*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Tal sistemi və onun elementləri



Yüklə 200,59 Kb.
səhifə21/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
rafiq m

Tal sistemi və onun elementləri.
Hal-hazırda dərinliyi 4000 m-dən artıq olan quyular üçün qazıma qurğularında tal sistemlərinin yükqaldırma qüvvəsi 200 və 300 ton və onun tellənməsi 5x6 və ya 6x7 quruluşda götürülür.
Bu tellənmədə kanatın diametri 28, 32, 34,5 mm qəbul edilir.
Normaya əsasən 1 m dərinliyə qazıdıqda kanatın sərfi 1-3 mm olmalıdır.
Polispast sisteminə aiddir:
1.Kronblok;
2.Tal bloku.
Tal sistemlərinin texniki xarakteristikalarının əsas göstəricisi onların yükqaldırma qabiliyyətidir ki, buna uyğun olaraq onlarla müxtəlif qazıma qurğuları komplektləşdirilir.
Tal sistemi :
1.Polispast mexanizmdən;
2.Qazıma qarmağından;
3. Tal kanatının işlək ucunu bərkitmə barabanından;
4.Tal kanatının tərpənməz ucunu bərkitmə quruluşundan təşkil olunur.
5.Quyuların sementlənməsi haqqında***
Qoruyucu kəməri quyuya endirdikdən sonra neftli, qazlı və sulu layları bir-birindən ayırmaq, eləcə də müxtəlif mineraloji tərkibə malik suların təsirindən onun paslanıb sıradan çıxması qarşısını almaq, nəhayət, quyu divarını möhkəmləndirmək üçün boruarxası fəzaya müəyyən hündürlükdə sement məhlulu vuru-lur.
Buna sementləmə prosesi deyilir.
Ölkəmizdə neft və qaz quyularının sementlənməsi üçün müxtəlif xassəli tamponaj sementləri buraxılır:
1-“soyuq” quyular üçün (quyudibi t=400C-yə qədər);
2-“isti” quyular üçün (quyudibi t=750C-yə qədər);
3-dərin quyular üçün (quyudibi t=100-1200C-dən yüksək).
Qumlu tamponaj sementi. Belə qarışıq sement klinkerinə 20% qum qatıb 5000C temperaturda qızdırdıqdan sonra üyüdülür. Yüksək möhkəmliyi olan belə qarışıq yüksək duzlu layların sementlənməsində yaxşı nəticə verir.
Həcmi genişləndirən sement öz həcmini 2%-ə qədər geniş-ləndirir. Belə sement qoruyucu kəmərlə lay arasında böyük təz-yiq altında möhkəm əlaqə yaradır.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə