Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   13   14   15   16   17   18   19   20   ...   122

- 35 - 
 
Fəsilə: Qozkimilər - Juglandaceae DC. ex Perleb. 
Cins: Qoz - Juglans L. 
Qozkimilər fəsiləsinin yeganə cinsi olaan Juglans L.- Qoz floramızda 3 növlə: yunan qozu - 
J.regia  L.,  Qara  qoz  -  J.nigra  L.  və  Boz  qoz  -  J.  sericea  L.təmsil  olunmuşdur.  Doğrudur  onlar 
becərilən  bitkilərdir.  Lakin  bu  fəsilənin  ən  geniş  arealda  yayılan  mədəni  plantasiyalardan  başqa 
dağlıq  ərazilərdə  dayalı-daşlı  yerlərdə,  yaşayış  məskənlərindən  xeyli  aralı  nəzarətdən  kənar 
yabanılaşmış halda, yayılmasına görə qoz bitkisinin də xalq təsərrüfatı üçün əvəzolunmaz yaşıllıq, 
qida və dərman bitkisi olduğu barədə məlumat verilmişdir.  
Yunan  qozu  -  Juglans  regia  L.  10  metrə  qədər  hündürlüyündə  ağacdır.  Aprel  -  sentyabr 
aylarinda çiçəkləyir və meyvə əmələ  gətirir. Naxçıvan Muxtar Respublikasının bütün  ərazilərində 
mədəni  halda  becərilir.  Təbiətdə  yabanılaşmış  halda  da  az  deyildir.  Ordubad  rayonunun  dağ 
kədlərinin  ətrafındakı  qayalı  -  daşlı  sərt  yamaclarda,  dərə  və  yarğanlarda,  Ləkətağ,  Qazançı, 
Boyəhməd,  Teyvaz,  Koreymər,  Unus,  Pəzməri,  Urmıs  və  gigər  kəndlərin  ətrafında  yabanılaşmış 
qoz formalara rast gəlmək olur. Mezofitdir. Böyük qida əhəmiyyəti vardır. Qida, dərman və bəzək 
bitkisidir. Qədim-Şərqi- Aralıq dənizi coğrafi areal tipinə daxildir.  
     
 
 
                    
 
 
           Yunan qozu - Juglans regia L. 
Dərman  məqsədilə  qozun  yarpaq  və  meyvələrindən  istifadə  edilir.  Əsas  biololi  fəal 
maddələrinə  İ-hidroyuqlon,  beta  -  hidroyuqlon,  flavonoidlərdən  hiperozid,  3-arabinozid  kversetin, 
3-arabinozid kenpferol, askorbin turşusu, aşı maddələri, karotin, üzvi turşular, C, P. P

vitaminləri, 
və  qliseridlər  daxildir.  Elmi  təbabətdə  vitamin  mənbəyi  kimi,  sulu  dəmləmə  və  bişirmə  hazırlayıb 
ağız  nahiyəsi,  diş  əti,  boğaz  ağrılarında,  antiseptik  və  dezinfeksiyaedici  qarqara  dərmanı  kimi 
işlədilir.  Tam  yetişməmiş  meyvələrinin  ləpəsindən  “qoz  halvası”  hazırlanıb  qanazlığında  və  ağır 
xəstəlik keçirənlərə qüvvətləndirici dərman vasitəsi kimi istifadəsi məsləhət görülür. 
Xalq təbabətində yetişməmiş meyvələrinin şirəsindən şərbət hazırlayıb skorbut xəstəliyində 
içirlər.  Yeyinti  sənayesində  qozun  kal  meyvələrindən  vitanimli  konsentratiar  (vitanin  şərbəti, 
myrəbbə, C vitamini konsentratı) hazırlanır və avitaminozlarda işlədilir [7,s.84-134; ]. 
Fəsilə: Kəvərkimilər - Capparaceae Juss. 
Cins: Kəvər  -  Capparis L.  fəsiləsinin Kəvər - Capparis L. cinsinə daxil olan yeganə növü 
Capparis  herbacea  Willd.  (C.spinosa  L.)  -  Otvari  kəvər,  yeilən  ybanı  meyvə  bitkiləri  arasında 
xüsusi  əhəmiyyətə  malikdir.  Meyvələri  yeyilir,  çiçəkləri  qönçə  vaxtı  duza  qoyulur,  kökləri 
revmatizm xəstəliyində işlədilir. Geniş yayılmış bitkilər sırasına daxildir. 
Otvari kəvər - Capparis herbacea Willd. (C.spinosa L.). yarımkol bitkidir. Oduncaqlı əsas 
gövdədən  hər  tərəfə  sürünən,  uzunluğu  2  m-dək  olan  budaqları  çıxır.  Çoxsaylı,  kiçik  yarpaqları 
yumru və  ya ellipsvari formalı, ucu biz, qısa saplaqda yerləşir, saplaqların bünövrəsində iynə kimi 
yalançı zoğları vardır. Çiçəkləri tək, iri (diametri 5-8 sm), ağ, bəzən sarımtıl və ya çəhrayı çalarlıdır. 
May-iyun aylarında, bəzən iki dəfə (sentyabr-oktyabrda) çiçəkləyir. Meyvələri uzunsov - oval, ətli, 
gilə-meyvə şəkilli, uzunluğu 2 sm-dək olub yaşıl rənglidir. Yetişdikdə içəri tərəfdən çoxsaylı, qonur 
toxumları, burulan dörd laylarla açılır. Kökü qalın 
və güclüdür. 
 
  
 
 


- 36 - 
 
 
 
 
 
 
       Otvari kəvər - Capparis herbacea Willd. (C. spinosa L.) 
Tərkibində askorbin turşusu, rutin, azotlu üzvi maddələr, piyli maddələr olur. Toxumlarında 
25-30 % piyli yağ vardır. Bu yağın 12-13% -I doymuş və doymamış turşulardan, 22-24 % -I olein, 
33-51%-i  kinol  turşularının  qliseridlərindən  ibarətdir.  Meyvələrində  çoxlu  miqdarda  yod,  pectin 
maddələri  üzvi  birləşmələr  aşkar  edilmişdir.  Yodla  zəngin  olan  meyvələrindən  konservləşdirilmiş 
şirə  hazırlanır  və  zob  xəstəliyində  istifadə  edilir.  Otvari  kəvərdən  xalq  təbabətində  daha  geniş 
istifadə  olunur.  Belə  ki,  bitkinin  təzə  dərilmiş  meyvələrindən  babasildə,  ishalda,  qara  ciyər 
iltihabında,  sidikqovucu,  mədə  -  bağırsaq,  ürək  xəstəliklərində  istifadə  edirlər.  Yarpaq  və  cavan 
budaqlarını bir müddət şor suda saxlayır sonar süzür və üzərinə turş alça əzməsi töküb diabetə qarşı 
qəbul  edirlər.  Kal  meyvələrini  yerfındığı  meyvələri  ilə  qarışdırıb  revmatizmdə  ağrıkəsici  maddə 
kimi işlədirlər. 
Fəsilə: Dağdağankimilər - Celtidaceaea Link. 
Cins. Dağdağan - Celtis L. 
Dağdağankimilərin ərazidə 1 cinsi Dağdağan Celtis L.və 3 növü: Hamar dağdağan - Celtis 
glabrata  Stev.  ex  Planch.,  Qafqaz    dağdağanı  -  Celtis  caucasica  Willd.,  Turnefor  dağdağanı  -  C. 
tournefortii  Lam.  yayılməşdır.  Meyvələri  yeyilən  perspektiv  bitkilərdir.  Dağdağan  növləri  arid 
seyrək meşəlik əmələ gətirirlər. 
Hamar  dağdağan  -  Celtis  glabrata  Stev.  ex  Planch.  Hündürlüyü  5  m  оlan  alçaqbоylu 
ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zоğları qəhvəyi və  ya qоnur, yaşlı gövdəsinin qabığı 
isə  bоzumtul  -  qоnur  rəngdədir.  Cavan  budaqları  açıq  qоnur  və  ya  açıq  qəhvəyi  rəngdədir. 
Yarpaqların  qaidəsi  dairəvi-pazşəkillidir,  kоl  fоrmalarında  isə  demək  оlar  ki,  ürəkvaridir. 
Yarpaqların ucu iti, хırda mişarkənarlı, sarımtıl-yaşıl (хüsusən alt tərəfdən), hamar, bəzən kələkötür
uzunluğu  4-7  sm,  eni  4  sm-dir,  çılpaq  saplaq  üzərində  yerləşmişdir.  Meyvələri  şarfоrmalı, 
qırmızımtıl, 1-2 sm uzunluqdadır, uzun, çılpaq meyvə saplağı üzərində yerləmişdir. Meyvəsi kürə 
fоrmalıdır,  uzun  saplağı  vardır.  Çəyirdəyi  zəif  qırışıqlı  оlub  dairəvidir.  Aprel  -  may  ayında 
çiçəkləyir.  
 
 
 
 
 
 
 
 
 
Hamar dağdağan - Celtis glabrata Stev. ex  Planch 
Dağdağan aşağı  və orta  dağ qurşaqlarında qayalı  yerlərdə  yayılmışdır. Kserofitdir bitkidir. 
Yüksək  inkişaf  etmiş  kök  sisteminə  malik  olduğundan  su  çatışmayan  yerlərdə  bəzək  bitkisi  kimi 
becərilə bilər. Dərman və qida əhəmiyyəti də vardır. Qafqaz coğrafi areal tipinə daxildir 
Fəsilə: Gülçiçəklikimilər - Rosaceae Adans. 
Cins. Badam - Amygdalus L. 
Gülçiçəklikimilər - Rosaceae Adans. fəsiləsinin Naxçıvan MR-ın flora biomüxtəlifliyində ən 
çox  cinsi  və  növü  olan  fəsilələrdəndir.  Hazırda  fəsilənin  ərazidə  30  cinsi  və  153  növü  qeydə 
alınmışdır  (TS).  Yabanı  yeyilən  qida  bitkilərinin  də  böyük  əksəriyyəti  bu  fəsiləyə  mənsubdur. 
Fəsilənin  yabanı  halda  2  badam  növü  vardır.  Amygdalus  L.  cinsindəki  Nair  badamı  -  Amygdalus 
nairica Fed. Takht. nadir növdür. Ancaq Fenzil badamı - Amygdalus fenzliana (Fritsch) Lipsky ən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə