*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Qazıma kəmərinin vəzifələri**



Yüklə 200,59 Kb.
səhifə15/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
rafiq m

7. Qazıma kəmərinin vəzifələri**
Qazıma kəmərinin əsas təyinatı aşağıdakılardır:

  1. qazıma baltasını quyuya endirib qaldırır;

  2. rotor üsulu ilə qazımada fırlanma hərəkətini quyu dibindəki baltaya ötürür;

  3. qazıma məhlulunun dövranını təmin edir;

  4. istənilən qazıma üsulunda baltaya oxboyu yük yaradır;

  5. quyuda qəza baş verdikdə quyu içərisində sınıb qalmış və ya açılmış qazıma alətinin quyuda qalan hissəsini çıxarmağa kömək edir;

  6. quyuda əlavə işlər görülməsinə (quyunun yuyulması, sementlənməsi quyruq kəmərinin buraxılması və i.a.) kömək edir;

  7. електрик цсулу иля газымада електрик енержисини quyudibi mühərrik olan elektrik qazıyıcısına ötürür.

Qazıma kəməri aşağıdakı hissələrdən ibarətdir:

  1. aparıcı boru (işlək boru);

  2. qazıma boruları və onların birləşmələri,qazıma qıfılları;

  3. yüngülləşdirilmiş qazıma boruları (YQB)

  4. qazıma kəmərinin aşağı hissəsində yerləşən ağırlaş­dırılmış qazıma boruları (AQB).

  5. qazıma kəmərinin köməkçi hissələri (mərkəzləşdirici, sabitləşdirici, qəlibləyicilər keçiricilər, əks klapanlar, qoruyucu rezin halqalar);

Rotor qazımasında quyunun qazılmasını təmin etmək üçün qazıma kəmərinin ucuna müvafiq balta bağlanır və bu balta qazıma kəməri ilə birlikdə fırladılır. Turbin üsulu ilə qazımada balta ilə qazıma kəməri arasında turbin qazıyıcısı elektrik üsulu ilə qazımada isə elektrik qazıyıcısı yerləşdirilir. Bu zaman balta quyudibi mühərriklərin valına bağlanır və onun quyu dibində fırladılmasını həmin mühərriklər təmin edir. Beləliklə, turbin və ya elektrik qazıyıcısı ilə qazıma zamanı qazıma kəmərini daim fırlatmağa ehtiyac olmur.
8. Qazıma məhlulunun vəzifələri**
Qazıma məhlulu quyuların yüksək sürətlə, təhlükəsiz qazılaraq yüksək lay məhlulunun çıxarılmasını təmin etməlidir.
Qazıma məhlulunun vəzifəsi aşağıdakılardan ibarətdir:
1-quyu divarının davamlılığını artırmaq;
2-qazılmış süxur parçalarını dibindən qaldırmaq;
3- maye dövranı dayandıqda qazılmış süxur parçalarını asılı və-ziyyətdə saxlamaq;
4- lay təzyiqinə qarşı əks təzyiq yaratmaq.
Gilli məhlul neft və qaz quyularının qazılmasında yuyucu maye kimi əvəzedilməzdir.
Gilli məhlul yuyucu mayedirQazıma zamanı gilli məhlulun əsas vəzifələri:
-quyu divarını şirələmək
-dövran kəsildikdə qazılmış süxuru öz içərisində asılı vəziyyətdə saxlamaq;
-qazıma zamanı açılmış laya əks təzyiq yaratmaq;
-qazılmış süxuru quyudibindən xaric etmək;
-qazıma prosesində süxura sürtünmə nəticəsində qızmış baltanı soyutmaq;
- gilli məhlul nasosunun enerjisini quyudibində işləyən qazıma turbininə vermək.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə