*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Quyu divarının uçulması (tökülməsi)



Yüklə 200,59 Kb.
səhifə34/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   27   28   29   30   31   32   33   34   35
rafiq m

Quyu divarının uçulması (tökülməsi) – sıxılmış gil, argillit və dəyanətsiz gilli təbəqələri qazıldıqda baş verir. Qazıma məhlulu və ya onun tərkibində olan sərbəst suyun göstərilən süxurlara daxil olub, onu nəmləşdirməsi nəticəsində möhkəmlik hədləri azalır ki, bu da onların uçulub tökülməsinə səbəb olur. Uçulmaya süxurların şişməsi də səbəb olur. Qazıma məhlulu tərkibində olan külli miqdarda sərbəst su quyu divarlarını təşkil edən sıxılmış gil, argillit və gil qatlarına daxil olub onun şişməsinə, çatlamasına səbəb olur ki, bu da nəticə etibarı ilə quyu divarlarının uçulub tökülməsinə gətirib çıxarır. Uçulmaya az miqdarda qazıma alətinin mexaniki təsiri də səbəb olur. Uçulmalar həmçinin tektonik proseslərin təsirindən də ola bilər. Bu zaman süxurların təsirindən yaranan təzyiq, maye sütununun yaratdığı hidrostatik təzyiqdən çox olduğundən üçulmaya səbəb olur.
Quyu lüləsinin şişməsi – əsasən, gil, sıxılmış gilli və bəzi hallarda argillitli süxurları qazıdıqda baş verir. Qazıma məhlulu və onun filtratı həmin süxurlara təsir edərək onun şişməsinə və quyu lüləsinin daralmasına səbəb olur ki, bu da alətin ilişməsinə–qaldırma zamanı dartılmasına, endirmə zamanı oturmasına, quyu dibinə çatmamasına və əksər hallarda alətin tutulmasına səbəb olur.
Quyu lüləsinin şişib daralmasını xəbərdarlıq və ləğv etmək üçün əsas tədbirlər aşağıdakılardan ibarətdir:
1)daralma gözlənilən zonaların qazılmasında filtratın tərkibində deformasiya həddini artıran və eləcə də struktur deformasiyanı azaldan kimyəvi maddələr olan ağırlaşdırılmış qazıma məhlulundan istifadə edilməli;
2)yüksək qazıma sürətini təmin edən işin düzgün təşkili;
3)uçulmaların xəbərdarlıq və ləğv edilməsi üçün göstərilmiş tədbirlərin 3-cü bəndinin b, c, ç, d, e və j hissələrinə əməl edilməlidir.
Sürüşmə – bu növ mürəkkəbləşmə əsasən elastikliyi çox olan süxurların (gil, gilli qum, argillit, anhidrit və ya duzlar) qazılması zamanı baş verir. Belə layların qazılması zamanı qüvvələrin təsirindən müəyyən müddətdən sonra onlar deformasiyaya üğrayaraq sürüşür, daha doğrusu quyu lüləsinə doğru şişərək, onu daraldır. Belə mürəkkəbləşmələrə, xüsusilə, quyu dərinliyinin və temperaturunun artması ilə əlaqədar daha çox rast gəlinir. Əsas səbəbi, quyu dibinə və divarlarına yaradılan əks təzyiqin aşağı olmasıdır

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə