Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   27   28   29   30   31   32   33   34   ...   122

- 63 - 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi (miqyas 1: 600 000). Bakı, DTXK, 1996 
2.
 
Azərbaycanın  təbii  yem  sahələrinin  geobotaniki  tədqiqatına  dair  metodki  göstəriş//  İ.M. 
Ağaquluyevin müəllifliyi ilə. Bakı, Elm, 2001, 72 s. 
3.
 
Azərbaycan  florasının  lüğəti//  Akad.  V.C.  Hacıyev  və  b.e.n.  T.E.  Qasımovanın  müəllifliyi  ilə. 
Bakı, Elm, 2008, 272 s. 
4.
 
Hacıyev  Q.Ə.,  Rəhimov  V.Ə.  Azərbaycan  SSR  inzibati  rayonların  iqlim  səciyyəsi.  Bakı,  Elm, 
1977, 269 s. 
5.
 
Hacıyev  V.C.,  Hətəmov  V.V.,  Qurbanov  E.M.  Təbii  yem  sahələrinin  geobotaniki  tədqiqat 
metodikası. Bakı Universiteti nəşriyyatı, Bakı, 1995, 52 s. 
6.
 
Qurbanov E.M., Cabbarov M.T. “Geobotanika”, “Bakı Universiteti” nəşriyyatı, Bakı, 2017, 320 s. 
7.
 
Məmmədov  Q.Ş.  Azərbaycan  Respublikasının  dövlət  torpaq  kadastrı:  hüquqi,  elmi  və  praktiki 
məsələləri. Bakı, Elm, 2003, 448 s. 
8.
 
Бейдеман  И.Н.  Эколого-биологические  основы  смен  сообществ  в  растительном  покрове 
Кура-Араксинской  низменности  Закавказья.  Автореф.  дисс.насоиск.  Ученой  степени 
док.биол.наук. Л., 1965, 51 с. 
9.
 
Воронов А.Т. Геоботаника. М.: 1973, 384 с. 
10.
 
Работнов Т.А. Фитоценология, 2-ое издание. Изд-во Московского Университета, 1983. 296 с. 
11.
 
Флора Азербайджана. Баку, Изд-во АН Азерб. ССР. 1950-1961, т.т. I-VIII. 
12.
 
Cherepanov  S.K.  Vascular  plants  of  Russia  and  Agrosent.  States  the  former  USSR.  North 
American Branch Cambridge University Press. 1995. 992 p. 
 
ABSTRACT 
Elshad Gurbanov 
Kamala Asadova 
STUDYING OF THE VEGETATION OF WINTER PASTURES  
OF MIL STEPPE AND THEIR RATIONAL USAGE 
 
In  article  is  studied  the  current  state  of  the  semidesert  vegetation  of  the  winter  pastures  of 
Mil  steppe.  Phytocenologicalfeatures  of  communities,  wormwood-ephemerous  formations  which 
are  related to  semidesert vegetation  is  researched. The  ways  of rational  usage  and preservation of 
vegetation for improvement at semidesertphytocenosis is discussed. 
       
РЕЗЮМЕ 
Эльшад Курбанов 
Кямаля Асадова 
ИССЛЕДОВАНИЕ РАСТИТЕЛЬНОСТИ ЗИМНИХ ПАСТБИЩ МИЛЬСКОГО 
РАВНИНА И ИХ РАЦИОНАЛЬНОГО ИСПОЛЬЗОВАНИЕ 
 
В  статье  излагаются  результаты  исследование  полупустынного  растительности  зимних 
пастбищ Мильской равнины, которые используются для отгонного овцеводства.  
Нами исследованы фитоценологические особенности сообщества, полынно-эфемеровые 
формации, относящихся к полупустынному растительности. 
Рекомендуются  мероприятия  пути  рационального  использование  растительности  Мильской 
равнины.  
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
            Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev
 
 
 
 


- 64 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
NİGAR ƏLİYEVA   
Azərbaycan Dövlət Pedaqoji Universiteti  
UOT: 599.735 
QAFQAZ KÖPGƏRİNİN (RUPİCAPRA RUPİCAPRA CAUCASICA L.) BƏZİ 
 BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ  HAQQINDA 
 
Açar  sözlər:  Qafqaz  köpgəri,  cütdırnaqlı  heyvanlar,  nadir  növlər,  yayılma  yerləri,  fəsli  miqrasiya, 
tükdəyişmə  
Key  words:  Caucasion  chamois,  even-toed  animals,  rare  species,  localities,  seasonal  migration, 
shedding 
Ключевые слова: Кавказская серна, парнокопытных животных, редкие виды, место нахождение, 
сезонные миграции, линька   
Faydalı  heyvanların  qorunması  və  onların  artırılması  insanların  şüurlu  fəaliyyətindən  daha  çox  asılıdır. 
İnsanlar  hələ  qədim  dövrlərdən  ov  heyvanlarının  qorunması  qayğısına  qalmışlar.  Buna  qədim  Midiya,  sonrakı 
illərdə isə Azərbaycan ərazisində xan və bəylərə məxsus olan sahələrdə ov heyvanlarının ovlanmasının qadağan 
edilməsi misal göstərilə bilər. Daha sonralar isə bu tədbir öz əksini dövlət qanunlarında, dekretlərdə tapmışdır. Bu 
problem XX yüzilliyin ortalarından başlayaraq daha da aktuallaşmışdır.  
Qeyd etmək lazımdır ki, məməli heyvanlar arasında xüsusilə, cütdırnaqlılar dəstəsinin nümayəndələri bütün 
dövrlərdə  insanların  diqqət  mərkəzində  olmuşdur.  Azərbaycan  ərazisində  yayılmış  cütdırnaqlılar  dəstəsinin 
nümayəndələrindən  (çöl  donuzundan  başqa)  yeddi  növün  hamısı  Təbiəti  Mühafizə  üzrə  Beynəlxalq  İttifaqın 
Qırmızı  Siyahısına  (TMBİQS)  daxil  edilmişdir.  Bu  növlərdən  6-sı  (ceyran,  cüyür,  nəcib  maral,  köpkər,  qaya 
keçisi və Asiya muflonu)  Azərbaycanın “Qırmızı kitabı”nın II nəşrinə də daxil edilmişdir.   
Milli və beynəlxalq səviyyədə müxtəlif siyahılara salınmış bu heyvanların bütün mövsümlərdə ovlan-
ması qadağan edilmişdir. RAMSAR konvensiyasına uyğun olaraq, cütdırnaqlıların hazırda məskunlaşdıqları 
ərazilərin qorunması üçün müəyyən tədbirlər həyata keçirilir.        
Ətraf mühitin qorunması və təbii biosenozlardan səmərəli istifadənin elmi əsaslarla həyata keçirilməsi 
üçün  genetik  fondu  bioloji  müxtəliflik  səviyyəsində  saxlamaq  mühüm  əhəmiyyət  kəsb  edir.  Bioloji 
müxtəlifliyin  və  onun  genetik  fondunun  qorunması  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  21 
dekabr  2002-ci  il  tarixli  sərəncamının  icrasına  uyğun  olaraq  heyvanların  monitorinqinin  keçirilməsinə  aid 
tədqiqatların  aparılması  daha  vacibdir.  Azərbaycan  Respublikası  Prezidentinin  adı  çəkilən  sərəncamına 
əsaslanaraq  Azərbaycanın  “Qırmızı  kitabı”  nın  II  nəşrinə  daxil  edilmiş  Qafqaz  köpgərinin  (Rupicapra 
rupicapra caucasica L.) bioekoloji xüsusiyyətlərinin öyrənilməsini məqsəd qoymuşuq.  
Qafqaz  köpgəri  (Rupicapra  rupicapra  caucasica  L.)  boşbuynuzlular  (Bovidae)  fəsiləsinə  daxil  olub, 
kiçik və orta irilikdə dırnaqlı heyvandır. S. Quliyevin (2006) 
verdiyi  son  məlumatlara  görə  bədən  uzunluğu  102  sm-dən 
119  sm-ə  qədər,  kütləsi  25-45  kq,  az  hallarda  30-36 kq  ola 
bilir.  Nisbətən  gödək  olan  bədənin  döş  hissəsi  dərin  və 
enlidir. Köpgərin beli xaricdən bir az qabarıq, arxa tərəfinin 
hündürlüyü çiyin hündürlüyündən 4-6 sm çoxdur. Həm dişi, 
həm də erkək fərdlərində buynuzlar olur. Buynuzları şaquli 
vəziyyətdə  olub,  ucları  qarmaq  şəklində  aşağıya  tərəf 
əyilmişdir.  Buynuzların  üzəri  çox  hamar  olsa  da  onlarda 
illik  halqalar  seçilir  və  qara  rəngdədir.  Burun  dəlikləri  bir-
birinə çox yaxındır. Üst dodağı tamamilə tüklə örtülmüşdür. 
Gözləri  çox  da  böyük  olmayıb  portdaqdır  və  nisbətən 
yanlara çıxmışdır. Göz alması sarı-boz rəngdədir. Qulaqları 
nisbətən uzun olub, 12-14 sm-ə bərabərdir.  
Qafqaz köpgəri (Rupicapra rupicapra caucasica L.) 
Dırnaqları boz- qonur rəngli və nisbətən iri, kənarları və uc hissəsi çox iti olub, ona kəskin hərəkətlər 
etməyə imkan verir.  Dırnaqlarda olan yastıqcıqlar daşa sıxılarkən havasızlıq yaradaraq yapışma qabiliyyəti 
əmələ gətirir.  
Yaşayış  yerləri.  Köpgərlərin  yayıldığı  keçmiş  və  müasir  arealları,  morfologiyası,  morfofiziologiyası, 
həmçinin  paleozooloji  məlumatlar  göstərir  ki,  onlar  dağ,  meşə-çəmənlik  tipinə  aiddirlər.  Onların  ən  sevimli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə