Firma iQTİsadiyyati



Yüklə 8,79 Kb.
tarix30.03.2018
ölçüsü8,79 Kb.

FİRMA İQTİSADİYYATI”

II KOLLOKVİUM SUALLARI

  1. İstehlakçıların ödəməyə hazır olduğu məbləğ, istehlakçının izafi faydası və tələb əyrisi arasındakı əlaqəni izah edin.

  2. Satıcıların məsrəfləri, istehlakçının izafi faydası və təklif əyrisi arasındakı əlaqəni izah edin.

  3. Tələb-təklif diaqramında, bazar tarazlığı halında istehlakçının izafi faydası və istehsalçının izafi faydasını göstərin.

  4. Səmərəlilik nədir? Bu, iqtisadi siyasəti formalaşdıranların yeganə məqsədidirmi?

  5. Kaliforniyada vaxtından əvvəl baş verən donvurma limon məhsulunu zay edir. Limon bazarında istehlakçının izafi faydası necə dəyişir?Bəs limonad bazarında istehlakçının izafi faydası necə dəyişir? Cavablarınızı diaqramlarla izah edin.

  6. Fransız çörəyinə olan tələbin artdığını təsəvvür edin. Fransız çörəyi bazarında istehsalçının izafi faydası necə dəyişir? Bəs un bazarında istehsalçının izafi faydası necə dəyişir? Cavablarınızı diaqramlarla izah edin.

  7. Mənfi kənar təsirə və müsbət kənar təsirə 5 misal gətirin.

  8. Tələb və təklif diaqramlarından istifadə etməklə mənfi kənar təsirin nəticələrini izah edin.

  9. Patent sistemi kənar təsir problemini həll etmək üçün cəmiyyətə necə kömək edir?

  10. Dövlət müdaxiləsi olmadan kənar təsir problemini həll etmənin bəzi yollarını göstərin.

  11. Piqo vergiləri nədir? Nə üçün iqtisadçılar ətraf mühitin qorunması üçün Piqo vergilərini tənzimləmədən üstün tuturlar?

  12. “Ortaqların faciəsi” nə deməlkdir? İzah edin.

  13. İctimai əmtəənin tərifini deyin və ona aid misal göstərin. Fərdi bazarlar istifadəçiləri belə ictimai əmtəələr ilə təmin edə bilərmi? İzah edin.

  14. Vergi sistemi dedikdə nə başa düşürsünüz? Vergi sisteminin əsas xüsusiyyətlərini izah edin.

  15. Firmanın məcmu gəliri, mənfəəti və məcmu xərcləri arasındakı əlaqəni izah edin.

  16. Marjinal istehsal nədir və onun azalması nə deməkdir?

  17. Məcmu xərcləri, orta məcmu xərcləri və marjinal xərcləri izah edin. Onların necə əlaqəli olmasını göstərin.

  18. Firmanın orta məcmu xərclər əyrisi necə və nə üçün qısa və uzun müddətdə fərqlənir? İzah edin.

  19. Mühasibat mənfəəti ilə iqtisadi mənfəət arasındakı fərqi izah edin.

  20. İstehsalın artması nəticəsində maya dəyərinin azalmasını şərh edin və onun səbəblərini göstərin. İstehsalın artması nəticəsində maya dəyərinin artmasını şərh edin və onun səbəblərini göstərin.

  21. Aşkar və gizli xərc nədir? Gizli xərclərə dair misallar gətirin. Muhasibat mənfəəti ilə iqtisadi mənfəət anlayışları nə üçün həmişə eyni olmurlar?

  22. İstehsal funksiyası nədir? İstehsal funksiyasında istehsal amilləri ilə istehsal olunan məhsul arasındakı əlaqənin xarakterini müəyyən edən amil hansıdır? Texnoloji inkişaf istehsal funksiyasına necə təsir göstərir?

  23. Məcmu məhsul, məhsul vahidi və marjinal məhsul anlayışlarını açıqlayın.

  24. Azalan marjinal məhsuldarlıq qanunu nə deməkdir? Azalan məhsuldarlıq qanunu olmasaydı dünyada aclıq problemi olardımı?

  25. Firmanın qısa müddətdəki məcmu xərcləri hansılardır? Azalan marjinal məhsuldarlıq qanununun qüvvədə olduğu halda bu əyriləri qrafiklə göstərin.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə