Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?



Yüklə 2,08 Mb.
səhifə1/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21



Mama ixtisası üzrə nümunəvi test sualları


Bölmə 1. Mamalıq
1) Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?
A) Vəziyyət

B) Gələcək hissənin kiçik çanaq girəcəyinə olan münasibəti

C) Gələcək hissə

D) Uşaqlıq dibinin hündürlüyü

E) Mövqe
Hər iki əlin ovucları uşaqlıq dibində yerləşdirilir və ehtiyatla uşaqlıq dibinin hündürdə durma səviyyəsi təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 7n6,Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
2) Xarici mamalıq müayinəsinin II üsulu ilə nə təyin edilir?
A) Gələcək hissənin kiçik çanaq müstəvilərinə olan münasibəti

B) Gələcək hissə

C) Dölün çəkisi

D) Vəziyyət, mövqe

E) Gələcək hissənin kiçik çanaq girəcəyinə olan münasibəti
Əllər uşaqlığın yan tərəflərində yerləşdirilir, dölün kürəyi, xırda hissələri təyin edilir. Dölün kürəyinin harada yerləşməsindən asılı olaraq vəziyyət və mövqe təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
3) Xarici mamalıq müayinəsinin III üsulu ilə nə təyin edilir?
A) Dölün çəkisi

B) Dölün gələcək hissəsinin kiçik çanaq müstəvilərinə olan münasibəti

C) Gələcək hissə və onun kiçik çanağa olan münasibəti

D) Vəziyyət, mövqe

E) Gələcək hissə
Mamanın sağ əli qasıq nahiyəsi üzərinə qoyularaq gələcək hissə və onun kiçik çanağa münasibəti təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
4) Xarici mamalıq müayinəsinin IV üsulu ilə nə təyin edilir?
A) Dölün çəkisi

B) Gələcək hissənin kiçik çanaq girəcəyinə olan münasibət

C) Uşaqlıq dibinin hündürlüyü

D) Gələcək hissənin kiçik çanaq müstəvilərinə olan münasibəti

E) Vəziyyət, mövqe
Mamanın üzü qadının ayaqlarına baxmaqla, hər iki əlin ovucları uşaqlığın aşağı seqmentinin sağ və sol tərəfinə yerləşdirərək ehtiyatla gələcək hissə və onun kiçik çanaq müstəvilərinə olan münasibəti təyin edilir
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
5) Dölün kürəyinin uşaqlığın ön və arxa divarına olan münasibətinə nə deyilir?
A) Gələcək hissə

B) Gələcək hissənin duruşu

C) Görkəm

D) Mövqe


E) Dölün üzvlərinin yerləşməsi
Dölün kürəyinin uşaqlığın ön və arxa divarına olan münasibətinə görkəm deyilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
6) Döl oxunun uşaqlıq oxuna olan münasibəti hansıdır?
A) Gələcək hissə

B) Mövqe


C) Dölün üzvlərinin yerləşməsi

D) Vəziyyət

E) Görkəm
Döl oxunun uşaqlıq oxuna olan münasibətinə görə vəziyyət təyin edilir (boylama, köndələn, çəp).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
7) Promontoriumla qasıq simfizinin aşağı kənarı arasında olan məsafə necə sm-ə bərabərdir?
A) 11 sm

B) 25 - 26 sm

C) 20 - 21 sm

D) 13,5 sm

E) 12,5 - 13 sm
Daxili müayinə ilə diaqonal konyuqata təyin edilir, buna əsasən kiçik çanağın girəcəyinin düz ölçüsü tapılır. 12,5 - 13 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 27
8) Kiçik çanaq boşluğunun enli hissəsinin düz ölçüsü neçə sm-ə bərabərdir?
A) 10,5 sm

B) 13 sm


C) 12 sm

D) 12,5 sm

E) 11 sm
Simfizin daxili səthinin ortasından II-III oma fəqərələrinə qədər olan məsafədir. 12,5 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 27
9) Qalça sümüklərinin ön yuxarı tinləri arasındakı məsafə neçə sm-ə bərabərdir?
A) 23 - 24 sm

B) 30 - 32 sm

C) 27 - 32 sm

D) 24 - 25 sm

E) 25 - 26 sm
Qalça sümüklərinin ön yuxarı tinləri arasındakı məsafə böyük çanağın xarici ölçüsü olub - distantia spinarum adlanır. 25 - 26 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
10) Qalça sümüklərinin daraqları arasındakı ən uzaq məsafə neçə sm-ə bərabərdir?
A) 30 - 32 sm

B) 25 - 26 sm

C) 28 - 29 sm

D) 20 - 21 sm

E) 11 sm
Qalça sümüklərinin daraqları arasındakı ən uzaq məsafə böyük çanağın xarici ölçüsü olub - distantia cristarum adlanır.28 - 29 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
11) Kiçik çanaq boşluğunun dar hissəsinin düz ölçüsü neçə sm-ə bərabərdir?
A) 12,5 sm

B) 13 sm


C) 10,5 sm

D) 12 sm


E) 11,5sm
Oma -büzdüm birləşməsindən qasıq simfizinin aşağı kənarına qədər olan məsafədir. 11,5 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 26
12) Qasıq simfizinin yuxarı kənarı ilə omaüstü çuxurunun arasında olan məsafə neçə sm - dir?
A) 11 sm

B) 13,5 sm

C) 25 - 26 sm

D) 30 - 32 sm

E) 20 - 21 sm
Böyük çanağın xarici konyuqatasıdır. Bundan 9 sm çıxdıqda kiçik çanağın girəcəyinin düz ölçüsü tapılır. 20 - 21 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
13) Diaqonal konyuqata hansıdır?
A) 13,5 sm

B) 11 sm


C) 12, 5 - 13 sm

D) 9,5 sm

E) 20 - 21 sm
Daxili müayinə əsasında təyin edilir - oma burnu ilə qasıq simfizinin aşağı kənarı arasında olan ölçüdür. 12, 5 - 13 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 79; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
14) Çanağın hansı ölçüsü 20 - 21 sm - ə bərabərdir?
A) Xarici konyuqata

B) Həqiqi konyuqata

C) Yan konyuqata

D) Çəp konyuqata

E) Diaqonal konyuqata
Qasıq simfizinin yuxarı kənarı ilə omaüstü çuxurun arasında olan məsafədir. Xarici konyuqata 20-21 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
15) Böyük çanağın normal ölçüləri hansılardır?
A) 27 – 27 – 32 - 18 – 9

B) 23 – 25 – 28 – 17 – 8

C) 25 – 25 – 28 – 20 – 11

D) 22 – 25 – 29 – 28 – 9

E) 25 – 28 – 31 – 20 – 11
Distantia spinarum, cristarum, trochanterica, conyuqata-externa çanaqölçənlə təyin edilir, xarici konyuqataya əsasən isə həqiqi conyuqata təyin edilir. 25 – 28 – 31 – 20 – 11
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
16) Həqiqi konyuqata hansıdır?
A) 12 sm

B) 13 sm


C) 10,5 sm

D) 11 sm


E) 9,5 sm
Həqiqi konyuqata- oma burnundan qasıq simfizinin iç səthinin ən yüksək nöqtəsinə qədər olan məsafədir.11 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 26
17) Bud sümüklərinin böyük burmaları arasında olan məsafə neçə sm-ə bərabərdir?
A) 28 – 29 sm

B) 23 – 25 sm

C) 20 – 21 sm

D) 30 – 31 sm

E) 26 – 27 sm
Bud sümüklərinin böyük burmaları arasında olan məsafə ( distantia troxanterica) -30 – 31 sm olub, çanaqölçənlə təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
18) Kiçik çanaq çıxacağının düz ölçüsü neçə sm-ə bərabərdir?
A) 10 sm

B) 12,5 – 13 sm

C) 9,5 – (11,5) sm

D) 11 sm


E) 12 sm
Bu ölçü büzdümün zirvəsindən qasıq simfizinin aşağı kənarına qədər olan məsafədir, bu sm-lə və ya çanaqölçənlə təyin edilir. Doğuş vaxtı büzdüm geriyə açıldığı üçün çıxacağın düz ölçüsü 1,5-2 sm böyüyür. 9,5 – (11,5) sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
19) Kiçik çanaq boşluğunun enli hissəsinin köndələn ölçüsü neçə sm-dir?
A) 12 sm

B) 10,5 sm

C) 11 sm

D) 12,5 sm

E) 13 sm
Sirkə kasalarının zirvələri arasında olan məsafədir. 12,5 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
20) Kiçik çanaq çıxacağının köndələn ölçüsü neçədir?
A) 10,5 sm

B) 11,5 sm

C) 12,5 sm

D) 12 sm


E) 11 sm
Oturaq qabarlarının( ic səthləri) arasında olan məsafədir. 11 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
21) Kiçik çanaq girəcəyi müstəvisinin sağ çəp ölçüsü neçə sm-dir?
A) 11 sm

B) 12 sm


C) 10,5 sm

D) 13 sm


E) 11,5 sm
Sağ oma -qalça bitişməsindən sol qalça-qasıq qabarlığına qədər olan məsafədir.12 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 27
22) Ənsə gəlişi ön görkəm hansıdır?
A) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək öndədir

B) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək solda öndədir

C) Oxabənzər tikiş düz ölçüdədir, kiçik əmgək öndədir

D) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək sağdadır

E) Oxabənzər tikiş köndələn ölçüdədir, kiçik əmgək soldadır
Daxili müayinə yolu ilə təyin edilir. Burada oxabəzər tikişin vəziyyəti və kiçik əmgəyin harada olması əsas rol oynayır. Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək solda öndə əllənir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
23) Daxili müayinə zamanı ənsə gəlişi, II mövqe, arxa görkəm hansıdır?
A) Oxabənzər tikiş sol çəp ölçüdədir, kiçik əmgək sağda öndədir

B) Oxabənzər tikiş sol çəp ölçüdədir, kiçik əmgək solda arxadadır

C) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək solda öndədir

D) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək sağda arxadadır

E) Oxabənzər tikiş köndələn ölçüdədir, kiçik əmgək sağdadır
Daxili müayinədə oxabənzər tikiş sağ çəp ölçüdə, kiçik əmgək sağda arxada olarsa, II mövqe sayılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
24) Daxili müayinə zamanı ənsə gəlişi, II mövqe, ön görkəm hansıdır?
A) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək sağda öndədir

B) Oxabənzər tikiş köndələn ölçüdədir

C) Oxabənzər tikiş sol çəp ölçüdədir, kiçik əmgək sağda öndədir

D) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək sağda arxadadır

E) Oxabənzər tikiş sol çəp ölçüdədir, kiçik əmgək solda arxadadır
Daxili müayinədə oxabənzər tikiş sol çəp ölçüdə, kiçik əmgək sağda öndədir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
25) Daxili müayinə zamanı çanaq gəlişi, I mövqe, arxa görkəm hansıdır?
A) Burmalararası məsafə sağ çəp ölçüdədir, oma solda öndədir

B) Burmalararası məsafə sol çəp ölçüdədir, oma solda arxadadır

C) Burmalararası məsafə köndələn ölçüdədir, oma sağdadır

D) Burmalararası məsafə sol çəp ölçüdədir, oma solda öndədir

E) Döl çanağının burmalararası ölçüsü ana çanağın sağ çəp ölçüsündədir, oma solda arxadadır
Daxili müayinədə dölün burmalararası ölçüsü ana çanağın sağ çəp ölçüsündə, oma solda arxadadır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 217; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
26) Əgər oxabənzər tikiş düz ölçüdədir, dölün kürəyi önə yönəlmişdirsə, hansı cavab buna uyğun gəlir?
A) Baş gəlişi, ön görkəm

B) Baş gəlişi, arxa görkəm

C) İkinci mövqe, arxa görkəm

D) İkinci mövqe ön görkəm

E) Birinci mövqe, ön görkəm
Döl boylama vəziyyətdə dölün kürəyi önə yönəlmişsə daxili müayinədə baş gəlişi, ön görkəmdə kiçik əmgək çanağın ön hissəsində əllənir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
27) Oxabənzər tikiş düz ölçüdədir, dölün kürəyi arxaya yönəlmişdirsə, hansı cavab uyğun gəlir?
A) Baş gəlişi, ön görkəm

B) Baş gəlişi, arxa görkəm

C) I mövqe, ön görkəm

D) II mövqe, arxa görkəm

E) Baş gəlişi, I mövqe
Döl boylama vəziyyətdə dölün kürəyi arxaya yönəlmişsə daxili müayinədə baş gəlişi, arxa görkəmdə kiçik əmgək arxada əllənir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
28) Döl başının düz ölçüsü neçə sm-ə bərabərdir?
A) 11 sm

B) 12 sm


C) 10,5 sm

D) 13,5 sm

E) 9,5 sm
Burun kökündən ənsə qabarına qədər olan məsafədir. Döl başının düz ölçüsü 12 sm-dir
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 61; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
29) Döl başının böyük əmgəyinin ön tini ilə ənsəaltı çuxur arasında olan ölçü necə adlanır?
A) Şaquli ölçü

B) Böyük köndələn ölçü

C) Orta çəp ölçü

D) Kiçik çəp ölçü

E) Düz ölçü
Böyük əmgəyin ön tini ilə ənsəaltı çuxur arasında olan məsafədir. Kiçik çəp ölçü 9,5 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
30) Döl başının böyük çəp ölçüsü neçə sm-dir?
A) 13 sm

B) 10,5 sm

C) 11 sm

D) 9,5 sm

E) 12 sm
Böyük çəp ölçü ənsə qabarlarından çənə ucuna qədər olan məsafədir. Böyük çəp ölçü- 13 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
31) Döl başının alının tüklü hissəsinin sərhəddi ilə ənsəaltı çuxur arasında olan ölçü necə adlanır?
A) Düz ölçü

B) Orta çəp ölçü

C) Kiçik çəp ölçü

D) Şaquli ölçü

E) Böyük çəp ölçü
Dölün alnının tüklü hissəsinin sərhəddi ilə ənsəaltı çuxur arasında olan məsafədir. Orta çəp ölçü 10 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
32) Döl başının biparietal (köndələn) ölçüsü neçə sm-ə bərabərdir?
A) 12 sm

B) 10,5 sm

C) 13,5 sm

D) 9,5 sm

E) 11 sm
Təpə qabarlarının ən uzaq nöqtələri arasında olan məsafədir. Başın ən böyük köndələn ölçüsü 9,5 sm-dir
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
33) Döl başında çənəaltı və ənsə qabarı arasında olan məsafə necə adlanır?
A) Orta çəp ölçü

B) Böyük çəp ölçü

C) Düz ölçü

D) Şaquli ölçü

E) Kiçik çəp ölçü
Ənsə qabarlarından çənə ucuna qədər olan məsafədir. Böyük çəp ölçü 13 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
34) Döl başının böyük köndələn ölçüsü hansı nöqtələr arasında olan məsafədir?
A) Burun kökü və ənsə qabarı arasında

B) Təpə qabarları arasında

C) Böyük əmgəyin ön tini ilə ənsə altı çuxur arasında

D) Tac tikişinin ən uzaq nöqtələri arasında

E) Alının tüklü hissəsinin sərhədi ilə ənsə qabarı arasında
Dölün başının böyük köndələn ölçüsü təpə qabarları arasında olan məsafədir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
35) Döl başının şaquli ölçüsü hansı nöqtələr arasında olan məsafədir?
A) Təpə qabarları arasında

B) Təpənin ən hündür nöqtəsi (zirvəsi) ilə dilaltı sumuk arasında

C) Böyük əmgəyin ön küncü və ənsəaltı cuxur arasında

D) Burun kökü və ənsə qabarı arasında

E) Ənsə qabarı və çənə arasında
Döl başının şaquli ölçüsü dilaltı sümük ilə təpənin ən hündür nöqtəsi(zirvəsi) arasında olan məsafədir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
36) Dölün çiyinlərinin köndələn ölçüsü necə sm-ə bərabərdir?
A) 11 sm

B) 9,5 sm

C) 12 sm

D) 10,5 sm

E) 8,5 sm
Dölün ciyinlərinin köndələn ölçüsü 12 sm-ə bərabərdir. Dairəsi 35 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
37) Ənsə gəlişi ön görkəmdə doğuş mexanizminin birinci momenti hansıdır?
A) Başın maksimal bükülməsi

B) Başın daxili fırlanması

C) Başın enməsi

D) Başın açılması

E) Başın bükülməsi
Dölün doğuş zamanı etmiş olduğu hərəkətlərin cəmi doğuş mexanizmi adlanır. Mexanizmin I anı başın bükülü vəziyyətdə irəliləməsidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
38) Ənsə gəlişi ön görkəmdə doğuş mexanizminin III momenti hansıdır?
A) Başın bükülməsi

B) Başın enməsi

C) Başın maksimal bükülməsi

D) Başın açılması

E) Başın daxili fırlanması
Dölün doğuş zamanı etmiş olduğu hərəkətlərin cəmi doğuş mexanizmi adlanır. Doğuş zamanı dayaq nöqtəsi əmələ gəldikdən sonra baş açılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
39) Böyük cinsiyyət dodaqları nə ilə örtülmüşdür?
A) Dəri

B) Səthi epitel

C) Çoxqatlı səthi epitel

D) Slindrik epitel

E) Selikli qişa
Böyük cinsiyyət dodaqları dəri ilə örtülmüşdür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
40) Bartolin vəzlər hansı sekresiya vəzisinə aiddir?
A) Qadının xarici cinsiyyət üzvlərinə

B) Qadının daxili cinsiyyət üzvlərinə

C) Qadının daxili sekresiya vəzisinə

D) Qadının xarici sekresiya vəzisinə

E) Kişinin daxili sekresiya vəzisinə
Bartolin vəzlər böyük cinsiyyət dodaqlarının dərinliyində yerləşir, axarı isə uşaqlıq yolu dəhlizinə açılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
41) Qadında uretranın uzunluğu neçə sm-dir?
A) 12 – 13 sm

B) 3 – 4 sm

C) 10 – 11 sm

D) 8 – 9 sm

E) 6 – 7 sm
Uretra qadınlarda qısa olur. 3 – 4 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
42) Uşaqlıq yolunun ən dərin tağı hansıdır?
A) Sağ yan

B) Arxa


C) Orta

D) Sol yan

E) Ön
Uşaqlıq boynu uşaqlıq yolunun yuxarı 1/3 hissəsinə birləşir və ətrafında 4 tağ əmələ gəlir. Arxada olan tağ əsas rol oynayır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
43) Normada uşaqlıq yolu möhtəviyyatının reaksiyası necə olur?
A) Zəif qələvi

B) Kəskin qələvi

C) Gələvi

D) Neytral

E) Turş
Uşaqlıq yolu möhtəviyyatının 4 təmizlik dərəcəsi olur. I təmizlik dərəcəsində reaksiya turş olur. Buna səbəb süd turşusudur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
44) Doğmamış qadının uşaqlıq boynunun forması necədir?
A) Prizmatik

B) Kürəyəbənzər

C) Üçbucaq formasında

D) Silindrik

E) Konik
Konus formalı.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
45) Doğmamış qadının uşaqlıq boynunun xarici dəliyi hansı formadadır?
A) Oraqformasında

B) Nöqtəvari

C) H – bənzər

D) T – bənzər

E) Yarıqformasında
Nöqtəvari forma.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
46) Uşaqlıq boşluğunun möhtəviyyatının reaksiyası hansıdır?
A) Turş

B) Qələvi

C) PH 5,5

D) Zəif turş

E) Neytral
Qələvi.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
47) Sarı cisim hansı hormon ifraz edir?
A) Progesteron

B) Prolaktin

C) Estrogen

D) Estrodiol

E) Oksitosin
Yumurtalıq tsiklinin 3-cü fazasında progesteron hormonu ifraz olunur. Hamiləlik vaxtı isə sarı cisim hamiləlik sarı cismi adlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
48) Hipofizin arxa payında hansı hormon ifraz olunur?
A) Prolaktin

B) FSH


C) LH

D) LTH


E) Oksitosin
Oksitosin arxa payın hormonu sayılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
49) Progesteron haradan ifraz olunur?
A) Yumurtalıqdan

B) Uşaqlıqdan

C) Hipofizdən

D) Hipotalamusdan

E) Qalxanabənzər vəzdən
Yumurtalıq tsiklinin III fazasında sarı cisim əmələ gəlir və progesteron ifraz olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
50) Hipofizdə hansı hormon ifraz olunur?
A) Androgen

B) Tireoidin

C) Estrogen

D) Prolaktin

E) Progesteron
Adı çəkilən hormonlardan yalnız prolaktin hipofizdən ifraz olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
51) Uşaqlıq borusunun ən enli hissəsi hansıdır?
A) İstmik

B) Ara hissə

C) İnterstisial

D) İntramural

E) Ampulyar
Uşaqlıq boruları uşaqlığın yuxarı yan hissəsindən başlayır ,enli bağın üstü ilə yanlara doğru gedir, enli hissə və saçaqlarla qurtarır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
52) Həqiqi konyuqatanı necə hesablamaq lazımdır?
A) Diaqonal konyuqatanın üstünə 1,5 – 2 sm gəlmək

B) Diaqonal konyuqatadan 1,5-2 sm çıxmaq

C) Xarici konyuqatadan 1,5 – 2 sm çıxmaq

D) Xarici konyuqatanın üstünə 1,5 – 2 sm gəlmək

E) Diaqonal konyuqatadan 9 sm çıxmaq
Daxili müayinə zamanı simfizin alt kənarından oma qabarına qədər olan məsafədən diaqonal konyuqatadan 1,5-2 sm çıxılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
53) Xarici konyuqatanı ölçdükdə qadın hansı vəziyyətdə olmalıdır?
A) Ayaq üstə olmalıdır

B) Arxası üstə uzanmalı, ayaqlar bükülmüş vəziyyətdə

C) Yan böyrü üstə uzanmalı və yuxarıdakı ayaq bükülü vəziyyətdə

D) Arxası üstə uzanmalı , ayaqlar uzadılmış vəziyyətdə

E) Böyrü üstə uzanmalı və aşağıdakı ayağı bükülü vəziyyətdə olmalıdır
Xarici konyuqata-simfizin yuxarı kənarından Mixaelis rombunun mərkəzinə qədər olan məsafə çanaqölçənlə təyin edilir və qadına xüsusi vəziyyət verilir.

Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə