*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə22/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
rafiq m

Sementləmə aqreqatı Bu aqreqatın köməyilə hesablaşmış sement məhlulu və basıcı qazıma məhlulu quyuya vurulur.
Sementqarışdıran maşın. Hazırda neft sənayesində sement məhlulunun qarışdırılmasında CM-10, 2 CMH-20(şəkil 12.2), CMP-20 və s. sementqarışdıran maşınlardan geniş istifadə edilir.
Sementləmə başlığı (şəkil 12.3 və 12.4). Qoruyucu kəmər quyuya endirildikdə qazıma məhlulunun dövranıni yaratmaq, kəmər endirildikdən sonra quyunu yumaq və ya bilavasitə sementləməni aparmaq üçün ЦГ5-300 və s. sementləmə başlığından istifadə edilir.
Sementləmə tıxacı plastik kütlədən və rezindən hazırlanır.Qabaqlar taxdadan da tıxac hazırlanılırdı. Quyuya lazım olan miqdarda sement məhlulu vurulduqdan sonra onun üstündən üst sementləmə tıxacı buraxılır. Lazımi həcmdə maye vurulduqda tıxac istinad halqasına çatır, sementləmə başlığının kranları bağlanır və sementləmə prosesi qurtarır.


6.Quyularda son tamamlama işləri***
Quyuların istismara hazırlanması–qazma baltası ilə məhsuldar layın tavanının açılması anından quyunun texnoloji iş rejiminə çıxarılmasına qədər aparılan işlər kompleksinə layların açılması deyilir. Quyuların istismara hazırlanması (quyuların tamamlanması) üsulunun seçilməsi bir sıra geoloji, texniki, texnoloji və iqtisadi amillərlə müəyyən edilir.
Layların açılması işləri iki dövrə ayrılır:
1) qazıma prosesində balta ilə layların açılması - bu, ilkin açılma adlanır;
2) qazıma prosesi qurtardıqdan və quyu gövdəsi qoruyucu kəmərlə bərkidildikdən sonra perforasiya vasitəsilə layların açılması - bu, təkrar açılma adlanır.
Layların ilkin açılması-məhsuldar layın tavanından daba-nına qədər quyudibinin dərinləşdirilməsidir.
Təkrar açılma-qoruyucu kəmər buraxıldıqdan və sementləndikdən sonra perforatorlar vasitəsilə kanalların açıl-masıdır. Neftli horizontların təkrar açılmasını quyudibi zonaya təsiretmə metodu kimi qəbul etmək lazımdır. Çünki layın rasional açılması üsulunun seçilməsi və tətbiq edilməsi yolu ilə neft quyularının hasilatının intensivləşdirilməsi, quyuların yüksək debitinin təmin edilməsi üçün həlledici əhəmiyyətə malik olub, vacib və ciddi problemdir. Bu, eyni zamanda böyük təcrübi əhəmiyyətə malikdir.
Layın quyudibinə yaxın olan sahəsi quyudibi zona adlanır. Quyu dibinə yaxınlaşdıqca təzyiq qradiyenti və süzülmə sü-rətinin qiyməti kəskin artır.Bu ona ğörədir ki, quyu dibinə yaxınlaşdıqca süzülmə sahəsi kəskin azalır. Neft yataqlarının istismarı şəraitində işlənmə prosesinə təsir edən çoxlu amillər olduğu üçün quyudibi zonanı, layın yerdə qalan hissəsindən ayıran real fiziki sərhədi göstərmək mümkün olmur. Quyudibi zonaya layın açılması və istismarı zamanı süxurların ən çox deformasiyası baş verən lay hissəsini aid etmək lazımdır.
Layların açılmasının hər iki dövründə qəzalara yol vermədən etibarlı surətdə açılmanı təmin etmək üçün lazım olan texnikanın seçilməsinə, açılma texnologiyası qaydalarının yerinə yetirilməsinə xüsusi diqqət verilməlidir. quyuların qazılması və mənimsənilməsi işlərinin müvəffəqiyyətlə başa çatdırılması, onlardan layihədə nəzərdə tutulmuş hasilatın alınması, su vurucu quyuların hesablama ilə müəyyən edilmiş qəbuletmə qabiliyyətinin əldə edilməsi həmin şərtlərə düzgün və mütləq əməl edilməsindən asılıdır

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə