Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   26   27   28   29   30   31   32   33   ...   122

- 61 - 
 
Eksperimental hissə
Çöl  tədqiqatlarında  səciyyəvi  (yarımsəhra)  bitkiliyin  yovşanlı-efemerlik  (Artemisietum-
Ephemerosum)  formasiyasının  ətirli  yovşanlı-təmiz  efemerliyi  (Artemisietum-lerchiana-
Ephemerosum)assosiasiyasının növ tərkibinə 19 növ ali çiçəkli bitkilər rast gəlinir (təsvir 1). 
Geobotaniki təsvir №1. Yovşanlı-efemerlik formasiyasının növ tərkibi və quruluşu (Artemisia 
lerchiana Web. edifikatorluğu ilə) 
S/s 
Biomorf növlər 
Ekoloji 
qruplar 
Bolluğu 
(bal ilə) 
Yarusluq və 
orta 
hündürlük 
(sm-lə) 
Fenoloji 
fazası 







Kollar 
Suaeda dendroides Moq. 
(C.A.Mey) 
 
halofit 
 

 
II (70) 
 
veg. 

Yarımkollar 
Salsola dendroides Pall. 
 
mezokserofit 
 
1-2 
 
II (60) 
 
veg. 

Kolcuqlar 
Salsola ericoides Bieb. 
 
halofit 
 

 
II (50) 
 
veg. 

Çoxillik otlar 
Artemisia lerchiana Web. 
 
kserofit 
 
2-3 
 
III (30) 
 
veg. 

Limonium meyeri 
(Boiss.) O.Kuntze 
mezokserofit 
1-2 
III (25) 
çiç. 

Trapogon graminifolius 
DC 
kserofit 
1-2 
III (20) 
çiç. 

Taraxacum desertorum 
Schischic. 
kserofit 
1-2 
III (15) 
çiç. 

Plumbago lanceolata L. 
mezofit 
1-2 
III (10) 
veg. 

Efemeroidlər 
Poa bulbosa L. 
 
kserofit 
 
1-2 
 
III (5) 
 
çiç. çox. 
10 
Birillik otlar 
Lolium rigidum Gaudin. 
 
kserofit 
 
3-4 
 
II (30) 
 
çiç. 
11 
Bromus japonicus 
Thunb. 
kserofit 
3-4 
II (20) 
çiç. 
 
12 
Avena fatua L. 
kserofit 
1-2 
III (35) 
çiç. 
13 
Eremopyrum orientale 
(L.) Jaub.et Spach. 
halofit 
1-2 
III (25) 
çiç. 
 
14 
Psylliosfachys spicata 
(Willd.) Nevski 
halofit 
1-2 
III (20) 
çiç. 
 
15 
Erodium cicutarium (L.) 
L'Her 
kserofit 
1-2 
III (15) 
çiç. 
16 
Adonis aestivalis L. 
kserofit 
1-2 
III (10) 
çiç. 
17 
Allium rubellum Bieb. 
kserofit 
1-2 
III (5) 
çiç 
18 
Aegilops cylindrica Host.  kserofit 

II (30) 
çiç 
19 
Medicago minima (L.) 
Bertalini 
kserofit 

III (15) 
pax.tök.-ə 
Ot örtüyünün orta hündürlüyü 20-30 sm; ümumi layihə örtüyü 60-80%. 
1 saylı geobotaniki təsvirdə əks olunduğu kimi bu formasiyanın biomorfoloji yaxud həyati 
formalarının təhlilinə əsasən 1 növ (5,3%) kol, 1 növ (5,3 %) yarımkol, 1 növ (5,3) kolcuq, 6 növ 
(31,5%)  çoxillik  otlar  və  10  növ  (52,6%)  birillik  otlar  təsadüf  edilir.  Ekoloji  təsnifinə  görə,  növ 
tərkibində 12 növ (63,2%) kserofitlər, 4 növ (21,0%) halofitlər, 2 növ (10,5%) mezokserofitlər və 1 
növ (5,3%) mezofitlərlə təmsil olunur.  


- 62 - 
 
Fitosenozun  edifikatoru  ətirli  yovşan  (Artemisia  lerchiana  Web.)  olub,  bolluğu  2-3  bal  və 
dominantı isə bərk quramat (Lolium rigidum Gaudin.), yapon tonqalotu (Bromus japonicus Thunb.) 
və s. efemerlər hesab edilir ki, həmin növlərin bolluğu 3-4 bal ilə qiymətləndirilir.  
Bitki örtüyünün quruluşu iki mərtəbə və yaxud yarusda büruzə verir; Birinci mərtəbədə ətirli 
yovşan  (A.lerchiana),  ikinci  mərtəbədə  isə  sözügedən  efemerlər  iştirak  edirlər.  Layihə  örtüyü  60-
80% arasında dəyişir.  
Yovşanlı-efemerlik  formasiyasının  məhsuldarlığı  (2016-2017-ci  illərdə)  yazda  2,7  s/ha, 
payızda 3,2 s/ha və qışda 2,5 s/ha təşkil etmişdir (cədvəl 1). 
 
Cədvəl 1. Yovşanlı-efemerlik formasiyasının ikiillik (yeyilən quru kütləyə görə, sent/ha-la) 
məhsuldarlığı 
S/s 
Botaniki qruplar 
Otlaq mövsümləri 
payız 
qış 
yaz 
s/ha 

s/ha 

s/ha 


Taxılotlar  




1,5 
17,9 

Paxlakimilər 




1,2 
14,2 

Müxtəlifotlar 
3,2 
38,1 
2,5 
29,8 


Cəmi: 
3,2 
38,1 
2,5 
29,8 
2,7 
32,1 
Orta məhsuldarlıq 
8,4 s/ha (100%) 
 
Cədvəldən  göründüyü  kimi,  2016-cı  ilin  payızında  fitosenozun  məhsuldarlığı  3,2  s/ha, 
qışında 2,5s/ha müxtəlifotlar, 2017-ci ilin yazında 1,5 s/ha taxılotlar və 1,2 s/ha paxlakimilər, eləcə 
də orta məhsuldarlıq 8,4 s/ha müəyyənləşdirilmişdir.  
Nəticələrin izahı. 
Beləliklə, qənaətə  gəlirik ki,  yovşanlı efemerlik formasiyasının məhsuldarlığı (8,4 sent/ha), 
100  kq  yemdə  yem  vahidi  (53,28  kq),  otarma  müddəti  (210  gün)  və  kiçikbuynuzlu  mal-qaranın 
gündəlik yem normasını (1,3 yem vahidi) nəzərə almaqla otlağın 1 hektarında tutumu 1,6 baş aşkar 
edilmişdir [2,5]. 
Yovşanlı-efemerliyin  növ  tərkibində  19  növə  rast  gəlinir;  bundan  14  növ  (73,7%)  yem,  5 
növ (26,3%) zərərli və zəhərli bitkilər hesab olunur.  
Müşahidələr  göstərir  ki,  Mil  düzünün  ərazisində yayılan  yarımsəhra,  səhra,  çala-çəmən  və 
su-bataqlıq  bitki  örtüyündə  antropogen  və  texnogen  təsirlərdən  (pambıq,  taxıl,  bostan  bitkiləri  və 
s.), xüsusən fiziki və hüquqi şəxslər tərəfindən davar sürülərinin həddən artıq (iribuynuzlu mal-qara 
ilə birgə) otarılması səbəblərinə görə, təbii bitkiliklər diqressiyaya məruz qalmış, otlaqaltı torpaqlar 
şoranlaşmış, məhsuldarlığı aşağı düşmüş, qidalılığı tükənmişdir.  
Bu cür neqativ təsirlərin nəticəsində bitki örtüyündə dəyərli yem bitkilərinin vegetasiyasında 
əlverişli ekoloji şəraitdə çətinlik yaranır. Bunun qarşısını almaq üçün ərazinin yarımsəhra bitkiliyi 
yovşanlı-efemerlik  formasiyasının  göstəriciləri  və  mövcud  istifadəsi  vəziyyətinə  əsasən  qış 
otlaqlarının  düzgün,  eləcə  də  səmərəli  istifadə  olunması  üçün  aşağıdakı  tədbirlərin  həyata 
keçirilməsini tövsiyə edirik:  
-
 
Otarmanı otlaq dövriyyəsinin qüzlə (hissə-hissə) tətbiqi ilə aparılması; 
-
 
Səthi yaxşılaşdırılma tədbirlərinin görülməsi
-
 
Çoxillik  çim  əmələgətirən  kserofit  yem  bitkilərinin  səpini  və  aqronomik  qaydalara  əsasən 
gübrələrin verilməsi; 
Torpağın  su-hava  rejiminin  tənzimlənməsi  və  bitki  örtüyünün  bərpasından  sonra  otlaq 
sahəsindən səmərəli istifadə olunması. 
Yuxarıda  qeyd  edilmiş  kompleks  tədbirlərin  həyata  keçirilməsi,  tədqiqat  aparılmış  təbii 
fitosenozların  qorunması,  səmərəli  istifadəsi,  yaxşılaşdırılması  torpaqlarının  iqtisadi 
qiymətləndirilməsinə zəmin yaradacaqdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə