarla  qurtarır.  Rozet  yarpaqları  uzun  saplaqlıdır.  Gövdə  yarpaqları  (2)  3-4  (5)  cüt  qısa 
saplaqlı,  gövdənin  uc  hissəsinə  getdikcə  kiçilir.  Rozet  və  aşağı  gövdə  yarpaqların  seqmentləri 
yumuru, enli yumurtavari və ya yumurtavaridir. Əsasında zəif girintili-çıxıntılı, təpə hissədə dairəvi 
və ya tam kənarlı küt, əksər hallarda dalğavari-dişcikli, bəzən isə ucu küt dişcikli, girintili-çıxıntılı 
dişciklidir.  Sonrakı  yarpaqların  seqmentləri  yumurtaşəkilli  və  ya  uzunsov  yumurtaşəkilli  olub, 
ucdakı cüt (güclü kiçilmiş) yarpaqlar, ancaq 1-2 uzunsov yumurtavari cüt yan, nəştərşəkilli, bəzən 
xətti  seqmentləri  və  təpə  yarpaqları  yan  yarpaqlardan  nisbətən  böyükdür.  Çiçək  qrupu  başcıqlı-
qalxanvari  olub,  meyvə  vermə  zaman  daha  çox  kövrək  olurlar.  Uc  yarpaqlar  və  çiçəkaltlığı  uzun, 
nizamlı,  küt  və  ya  itidir.  Pərdəşəkilli,  orta  xətt  boyunca  yastı  qəhvəyi,  uzunluğu  meyvəsinin 
uzunluğuna  ya  bərabər  və  yaxud  onlardan  qısadır.  Çiçək  tacı  6-7  mm  uzunluqda,  ağımtıl  rəngdə, 


- 44 - 
 
borulu-zəngşəkilli, borucuğu büküm yerindən iki dəfə uzundur. Meyvələri 5 mm-ə qədər uzunluqda 
olub,  uzunsov-yumurtavaridir,  dairəvi  əsasından  genişlənmiş,  açıq-qəhvəyi,  sallaq,  az  hallarda 
demək  olar  ki,  çılpaqdır.  V-VII  aylar  çiçəkləyir,  (VI)  VII-VIII  aylar  meyvə  verir.  Çохalması 
tохumla və kökümsovladır. Hemikriptofit, Şərqi Aralıq dənizi coğrafi areal tipinə daxildir. 
Ümumi  yayılması  Qafqaz,  Kiçik  Asiya,  Orta  Asiya  (Türkmənistanın  dağlıq  yerlərində)  və 
İranda qeyd edilmişdir. Azərbaycanda Naxçıvanin dağlıq yerlərində. Diabar - Talış ərazisində aşağı 
dağlıq  qurşaqdan  subalpa  qədər  əhəngdaşı  qayalıqlarda  və  quru  daşlı  yamaclarda  yayılması. 
Naxçıvan  MR-də  xarakterik  yayıldığı  ərazilər  Şahbuz  rayonunun  Keçili  zonası,  Culfa  rayonunda 
Xəzinədərə, Ordubad rayonunda Soyuqdağ ətəkləri və Nəsirvaz kəndi ətrafıdır. 
 5. Valeriana officinalis L., Sp. pl., 31 (1753); Boiss., III, 89; А. Гроссгейм. Определитель 
растений Кавказа, 257; Грубов во Флора СССР,  XXIII, 625  (1958). p. p. – V.  nitida Kreyer в 
Бот. матер. Герб. Гл. бот. сада РСФСР, V, 192 (1924); в Тр. по прикл. бот.,ген. и сел., XXIII, I, 
202, (1930); ; А. Гроссгейм, Флора Кавказа, IV, 46 (1934). – V. palustris Kryer, I. c., 192; I. c., 
145 (1930); А. Гроссгейм, I. c., 46 – V. provisa Kreyer в Тр. по прикл. бот.,ген. и сел., XXIII, I, 
143, (1930) – Dərman pişikotu 
Dəniz səviyyəsindən 2000-2500 m hündürlükdə rast gələn, çoxillik bitkidir. Kökümsovu çox 
qısalmış, mixəyi rəngli, bəzən aydın olmayan rənglidir. Sıx dəstələrdən ibarət qaytanşəkilli kökləri 
yeraltı  cavan  zoğlar  əmələ  gətirmir.  Gövdəsi  düzqalxan,  şırımlı,  sadə,  aşağı  hissəsi  çox  və  ya  az 
dərəcədə  qısa  və  sərt  tükcüklüdür.  Hündürlüyü  (45)  60  –  120  (160)  sm-ə  çatır.  Kök  boğazından 
əsasən cüt olmayan uzun lələkvari rozet yarpaqlar çıxır. Gövdə yarpaqları saplaq üzərində (4) 5 – 6 
cüt  təklələkvari  bölünmüş,  (5)  6-9  cüt  neştərşəkilli  və  ya  xətvari-neştərvari,  az  mişardişli,  bəzən 
kənarları  tam  iti  seqmentli  olmaqla,  gövdənin  ucuna  getdikcə  kiçilmişdir.  Təpədəki  oturaq 
yarpaqları  nəzərəçarpacaq  dərəcədə  kiçilmişdir.  Yarpaqların  seqmentləri  çox  qısa,  sıxılmış  sərt  və 
ya  yarımsıx-tükcüklü,  bəzən  çılpaq,  kənarları  qısa  kirpiklidir.  Oturaq  yaraqların  aşağı  tərəfi,  daha 
sıx  və  ya  azca  şişkin  olub,  uzununa qamarlanmışdır. Çiçək  qrupu iri,  süpürgəvari-qalxanşəkillidir. 
Uc  yarpaqları  və  çiçəkaltlığı  uzunsov  və  ya  iti  uzunsov-neştərşəkilli,  bəzən  sivri,  kənarları 
pərdəşəkilli,  bəzən  çox  və  ya  az  dərəcədə  uzunsov  kirpiklidir.  Çiçək  tacı  5  mm  uzunluqda, 
zəngvari-boruşəkilli,  çəhrayı  və  ya  ağımtıl  rəngdədir.  Erkəkcik  və  sütuncuq  çətirdən  çıxır. 
Meyvələri  3 mm  uzunluqda,  uzunsov  yumurtavaridir,  sıxılmış,  hər  iki tərəfdən  sallaq  və  ya  ancaq 
bir  tərəfə  sallanır.  Tam  çılpaqdır.  Uçmağa  uyğunlaşan  10  ədəd  cod  tükcükləri  meyvələrin 
uzunluğuna  bərabər  və  ya  ondan  azca  uzundur.  V-VIII  aylarda  çiçəkləyir,  VII-IX  aylarda  meyvə 
verir.  Çохalması  tохumla  və  kökümsovladır.  Hemikriptofit,  Avropa-Sibir  coğrafi  areal  tipinə 
daxildir. 
Şimali Amerika, Avropa, Yaponiya, Çin, Skandinaviya ölkələrində, Altayda, Aralıq dənizi, 
Balkanlar,  Türkiyə  Respublikasında,  Monqolustanda,  Qafqazın  bütün  rayonlarında  qeydə 
alınmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın aşağı dağ qurşağından subalpa qədər, meşə və 
kolluqlarda,  çay  sahillərində,  subalp  çəmənlərdə  rast  olunur.  Naxçıvan  MR-də  yalnız  Culfa 
rayonunun  Xəzinədərə  ərazisində,  Aracıq  dağı  ətəyindən  toplanılmışdır.  Yayıldığı  ərazilər  və 
populyasiya  sayı  məhdud  olduğundan  təbii  ehtiyatı  azdır,  ona  görə  də  Vulnerable  –  VU  A3bc 
statusu ilə Naxçıvan MR-in Qırmızı Kitabının yeni nəşrinə daxil edilməsi məqsədəuyğundur.     
Rəsmi dərman bitkisidir. Dərman pişikotunun çoxsayli kökləri olan kökümsovundan istifadə 
olunur.  Tərkibində:  valerian  efir  yağı,  mürəkkəb  tərkibli  0,5-1  5-dən  4  %-ə  qədər  quru  kütlə, 
valerian, sirkə, qarışqa və digər turşular, valerian alkaloidləri, xatini və digər maddələr. Spirtli, efir-
spirtli  tinkturasından  (“Valerian  damcısı”),  sulu  ekstraktından,  spirtli  ekstrakt  həlimindən  sinir 
oyanmasında sakitləşdirci, sinir mənşəli ürək döyüntülərində, isteriya, yuxusuzluq və digər hallarda 
istifadə edilir.   
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə