Ar əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının



Yüklə 52,23 Kb.
səhifə1/2
tarix04.02.2022
ölçüsü52,23 Kb.
#83434
  1   2
504507207-ƏM-Və-TT-Uzrə-Materiallar

AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının

24.12.1999-cu il tarixli 25-3 №-li qərarı ilə təsdiq edilmiş siyahısı əsasında
Hündürlükdə görülən işlər üzərində bilavasitə konstruksiyaların quraşdırılması və ya təmir işləri aparılan yer səthindən, taxtapuşdan və ya işçi döşəmədən 2 m və ya daha hündürdə yerinə yetirilən işlər hesab edilir. Hündürlükdə işləməyə yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş və sağlamlığına görə yararlı olan, hündürlükdə təhlükəsiz iş aparmaq üsullarını öyrənmiş, belə işlərin aparılması üçün xüsusi vəsiqəsi və həkim komissiyasının rəyi olan şəxslər buraxılırlar. Hündürlükdə işləri yerinə yetirməzdən əvvəl təhlükəli zonalar müəyyən edilməli, çəpərlənməli və «Təhlükəli zona», «Yüxarıda işləyirlər» xəbərdaredici nişanları asılmalıdır. Hündürlükdə işlərənlərin tibbi müayinəsi hər il keçirilir. İşçinin hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar olan işlər qoruyucu kəmərlərdən istifadə etməklə yerinə yetirilməlidir. Qoruyucu kəmərlər istehsalçı zavodun istismar təlimatına uyğun olaraq statik yük verilməklə ildə iki dəfədən az olmayaraq sınaqdan keçirilməli və müvafiq akt tərtib edilməlidir. Istismar təlimatında belə akt olmadıqda sınaq 3000 N (300 kq) statik yük verilməklə 5 dəqiqə müddətində keçirilməlidir.

İstehsalatda bədbəxt hadisə - texnoloji avadanlıq, qurğu və qovşaqların istimarı zamanı, onların texniki istismar qaydalarının pozulması, bağlayıcı armaturalarının və hissələrinin zədələnməsi nəticəsində sızmanın (qaz və yağ) əmələ gəlməsi, müvafiq əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası normalarının, qaydalarının və təlimatlarının tələblərinin pozulması və ya onların tələblərinə düzğün əməl olunmaması nəticəsində, eləcə də təbiət hadisələrinin (isti, soyuq, günəş, külək və s.) təsirindən yaranmış təhlükəli vəziyyətlər zamanı texnoloji avadanlıq, qurğu və qovşaqlarda işləyən hər bir işçinin zədəyə (yaralanma, sınma, çıxma, yanma, qanaxma, gözlərin dolması, istilik və günəş zədələnməsi, elektrik cərəyanı təsirindən zədələnmə, donma, qazdan zəhərlənmə və s.) məruz qalmasına deyilir.

İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxsləri) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur.

İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü bölgə üzrə Dövlət Əmək Müfəttişliyinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyinin mərkəzi aparatına), Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dövlət Dağmədəntexnəzarət Komitəsinə (bədbəxt hadisə Komitənin nəzarəti altında olan obyektdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüləridirlərsə) məlumat verilməlidir. Məlumat telefon, yaxud teleqrafla bu Qaydalarda göstərilən verilir. Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibbi idarələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən eza¬miyyətdə olanlar) barədə Dövlət Əmək Müfəttişliyinə məlumat verməldirilər.

Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və Həmkarlar İttifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır

Bütun işçilərin ƏM və TT-yə dair bilikləri yoxlanılmalıdır. Fəhlələrin bilikləri 12 aydan gec olmamaq şərtilə ildə bir dəfə yoxlanılmalıdır. Vaxtaşırı aşağıdakı şəxslərin ƏM və TT üzrə bilikləri yoxlanılır:

ustaların, iş icraçılarının, sahə, qurğu geofiziki partiyaların və digər bilavasitə iş rəhbərlərinin - hər il;

müəssisələrin və onların struktur bölmələrinin rəhbərlərinin, şöbə rəislərinin, xidmət rəhbərlərinin, baş mütəxəssislərin və digər mühəndis-texniki işçilərin, həmçinin bilavasitə Neft Şirkətinə tabe olan birliklərin, trestlərin idarələrin şöbə rəislərinin, xidmət rəhbərlərinin, mühəndis- texniki işçilərin - 3 ildə bir dəfə;

bilavasitə Neft Şirkətinə tabe olan birliklərin, trestlərin, idarələrin baş direk­tor­larının, müdirlərinin, rəislərinin, onların müavinlərinin, əməyin mühafizəsi və təh­lükəsizlik texnikası xidmətləri rəhbərlərinin, həmçinin Neft Şirkəti aparatının şö­bə rəislərinin, xidmət-rəhbərlərinin, aparıcı və digər mühəndis-texniki işçi­lə­rin - 5 ildə bir dəfə.

Rəhbər heyətin və MTİ-in bilikləri hər il tərtib olunmuş cədvəl üzrə aparılır. Cədvəllər təhlükəsizlik texnikası və əməyin mühafizəsi xidmətləri tərəfindən tərtib olunur, müəssisə və birliklərin baş mühəndisləri tərəfindən təsdiqlənir.

Müəssisə və birliklərin rəhbər və mühəndis-texniki işçilərinin biliklərinin növbədənkənar yoxlanılması aşağıdakı hallarda keçirilir:

yeni və ya yenidən işlənib hazırlanmış təhlükəsizlik qayda və normalar qüvvəyə mindikdə;

istehsalatda yeni növ avadanlıqlar və ya yeni istehsalat prosesləri tətbiq olunduqda;

onların rəhbərlik etdiyi işlərdə və obyektlərdə təhlükəsizlik qayda və normalarının pozulması aşkar olduqda;

yuxarı təşkilatların göstərişi, Dövlət nəzarət orqanları və Həmkarlar İttifaqının əmək üzrə texniki nəzarətçilərinin tələbi ilə
İlk tibbi - zərərçəkənə müalicə müəssisəsinə göndərilməmişdən əvvəl zədə aldığı yerdə yardımı deyilir. İlk tibbi yardım göstərilən zaman çalışmaq lazımdır ki, zərərçəkənə həyatının təhlükə altına qoyulmasına yol verilməsin və ilk yardım aparılan zaman zərərçəkənin vəziyyətinin ağırlaşması imkanları tamamilə aradan qaldırılmış olsun. Vaxtında və lazımi qaydada göstərilən ilk yardım zərərçəkənin zədələnmənin son nəticələrinə və müalicəsinə müsbət təsir göstərir. Vaxtında və lazımi qaydada göstərilən ilk yardım zərərçəkənin zədələnmənin son nəticələrinə və müalicəsinə müsbət təsir göstərir. Təcili yardım” xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq, onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın!), üstünü isti örtmək, içməyə isti çay vermək lazımdır.

Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq (3-5 sm-dən yaxın olmamaqla) lazımdır.

Zərərçəkənin nəfəs alıb-almadığını, onun ürəyinin döyünüb-döyünmədiyini yoxlayın. Bir çox hallarda güclü elektrik zədələnməsindən sonra həyat əlamətlərini aşkar etmək çox çətin olur. Ancaq əksər hallarda bu dəyişikliklər geriyədönən proses olur. Buna görə yanınızdakı şəxsə “təcili yardım” çağırmasını tapşıraraq özünüz dərhal zərərçəkənə ilk tibbi yardım göstərməyə başlayın.

Nəbz və tənəffüsün olmadığı halda, nəfəs gələnədək və ürək döyünməsi bərpa olunanadək və ya həkim gələnədək zərərçəkənə süni tənəffüs vermək və ürəyin qapalı masajını icra etmək lazımdır



Əməyin mühafizəsi əmək prosesində insanın təhlükəsizliyini, sağlamlığını və əmək qabiliyyətini təmin edən bir tədbirlər sistemidir. Bu sistem aşağıdakı məsələlərin həllinə yönəldilmişdir. Əməyin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin əsas müddəaları aşağıdakılardır:

  • istehsalatın idarə olunmasının bütün səviyyələrində əməyin mühafizəsi sahəsində işlərin təşkili və onun təkmilləşdirilməsi;

  • işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsində vahid təlimləndirmə qaydalarının qəbul edilməsi;

  • istehsalat avadanlıqlarının və istehsalat proseslərinin təhlükəsizliyinin təmin edilməsi;

  • istehsalat təyinatlı obyetklərin layihələndirilməsi, tikilməsi və istismara verilməsi mərhələlərində əməyin mühafizəsi tələblərinə riayət olunması;

  • bina və otaqların normal vəziyyətdə saxlanılması;

  • əmək şəraitinin sanitar-texniki normalaşdırılması;

  • işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi;

  • işçilərə sanitar-məişət xidmətlərinin göstərilməsi;

  • istehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün tədqiq olunması, qeydə alınması, onların baş vermə səbəblərinin aradan qaldırılmasının təmini;

  • təhlükəsiz əmək şəraitinin təmini üçün aparılan işlərdə fəhlələrin, qulluqçuların və mühəndis-texniki işçilərin həvəsləndirilməsi və fəallığının artırılması, bü işlərə geniş işçi kütləsinin və Hİ fəallarının cəlb edilməsi;

  • əmək və istehsalat intizamının möhkəmləndirilməsi;

  • işçilərin əməyin təhlükəsizliyi üzrə qaydaların, normaların və təlimatların tələblərinə riayət etmələrinin təmini;

  • rəhbər və mühəndis-texniki işçilərin əməyin təhlükəsizliyinə görə məsuliyyətinin artırılması.

  • Əməyin mühafizəsi dövlətin yürütdüyü sosial siyasətin əsasıdır.

ƏM və TT üzrə təlimatlanma - işə qəbul olunan bütün fəhlə və qulluqçularla, onları ümumi təhlükəsizlik qayda, norma və təlimatları, əmək qanunvericiliyinini əsas müddəaları, daxili intizam qaydaları ilə, sahənin ərazisində, sexlərdə, xidmətlərdə, maşın və mexanizmlərdə davranış qaydaları ilə, təhlükəli və zərərli istehsalat amillərinin xüsusiyyətləri, eləcədə digər məsələlərlə tanış etmək məqsədi ilə təhlükəsiz iş üsulları ilə öyrədilməsi deməkdir. İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi aşağıdakılardan ibarətdir:

  • bütün təlimat növlərinin giriş və iş yerində (ilkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik) keçirilməsindən;

  • biliklərin yoxlanmasından (ilkin, vaxtaşırı və növbədənkənar)

İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, onların ixtisaslarının artırılması zamanı (kurs, qrup və fərdi təhsil formalarında) həyata keçirilir. Fəhlələrə, qulluqçulara və MTİ təhlükəsiz iş üsullarının vaxtında və keyfiyyətli öyrədilməsi istehsalat xəsarətalmalrının və peşə xəstəliklərinin qarşısını alan əsas vasitələrdən biridir. ƏM və TT üzrə təlimatlar əsas etibari ilə iki növə ayrılır peşələr üzrə və iş növləri üzrə təlimatlar. Fəhlə və qulluqçulara keçirilən təlimat xüsusiyyətinə və vaxtına görə iki yerə bölünür - giriş təlimatı və iş yerində təlimat.

Daxili intizam qaydaları - işçinin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisə rəhbərliyi tərəfindən qəbul edilmiş qaydalardır.

Elektrik gərginliyi altına düşmüş adamı elektrik cərəyanı təsirindən azad etmək üçün təcili olaraq hər şeydən əvvəl elektrik qurğusunun zərərçəkən adama toxunduğu hissəsini şəbəkədən açmaq lazımdır, çünki, zərərçəkən özü bunu edə bilmir.Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (elektrik qoruyucularını açmaq, avtomatik açarı və ya kəsicini (rubilnik) söndürmək, və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya dielektrik ayaqaltının üstünə çıxaraq elektrik cərəyan xətlərini plastik bir əşya və ya quru döşəmə silənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin əlcək və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır.
Zərərçəkənə yardım etmək üçün ələ rezin əlcək geyinmək lazımdır, əks halda qaçmayın:


  • bu halda siz ona kömək edə bilməzsiniz, həmçinin özünüz də travma ala bilərsiniz!

  • zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz! onların hamısı cərəyan keçirəndirlər!

  • yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur!

  • buna görə də özünüzün də zərər çəkməməyiniz üçün onun bədəninin açıq yerlərinə toxunmayın!

Zərərçəkəni gərginlik altında olan cərəyan daşıyan hissədən azad etdikdən sonra dərhal “təcili yardım” çağırın. Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməsə də, yadda saxlamaq lazımdır ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərə bilər. Ona görə də zərərçəkən mütləq təcili şəkildə həkim tərəfindən müayinə edilməli və onun hazırda xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması müəyyən edilməlidir.

Giriş təlimatı yeni işə qəbul olunan bütün fəhlə və qulluqçularla, onların təhsilindən, ixtisasından, peşə və vəzifəsindən, eləcədə peşə və vəzifəsi üzrə iş stajından asılı olmayaraq, giriş təlimatı keçirilməlidir. Müəssisəyə ezam edilmiş işçilərlə, müvəqqəti işləyən fəhlələrlə, istehsalat təlimi və təcrübəsi keçmək üçün gələn şagirdlərlə və tələbələrlə, istehsalat ərazisinə və sexlərinə işlərin aparılmasına buraxılmış digər şəxslərlə giriş təlimatı keçirilməlidir. Fəhlə və qulluqçularla, eləcədə mühəndis-texniki heyyət ilə giriş təlimatı ƏM və TT xidməti işçiləri tərəfindən keçirilir.

Ayrı-ayrı məsələlər üzrə (daxili əmək intizamı, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası, bədbəxt hadisə zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi qaydaları və s.) təlimatların dolğun və aydın izah edilməsi üçün müvafiq şöbə və xidmətlərinin işçiləri, həmçinin müəssisənin digər təcrübəli işçiləri (MTİ) və ya mütəxəssisləri cəlb olunmalıdır.

Fəhlə və qulluqçularla giriş təlimatı ƏM və TT xidməti işçiləri tərəfindən tərəfindən işlənib hazırlanmış proqram üzrə keçirilir və HK ilə razılaşdırılmaqla müəssisənin baş mühəndisi (rəis müavini) tərəfindən təsdiq edilir.

Təlimatlandırmanın daha səmərəli olması üçün giriş təlimatının proqramına əsasən nümunəvi mətni tərtib olunmalıdır. Mətnin tərtibatı işlərinə müəssisənin aidiyyatı üzrə mühəndis-texniki işçiləri cəlb olunmalıdır.

Giriş təlimatının proqramı və nümunəvi mətni hazırlanarkən müəssisənin xüsusiyyəti, müvafiq təhlükəsizlik qayda və normaları, eləcədə standartların tələbləri nəzərə alınmalıdır.

Giriş təlimatı əməyin mühafizəsi kabinəsində və ya xüsusi təşkil olunmuş otaqda, müasir texniki vasitələrdən istifadə edilməklə və müəssisənin konkret şəraitini nəzərə almaqla keçirilir.

Giriş təlimatı eyni peşəli fəhlə qrupu üçün, eləcə də müxtəlif ixtisaslı və peşəli ayrı-ayrı fəhlə və qulluqçular üçün tam həcmdə keçirilir.

Təlimatın müddəti 2 (iki) saatdan az olmamalıdır. Giriş təlimatının keçirilmə vaxtı (günü və saatı) müəssisədə qüvvədə olan iş reqlamentinə uyğun olmalıdır.

Təhlükəli və zərərli əmək şəraiti olan işlərə, mürəkkəb avadanlıq və mexanizmlərə (elektrik qurğularına, nəqliyyat vasitələrinə və s.) xidmətlə bağlı işlərə götürülən fəhlə və qulluqçularla, onlar tibbi müayinədən keçdikdən (nəzərdə tutulan hallarda) və səhhətlərinə görə işə yararlı olduqları barədə həkim rəyi (tibbi arayış) aldıqdan sonra giriş təlimatı keçirilir.

Giriş təlimatının keçirilməsi “İşçilərlə keçirilən giriş təlimatının qeydiyyat jurnalı”nda rəsmiləşdirilməlidir.

Əməyin mühafizəsinin hüquqi və normativ əsasını aşağıdakı sənədlər təşkil edir:



  • Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci il)

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi (2001-ci il);

  • əməyin mühafizəsi məsələləri üzrə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin Fərman, Qərar və Sərəncamları (“Texniki Təhlükəsizlik haqqında”, “Qaz təchizatı haqqında”, “Yanğın Təhlükəsizliyi haqqında”, “Nəqliyyat haqqında” və digər müvafiq Qanunlar);

  • SOCAR-ın, “Qaz İxrac” İdarəsinin və MQKS-nin Nizamnaməsi və Əsasaməsi, eləcədə SOCAR-in və “Qaz İxrac” İdarəsinin əmr, sərəncam və göstərişləri;

  • Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi

  • Hİ və Dövlət nəzarəti orqanlarının qərarları və qətnamələri;

  • təhlükəsizlik qayda, norma və standartları;

  • təşkilati-metodik və rəhbər sənədlər.

Qaz təhlükəli odlu işlər nəyə deyilir və işlərin görülməsinə kimlər buraxıla bilər? qaz olan mühitdə, yaxud iş zamanı ətrafa qaz yayıla biləcək şəraitdə aparılan işlər. Qaz olan mühitdə, yaxud iş zamanı ətrafa qaz yayıla biləcək şəraitdə aparılan işlərə qaz təhlükəli işlər deyilir. Qaz təhlükəli işlər bunlardır :

  • istismarda olan qaz kəmərini qaz şəbəkəsindən açmadan, onlara yeni qaz kəmərinin qoşulması;

  • qaz kəmərlərinin avadanlıqlarının və cihazlarının istismara buraxılması ;

  • istismar olunan yerüstü, yeraltı və binalarda yerləşən qaz kəmərlərinin texniki xidməti və təmiri;

  • qaz kəmərlərinin tənzimlənməsi və hidrata qarşı həlledicilərin tökülməsi;

  • istismar olunan şəbəkələrdən açılmış qaz kəmərlərinin sökülməsi; mövsüm zamanı istismar olunan qaz kəmərlərinin və avadanlıqların konservasiya edilməsi və konservasiyadan çıxarılması;

  • dəmir yolu və avtomobil çənlərindən qazın boşaldılması və doldurulması;

  • quyuların təmiri;

  • istismar olunan qaz cihazlarının və daxili qaz avadanlıqlarının texniki xidməti və təmiri;

  • nasazlıqları aradan qaldırılmaq üçün qaz buraxılan yerlərdə aparılan qazma işləri ;

  • istismar olunan qaz kəmərlərində odla aparılan bütün təmir işləri;

  • qaz balonlu avtomaşınların doldurulması.

Qaz olan yerlərdə işləyən zaman qığılcım yaranmasına imkan verməyən əlvan metaldan hazırlanmış çəkic və kürə işlədilməlidir. Qara metaldan olan alətlərin və başqa vasitələrin işlək hissəsinə qalın qatla solidol, yaxud başqa texniki yağlar çəkilməlidir. Qaz olan yerlərdə qığılcım verə bilən elektrik qurğusundan və başqa elektrik alətlərindən istifadə edilməsi qadağandır.

İş yerində təlimat - yeni işə qəbul olunan bütün fəhlə və qulluqçularla, onların təhsilindən, ixtisasından, peşə və vəzifəsi üzrə iş stajından asılı olmayaraq, giriş təlimatından başqa, iş yerində də təlimat keçirilir. Fəaliyyət növünə görə işi müəssisənin obyektlərində olan bütün işçilərlə iş yerində təlimat keçirilir. Fəhlə və qulluqçulara iş yerində təlimatlandırma prosesində aşağıdakılar izah olunmalıdır:



  • iş yerində, müəssisənin ərazisində, maşın və mexanizmlərdə onların əsas vəzifələri və davranış qaydaları, peşələri üçün əməyin təhlükəsiliyi üzrə təlimatların məzmunu;

  • istehsalat prosesində və iş vaxtı qurtardıqdan sonra iş yerinin təhlükəsiz vəziyyətdə saxlanılması, lazım olmayan əşyalardan təmizlənməsi qaydaları;

  • istehsalat prosesi və tətbiq olunan avadanlıqlar, mexanizmlər və qurğular haqqında ümumi məlumat;

  • avadanlıqlara, mexanizmlərə və maşınlara xidmət etdikləri zaman (təhlükəli zonalar, qoruyucu, cəpərləyici və kipləyici qurğular, avtomatik nəzarət və siqnalizasiya qurğuları, digər mühafizə vasitələri) təhlükəsizlik tələbləri;

  • iş yerlərinin hazırlanması, təşkili və saxlanılması, avadanlıqların, qurğuların, cihazların, alət və tərtibatların, blokirovkaların, torpaqlanmanın və digər mühafizə vasitələrinin sazlığının yoxlanılması qaydaları;

  • təhlükəsiz iş üsulları, qəzaların baş verməsi mümkünlüyünün olması və aradan qaldırılması üzrə tədbirlər;

  • iş yerində, müəssisənin ərazisində, maşın və mexanizmlərdə, eləcə də digər istehsalat obyektlərdə yanğönsöndürmə vasitələrindən istifadə etmə, saz vəziyyətdə saxlanılma qaydaları və ümüumiyyətlə yanğın təhlükəsizliyi qaydaları;

  • bədbəxt hadisə baş verdikdə ilk tibbi yardımın (həkimdən qabaq) göstərilməsinin qayda və üsulları.

  • İş yerində təlimat ilkin, vaxtaşırı, birdəfəlik və növbədənkənar təlimat olaraq 4 (dörd) yerə bölünür.

Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Günvurma - başın açıq hissəsinə gün şüasının davamlı təsiri nəticəsində beyin işinin pozulmasıdır. Günvurmaya tibb dilində - hipotermiya deyilir.Əlamətləri: Başağrısı, süstlük, qaytarma. Ağır formada koma.

Günvurma zamanı ilk yardımı aşağıdakı kimi yerinə yetirmək lazımdır:

Zərərçəkəni kölgəyə aparmaq və başa soyuq kompres etmək lazımdır. Ağır formalarda süni nəfəsvermə də verilə bilər.

Günvurma zamanı təcili görüləcək işlər aşağıdakılardır:

Zərərçəkəni həmin sahədən uzaqlaşdırmalı;

Naşatır spirtini tənzifə vuraraq iynətməli;

Üst geyimini soyundurmalı;

Üzünə soyuq su çiləməli, döşünə yaş dəsmal qoymalı;

Başına soyuq su butulkası qoymalı;

Yelləməli

Təcili yardım çağırmalı.

İlkin təlimat nə deməkdir, hansı hallarda, kimlərə və kim tərəfindən keçirilir? Fəhlələrlə iş yerində ilkin təlimat onlar sərbəst işə buraxılmazdan əvvəl, bir işdən başqa işə və ya digər xassəli iş sahəsinə (istehsalat şəraiti dəyişəndə) keçirilən hallarda aparılır.

Fəhlələrlə ilkin təlimat işin xüsusiyyətindən asılı olaraq, bir neçə növbə ərzində keçirilir, onlar istehsalat prosesləri, təhlükəsiz iş üsulları ilə tanış olurlar və hər bir fəhlə fərdi olaraq təlimatlandırılır. Elektrotexniki heyyətə təlimat energetik və ya bu iş həvalə edilmiş təcrübəli MTİ tərəfindən keçirilir.

Usta (iş rəhbəri) və ya MTİ təlimatı keçib qurtardıqdan sonra fəhlənin təhlükəsiz iş üsullarını mənimsəməsinə, onun konkret iş yerinə və peşəsinə aid təhlükəsizlik tələblərini və təlimatı praktiki bilməsinə və başa düşməsinə əmin olmalıdır.

Əgər iş prosesində fəhlənin qayda və təlimatların tələblərini kifayət qədər mənimsəmədiyi və ya qadağan olunmuş iş üsullarının tətbiq olunması faktları aşkar edilərsə, onda təlimatı keçirən şəxs ona (işçiyə) əlavə izahat verməyə və düzğün iş üsullarını praktiki göstərməyə borcludur.

İlkin təlimatın keçirilməsi “İşçilərin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalı”nda rəsmiləşdirilməlidir.

Ayrı-ayrı hallarda işi avadanlığın xidməti, sınaqdan keçirilməsi, sazlanması, təmiri, xüsusilə təhlükəli və zərərli maddələrin tətbiqi ilə bağlı olan fəhlələrlə ilkin təlimat keçməkdən əlavə, sərbəst işləməyə buraxılmazdan əvvəl, bilavasitə iş yerlərində təlimat keçirilməlidir.

Kollektiv müqavilə - işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan, əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilə. Kollektiv müqavilənin aşağıdakı əlavələri olur:

xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin siyahısı;

çirkli şəraitdə işləyənlərin peşə və vəzifələrin siyahısı;

əmək şəraiti zərərli hesab edilən peşə və vəzifələrin siyahısı;

tibbi müayinədən keçmə siyahısı.

Sıxılmış və maye qaz balonlarının daşınması və saxlanması zamanı, onlar günəş şüaları və istilik mənbələrinin təsirindən qorunmalıdır. Qoruyucu qapaqsız və kranın ştutserində tıxac olmadan sıxılmış və maye qaz tutumlarının nəqli və saxlanılması qadağandır. Balonlar nəql edilən zaman zərbə və təkanlardan, həmçinin bir birinə dəymədən qorunması üçün tədbirlər görülməlidir.

Vaxtaşırı təlimat nə deməkdir, hansı hallarda, kimlərə və kim tərəfindən keçirilir? Bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla onların təhsilindən, ixtisas dərəcəsindən, bu və ya digər peşə üzrə iş stajından və tutduqları vəzifədən asılı olmayaraq vaxtaşırı, hər 3 (üç) aydan bir işlərin təhlükəsiz aparılması üzrə təlimat keçirilməlidir.

Vaxtaşırı (təkrar) təlimatın keçirilməsində məqsəd işçilərin əsas və ya daha tez-tez yerinə yetirdikləri işlər və ya əməliyyatlar üzrə təhlükəsizlik tələblərinə aid biliklərini təkrar yoxlamaq, dərinləşdirmək və möhkəmləndirməkdir.

Vaxtaşırı (təkrar) təlimatı fəhlələrlə bilavasitə iş icraçısı (usta, iş icraçısı, xidmət və qurğu rəisi) iş yerində proqram üzrə keçirir. Vaxtaşırı (təkrar) təlimatlar keçirilən zaman fəhlələri əvvəl keçirilən təlimatdan sonrakı dövrdəki verilmiş əmrlər, sərəncamlar və məktublarla tanış edilməli, eləcə də bu dövrdəki texnoloji dəyişikliklər və yeniliklər barədə məlumatlandırılmalıdırlar.

Vaxtaşırı (təkrar) təlimat fəhlələrə həm ayrı-ayrılıqda, həm də eyni peşəli fəhlə qrupu ilə keçirilir. İş rəhbəri elektrik qurğularına və avadanlıqlarına xidmət edən və onların təmiri ilə məşğul olan fəhlələrlə təlimatı müəssisənin mütəxəssis (energetik, mexanik və s.) ilə birlikdə keçirir.

Vaxtaşırı (təkrar) təlimat keçirilərkən fəhlələrə mühafizə, xilasedici və qoruyucu vasitələrdən istifadə etmə, xəsarət alanlara yardım göstərmə qaydaları, maşın və mexanizmlərdə davranış qaydaları, eləcə də müəssisənin obyektlərində hərəkət etmə qaydaları da öyrədilir.

Hər hansı bir səbəbdən (məzuniyyətdə olma, xəstələnmə, ezamiyyətə getmə və s.) müəyyən edilmiş gündə təlimat keşməyən fəhlələrlə, onlar işə çıxan gün təlimat keçirilməlidir.

Vaxtaşırı (təkrar) təlimatların keçirilməsi “İşçilərin iş yerində təlimatlandırılması-nın qeydiyyatı jurnalı”nda rəsmiləşdirilməlidir.

Tibbi müayinə - ağır, zərərli və təhlükəli, həmçinin nəqliyyatla əlaqədar işlərə qəbul olunan fəhlə və qulluqçular işə nə dərəcədə yararlı olmalarının və onların peşə xəstəliklərinə tutulmasının müəyyənləşdirilməsi, bu xəstəliklərin qarşısının alınması məqsədilə keçirilən müayinədir. Tibbi müayinələr təhlükəli, zərərli maddələrlə bağlı işlərlə və digər əlverişsiz istehsalat amilləri ilə əlaqədar xəstəliklərin ilkin formalarının aşkar edilməsinə və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilən sağlamlaşdırıcı tədbirlərdir. Tibbi müayinə 2 (iki) yerə bölünür ilkin və vaxtaşırı tibbi müayinə.

Vaxtaşırı tibbi müayinələr zərərli iş şəraitində işləyənlərin səhhətinin dinamik müşahidə altında saxlanılmasını, peşə xəstəliklərinin ilk əlamətlərinin vaxtında müəyyən¬ləşdirilməsini, profilaktikasını və zərərli əmək şəraitində işin davam etdirilməsinin qadağan olunmasını təmin edir.

Donvurma +30C - +70C rütubətli, küləkli hava şəraitində baş berə bilər. Donvurmaya adətən bədənin açıq sahələri məruz qalır. Donvurmalar 4 qrupa bölünür.

Rəngin avazıması. Daha sonra qızarması və göyərməsi baş verir. 4-10 dəq. ərzində toxuma hissiyatını itirir və şişkinlik əmələ gəlir. Proses isidici masajlarla 1-2 saata tam bərpa olur.

Dəri və dərialtı toxuma zədələnir. Suluqlar əmələ gəlir. Tam bərpası 2-3 həftəyə baş verir.

Bərpa olmur. Ölmüş toxumaları kəsib götürmək lazımdır.

Dərinin bütün qatları, yumşaq toxumalar və sümüklər məhv olur. Daha sonra yaş və ya quru qanqrena inkişaf edir. Bərpa olunmur.

Donvurmada ilk yardım aşağıdakı kimi göstərilməlidir:

Zərərçəkəni isti otağa aparın;

Yaş bə nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarın

Zədələnmiş nahiyəni 200C olan suya salın. 10 dəq müddətində temperaturu 380C-400C çatdırın.

Ayaqların donu açıldıqdan sonra belə xəstəyə gəzməyə imkan verməyin.

Huşu aydın olan zərərçəkənə isti çay və ya isti duru yemək verin

Zərərçəkənə siqaret çəkməyi, spirtli içki və qəhvə içməyə icazə verməyin.

Əl və ayaq barmaqları donmuşsa onların arasına tənzif və ya pambıq qoyun.

Suluqları deşməyin

Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın. Xüsusən 3-4 mərhələdə.

İstehsalat zəruriyyətindən irəli gələn xüsusi hallarda fəhlələrlə işlərin təhlükəsiz aparılması üzrə növbədənkənar (plandan kənar) təlimat keçirilməlidir.

Fəhlələrlə növbədənkənar (plandan kənar) təlimat aşağıdakı hallarda keçirilir:

istehsalat prosesi (texnoloji) dəyişdikdə, avadanlıqlar, qurğular və alətlər yeniləri ilə əvəz olunduqda və ya onların təkmilləşdirilməsi nəticəsində əmək şəraiti dəyişdikdə;

bədbəxt hadisə və ya qəza baş verdikdə;

yüksək dərəcədə təhlükəsizlik tədbirləri tələb edən işlərdə 30 (otuz) təqvim günündən artıq fasilə olan hallarda;

fəhlələrin təhlükəsizlik qaydalarının və təlimatlarının tələblərinin bədbəxt hadisələr və ya qəzalara səbəb ola biləcək dərəcədə pozulması halları baş verdikdə;

əməyin təhlükəsizliyi üzrə yeni qaydaların və təlimatların, standartların qüvvəyə minməsi ilə əlaqədar fəhlələrə əlavə tələblər haqqında məlumat vermək lazım gəldikdə;

Müəssisənin rəhbərliyinin əmri və ya sərəncamı ilə, yuxarı təşkilatların (SOCAR və ya “Qaz İxrac” İdarəsi), Dövlət nəzarət orqanlarının göstəriçi ilə və digər hallarda.

Növbədənkənar (plandan kənar) təlimat fəhlələrlə fərdi qaydada və ya eyni peşəli fəhlə qrupu ilə, zəruri hallarda isə ancaq ayrı-ayrı fəhlələrlə (məsələn, təhlükəsizlik tələblərini və işlərin təhlükəsiz aparılması üzrə təlimatı pozanlarla) keçirilir.

Fəhlələrlə növbədənkənar (plandan kənar) təlimatı, ilkin və vaxtaşırı (təkrar) təlimatlar kimi, işlərin bilavasitə rəhbərləri (usta, iş icraçısı, xidmət və qurğu rəisi) keçirirlər.

Növbədənkənar (plandan kənar) təlimatın keçirilməsi “İşçilərin iş yerində təli-matlandırılmasının qeydiyyatı jurnalı”nda rəsmiləşdirilməlidir (ilkin və vaxtaşırı (təkrar) təlimatların qeydi kimi) və müvafiq qrafada təlimatın mövzusu (proqramı) göstərilir.

İş yerindən və növündən asılı olmayaraq, işçilər qüvvədə olan təhlükəsizlik texnikası üzrə normativ-texniki sənədlərə və “Əmək Məcəlləsi”nə əsasən bütün işçilər fərdi mühafizə vasitələri ilə təmin edilməlidirlər. Fərdi mühafizə vasitələrinin verilməsi qaydaları və müddəti “Kollektiv müqavilə” də öz əksini tapır (Kollektiv müqaviləyə əlavə № I).

İşçilərə verilən fərdi mühafizə vasitələri aşağıdakılardan ibarətdir:

xüsusi geyim – işçinin dəri səthinin mexaniki zədələrdən, aqressiv mayelərin (turşu, qələvi və s.) kimyəvi təsirindən, əridilmiş metal hissəciklərinin termik yanığından və digər zədələnmə faktorlarından qorunmasına xidmət edir;

b) xüsusi ayaqqabı - (çəkmə, botinka, qaloş, dielektrik qaloş və çəkmə və s.) işçinin ayaqlarının dəri səthinin mexaniki zədələrdən, aqressiv mayelərin (turşu, qələvi və s.) kimyəvi təsirindən, əridilmiş metal hissəciklərinin termik yanığından və digər zədələnmə faktorlarından qorunmasına xidmət edir. Ayaqların yüksəklikdən müxtəlif əşyaların düşməsi nəticəsində zədələnmədən qorunması üçün xüsusi ayaqqabıların ucları metal içliklə təmin edilir. Elektrik cərəyanından zədələnmədən qorunmaq üçün xüsusi dielektrik ayaqqabılar tətbiq olunur ki, bunlar cərəyan altında işləyən işçilərə verilir.

c) əllərin qorunması vasitələri - (əlcək, dielektrik əlcək və s.) əllərin turşuların, qələvilərin və sair zərərli maddələrin dağıdıcı təsirindən, mexaniki zədələrdən, eləcə də elektrik cərəyanın təsirindən qorynmasına xidmət edir;

ç) gözlərin mühafizəedici vasitələri – (eynək və maska) müxtəlif işlər görülən zaman gözlərin müxtəlif zədələrdən qorunmasına xidmət edir;

e) başın mühafizəedici vasitələri - (dəbilqə) müəyyən işlərin yerinə yetirilməsi zamanı başın, yüksəklikdən düşmə ehtimalı olan, müxtəlif alət və avadanlıqların mexaniki zədələrindən qorunmasına xidmət edir;

ə) nəfəs orqanlarının mühafizəedici vasitələri - (əleyhiqaz, süzgəc və respirator) nəfəs orqanlarının qaz və onların buxarlarının, eləcə də digər zərərli və zəhərli maddələrin təsirin-dən qorunmasına xidmət edir;

q) qoruyucu avadanlıqlar - (qaynaq şiti və qaynaq dəbilqəsi) qaynaq və qazla kəsmə zamanı işçinin zədələrdən qorunmasına xidmət edir;

d) səs-küydən və titrəyişdən mühafizə vasitələri – eşitmə orqanlarının qorunmasına xidmət edir.

Fərdi mühafizə vasitələrinin verimə və dəyişdirilmə qaydaları, eləcə də istifadə müddətləri Kollektiv müqavilə əsasında təmin olunur. Xüsusi iş paltarı və ya mühafizə vasitələri fəhlələrə Kollektiv müqavilə və müvafiq norma və qaydaların tələblərinə uygun olaraq verilir. Nəzərdə tutulmuş normaya müvafiq olan xüsusi iş paltarını geyinmədən və mühafizə vasitələrindən istifadə etmədən iş görmək qadağandır. Xüsusi iş paltarları vaxtlı-vaxtında təmizlənməli və yuyulmalıdır. Zərərli və təhlükəli maddələrlə iş zamanı geyilən (odorant, metanol və s.) iş paltarları və mühafizə vasitələri həm deqazasiya və dezinfeksiya edilməli və həm də dezaktivləşdirilməli və yuyulmalıdır. İş yerinin havasına zərərli qazlar, tozlar, çıxması təhlükəsi, habelə qırıntılar, qəlpələr sıçraması təhlükəsi ilə əlaqədar olan işlərin görülməsi zamanı mövcud norma və qaydaların tələblərinə uyğun olaraq müvafiq fərdi mühafizə vasitələrindən (əleyhiqaz, respirator, qoruyucu eynək, maska, qoruyucu şit və s.) istifadə edilməlidir. Fərdi mühafizə vasitələrinin sazlığına daima nəzarət edilməli və istifadədən sonra həmin vasitələrin təkrar istifadəyə hazırlığını təmin etmək lazımdır. Əllərin qıcıqlanması təklükəsi yarada bilən maddələrlə işləyərkən işçilər müvafiq qoruyucu əlcəkdə işləməli və onlara profilaktiki (pasta, maz, dezinfeksiyaedici vasitə) vasitələr verilməlidir. İşçilər “Neftqazçıxarma sənayesində işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrilərinin pulsuz verilməsi normaları”nda nəzərdə tutulduğu kimi xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Verilən xüsusi geyim və xüsusi ayaqqabı qüvvədə olan standartlara və texniki şərtlərə uyğun olmalıdır.

Qazpaylayıcı stansiyalar (QPS) və qazpaylayıcı məntəqələr (QPM) qaz kəmərləri ayrılmalarında quraşdırılır, sənaye müəssisələrinə və yaşayış məntəqələrinə müəyyən təzyiqdə, həcmdə, müəyyən dərəcə təmizlənmiş, odorizə olunmuş qazın verilməsi, həmçinin qazın həcmi sərfinin ölçülməsi və keyfiyyət göstəricilərinə nəzarət etmək üçün təyin olunur. QPS və QPM-də aşağıdakı sənədlər olmalıdır: texniki pasport, təsdiq edilmiş icra sənədləri və texniki sənədlər, tikinti, texnologiya, sanitariya və elektrik enerjisi təchizatına, NÖC və A vasitələri, telemexanikaya, rabitə və EKM-ə aid icra cizgiləri və sənədləri; qaz və metanol qurğularının təmizləmə, qızdırılma və odorizə sistemlərinin icra sxemləri, sahədə qurğuların yerləşdirilməsi göstərilmiş baş planı; Azərbaycan Respublikasının "Əmək Məcəlləsi"nin və mövcud qanunvericilik aktlarının tələblərinə uyğun əməyin mühafizəsi üzrə sənədlər. Bağlayıcı avadanlıqlar (kranlar), toztutucular, şamlar, qoruyucu klapanlar, təzyiq tənzimləyiciləri, odorizə qurğusu, rabitə və telemexanika sistemləri, QPS-dən çıxan qaz kəmərlərində qaz təzyiqinin artmasının qarşısını alan avtomatik qoruyucular (elektrokontaktlı manometrlər), qaz sərfiyyatını ölçən sayğaclar, yanğından mühafizə siqnalizasiya sistemi, qaz kəmərlərinin giriş və çıxışında təcridedici flanslar, QPS-in binası, ərazisi və avadanlıqları şimşəyin birbaşa zərbəsindən mühafizə edən ildırımötürücülər və torpaqlama xətti, ərazini işıqlandıran partlayışdan mühafizəli elektrik çıraqları. QPS su və yanğın su hovuzu ilə təchiz olunmalı, onun dispetçer və qaz istehlakçıları ilə operativ əlaqəsi olmalıdır. QPS-də aşağıdakı əsas texnoloji əməliyyatlar aparılır:

-qazın bərk və maye qarışıqlarından təmizlənməsi;

-yüksək təzyiqin aşağı salınması (reduksiyası);

-odorizasiyası (zəruri hallarda);

-qazın miqdarının ölçülməsi və kommersiya qeydiyyatı.

QPS-nın işi müstəqil olaraq operator tərəfindən aşağıdakı hallarda dayandırılmalıdır (daxilolma və çıxış kranlarının bağlanılması üzrə tədbirlərin görülməsi):

texnoloji və aparıcı qaz kəmərlərinin partlayıb-dağılması zamanı;

avadanlıqlarda qəza baş verdikdə;

QPS-nın ərazisində yanğın baş verdikdə;

çoxlu miqdarda qaz atqısı baş verdikdə;

təbii fəlakət zamanı;

insanların həyatına təhlükə, həmçinin avadanlıqların və qurğuların dağılması təhlükəsi yaranan bütün hallarda;

istehlakçının tələbi ilə.

QPS-nın işinin qəza ilə bağlı hər dayandırılması halında operator dərhal MQK-nin Xİİ-nin dispetçerinə və qaz istehlakçısına xəbər verməli və jurnalda bu barədə müvafiq qeydiyyat aparmalıdır.

Bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlık işləri yerinə yetirmək və ya yüksək dərəcədə təhlükəli (qaztəhlükəli, odlu işlər və s.) şəraitdə işləmək üçün tapşırıq (tapçırıq-izacə) alarkən birdəfəlik (cari) təlimat keçməlidir. Birdəfəlik təlimatı işin məsul rəhbəri (usta, iş icraçısı, xidmət və qurğu rəisi) keçirir və “İşçilərin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalı”nda, işdən öncə təlimatlandırma vərəqəsində və tapşırıq-icazə

Odorant kimi əsasən aşağıdakı xüsusiyyətlərə malik merkaptanlar, çox vaxt etilmerkaptan (C2H5SH) tətbiq edilir: Qatılıq həddi az olan merkaptan baş ağrısı və ürək bulanması yaradır. Qatılıq həddi çox olan merkaptan mərkəzi sinir orqanlarına təsir edir, qıc olma, iflic və nəfəsin dayanmasından ölüm halları yaradır. Onun hidrogen-sulfidin təsiri ilə oxşardır. Yaşayış məntəqələri üçün havada merkaptanların YVBQH çox kiçikdir, misal üçün metilmerkaptan üçün 9-106 1mq/m3-dir. (yəni sanitar normalarına görə ən kiçik YVBQH). Merkaptan metal oksidi və qələvilərlə merkaptidlərəmələ gətirir ki, onlar da havanın təsirindən öz-özünə alışma qabiliyyətinə malikdirlər. Təbii qazın odarantlaşdırılması onu daha çox zəhərli etmir. Məişətdə istifadə olunan qazın odarantlaşdırılması üçün etilmerkaptanın sərfi 1000 m3 16 mq-dır.

1.Odorizə qurğularının istismarı, habelə odorantın istifadəsi ilə bağlı işlər qüvvədə olan normativ-texniki sənədlərinin tələblərinə uyğun həyata keçirilməlidir.

2.Qazın odorizəsi QPS-in sahəsində yerləşən odorizə qurğuları ilə aparılmalıdır. Odorant kimi etilmerkaptan (16q/1000m3) və ya qazın tərkibində qatılığı az olan halda gərgin (intensiv), xoşagəlməz qoxuya və normal temperaturda tez buxarlanan digər maddə və qarışıqlardan istifadə oluna bilər.

3.Nəzərə alınmalıdır ki, odorantlar təhlükəliliyinə görə 2-ci sinif təhlükəli zərərli maddələrə aiddir, odorizə qurğularının otaqları və odorant anbarları isə partlayış təhlükəlidir.

4.Qaz odorizəsi edilən və odorant saxlanılan otaqların döşəmələri maye hopmayan materiallardan hazırlanmalıdır.

5.Odorantlar günəş şüalarından və istilik cihazlarından mühafizə olunan, kip bağlanan tutumlarda saxlanılmalıdır.

6.Odorizə ilə bağlı bütün işlər əleyhqaz, uzunboğaz çəkmə, rezin əlcək və rezinləşdirilmiş önlükdə aparılmalıdır. Odorantla aparılan işlər qaz təhlükəli sayılır.

7.Odorantlı çəlləklər qığılcım verməyən təhlükəsiz alətlə açılmalıdır. Odorant çəlləklərinin bağlı otaqda açılması və odorantın bir tutumdan başqa tutuma boşaldılması qadağandır. Odorant çəlləyinin xarici tıxacı açıldıqdan sonra, tıxacların arasında əmələ gələ bilən pirofor birləşmələrin öz-özünə alışmasının qarşısını almaq üçün daxili tıxacın ətrafına parça qoyulmalıdır.

8.Odorantın çəlləklərdən yeraltı çənə boşaldılması üç nəfərdən az olmayan, xüsusi təlim keçmiş heyət tərəfindən, bağlı üsulla həyata keçirilməlidir. Odorantı bir tutumdan başqa tutuma boşaltmaq üçün açıq qıfdan istifadə etmək qadağandır. Odorantın istifadəsində qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə riayət olunmalıdır.

9.Yerə və ya torpağa dağılmış odorant xlorlu əhəng, natrium hidroxlorid və ya kalium-manqan turşusu məhlulu ilə dərhal zərərsizləşdirilməlidir (neytrallaşdırılmalıdır). Zərərsizləşdirilmədən sonra torpaq qazılmalı və zərərsizsizləşdirən maddə məhlulu ilə təkrar emal olunmalıdır. Odorantın öz-özünə alışmasının qarşısını almaq üçün xlorlu əhəng məhlulu narın, yumrusuz dənələrdən hazırlanmalıdır.

Magistral qaz kəmərləri - yanar qazlar çıxarılan yerdən işlədici məntəqələrə (QPS,QTM) nəql etmək üçün boru kəmərləri və köməkçi qurğular kompleksidir. Magistral qaz kəmərləri işçi təzyiqindən asılı olaraq 2 (iki) sinfə bölünür.

2.5 MPa-dan 10MPa-dək (10MPa-daxil olmaqla) - yüksək təzyiqli;

1.2MPa-dan,2.5MPa-dək - aşağı təzyiq

Əmək şəraitinin vəziyyətinin yoxlanması - istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına yönəldilmiş əsas tədbirlərdən biri olmaqla, əmək şəraitinin, əmək qanunvericiliyi, təhlükəsizlik qayda və normalarının, standartlarının tələblərindən kənara çıxma hallarını aşkar etmək və onların aradan qaldırılması üzrə operativ qərar qəbul etməkdən ibarətdir. Əmək şəraitinin vəziyyətinə aşağıdakı nəzarətlər həyata keçirilir:

Dövlət nəzarəti - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Dövlət Qaz Nəzarəti İdarəsi və digər İcra Hakimiyyəti orqanları (qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri daxilində);

Müəssisə daxili nəzarət – SOCAR, “Qaz İxrac” İdarəsi və MQKS. Müəssisə daxili nəzarətin əsas növləri aşağıdakılardır:

əmək şəraitinin vəziyyətinə operativ nəzarət;

sexlərin, sahələrin, qurğuların, sanitar-texniki vəziyyətini pasportlaşdırmaq və onlara nəzarət.

Müəssisə daxili nəzarətin yekun mərhələsi - əmək şəraitinin vəziyyətini daima nəzərdən keçirmək və bu barədə müntəzəm olaraq məlumat verməkdir.

Əmək şəraitinin vəziyyətinə müəssisə daxili nəzarəti ustalar, iş işraçıları, xidmət, sex və qurğu rəisləri, mühəndis-texniki işçilər, baş mütəxəssislər, birlik və şirkət rəhbərləri tərəfindən Həmkarlar İttifaqları Komitələrinin əmək mühafizəsi fəallarının iştirakı ilə aparılır.

“Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nə əsasən əmək şəraitinin vəziyyətinə müəssisə daxili nəzarətin 4 pilləsi var. İdarənin istehsalat sahələrinin strukturu nəzərə alınaraq və SOCAR-ın “Sağlamlıq və əməyin təhlükəsizliyi” İdarəsinin rəisi Yaşar Əhmədovla razılaşdırılaraq əmək şəraitinin vəziyyətinə nəzarətin ilk üç pilləsi “Qaz İxrac” İdarəsi və onun struktur bölmələri tərəfindən aparılır.

I pillə - növbədə olan operator (işçi) tərəfindən hər gün əmək şəraitinin vəziyyətinə nəzarət edilir. Aşkar edilmiş nöqsan dərhal aradan qaldırılırsa, “Əmək mühafizəsi üzrə görülən işlərin qeydiyyatı jurnalı”nda qeyd olunur. Aradan qaldırılması mümkün olmayan nöqsanlar barədə “Əmək şəraiti vəziyyətinin yoxlanması jurnalı”nda qeydlər edilir. Yoxlama zamanı nöqsan aşkar edilməsə, bu barədə “Əmək mühafizəsi üzrə görülən işlərin qeydiyyatı jurnalı”nda qeyd olunur.

Əlavə olaraq xidmət rəisi, mühəndisi və ya ustası tərəfindən 7-10 gündə 1 dəfədən az olmayaraq I pillə üzrə yoxlama keçirilir və “Əmək şəraiti vəziyyətinin yoxlanması jurnalı”nda qeydlər edilir.

II pillə - müstəqil olaraq sahənin əməyin mühafizəsi xidməti, energetik, mexanik (rəhbərlik yanında aparatın üzvləri), texniki şöbənin əməkdaşları tərəfindən ayda 1 dəfədən az olmayaraq aparılır, sahənin daimi fəaliyyıt komissiyası tərəfindən 3 ayda 1 dəfədən az olmayaraq aparılır və “Əmək şəraiti vəziyyətinin yoxlanması jurnalı”nda qeydlər edilir.

III pillə - “Qaz İxrac” İdarəsinin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyıt komissiyası tərəfindən 6 ayda 1 dəfədən az olmayaraq aparılır və “Əmək şəraiti vəziyyətinin yoxlanması jurnalı”nda qeydlər edilir.

IV pillə - SOCAR-ın “Sağlamlıq və əməyin təhlükəsizliyi” İdarəsi tərəfindən ildə 1 dəfədən az olmayaraq aparılır.

Fövqəladə hal - ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.

Təbii mənşəli fövqəladə hallar - baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir.

Texnogen mənşəli fövqəladə hallar - insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan - yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərmək olar.

Qaz təhlükəli işlər - qaz olan mühitdə, yaxud iş zamanı ətrafa qaz yayıla biləcək şəraitdə aparılan işlər. Qaz olan mühitdə, yaxud iş zamanı ətrafa qaz yayıla biləcək şəraitdə aparılan işlərə deyilir. Qaz təhlükəli işlərdə - işləyən zaman qığılcım yaranmasına imkan verməyən əlvan metaldan hazırlanmış çəkic və kürə işlədilməlidir. Qara metaldan olan alətlərin və başqa vasitələrin işlək hissəsinə qalın qatla solidol, yaxud başqa texniki yağlar çəkilməlidir. Qaz olan yerlərdə qığılcım verə bilən elektrik qurğusundan və başqa elektrik alətlərindən istifadə edilməsi qadağandır.

Qaz cihazlarından məktəbəqədər yaşlı uşaqların və istifadə etməyi bacarmayanların (ruhi xəstələr və s.) istifadəsi qadağandır.

Yüktutucu tərtibat - yüklərin müəyyən vəziyyətdə (hündürlükdə, bucaq altında və s.) dayanıqlığını təmin edərək onların yerdəyişməsinin (qaldırılması, endirilməsi, aparılması və s.) təhlükəsiz həyata keçirilməsi üçün istifadə olunan tərtibatlardır. İş prosesi zamanı (yüklərin qaldırılması, endirilməsi, aparılması və s.) bu tərtibatlar vasitəsilə yükqaldırıcı qurğu yüklə birləşdirilir. Yüktutucu tərtibatlar iş şəraitindən, qaldırılması, daşınması və ya yerinin dəyişdirilməsi nəzərdə tutulan yüklərin ölçülərindən və xarakterindən asılı olaraq müxtəlif təyinatlı və konstruksiyalı olurlar. Bütün yüktutucu tərtibatlar texniki sınaq olunmalı və müvafiq qaydaların tələblərinə uyğun olaraq yoxlanılmalıdır. Texniki sınaq zamanı yüktutucu tərtibatlar onların nominal yükqaldırma qabiliyyətindən 1,25 dəfə çox yüklə sınaqdan keçirilməlidir. İstismar zamanı yüktutucu tərtibatlara periodik baxış keçirilməlidir. Traversa hər 6 aydan gec olmayaraq, xamutlar (sırğalar) və digər tutuculara hər ay, stroplara (kəmərlərə) 10 gündən gec olamayaraq baxış keçirilməlidir. Nadir hallarda işlədilən geydirilib-çıxarıla bilən yüktutucu tərtibatlara hər dəfə işlədilmədən öncə baxış keçirilməlidir. Zədələnmiş yüktutucu tərtibatlar istismardan çıxarılmalı və təmirə göndərilməlidir. Baxışın nəticələri “Yüktutucu tərtibatların qeydiyyat və baxış Jurnalı”-ında qeyd edilmədir. Özəyin daxili yeyilməsi, əzilməsi, qırılması nəticəsində burazın diametri azalarkən, (burulmayan burazda nominal diametrin 3 %-nə qədər və diğər burazlarda 10% qədər) buraz, hətta məftilin görünən qırılması olmadıqda zay edilir.

Yeyilmə və ya 40% və artıq korroziyaya uğrayan xarici məftillərin ilkin diametrinin azalması zamanı buraz zay hesab edilir.

Məftilin yeyilməsini və ya korroziyaya uğramasını mikrometr və ya oxşar dəqiqliyi təmin edən başqa alətlərin köməyi ilə təyin edilir.

Burazlar aşağıdakı vəziyyətdə istifadəsi qadağandır: səbətşəkilli deformasiya, özəyin əzilməsi, hörüklərin əzilməsi və ya qatların əyilməsi, burazın diametrinin yerli artması və ya azalması, əzilmiş sahələr və ya buruqlar olduqda, əyilmış yer, bükülmələr, temperatur təsirindən və ya elektrik qövs boşalmaları nəticəsində zədələnmələr aşkar olduqda

Qaz təhlükəli işlər görülən zamanı aşağıdakı təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir:

Qaz kəmərlərində və qaz təhlükəli avadanlıqlarda qaynaq işlərinə, müvafiq Qaydalara əsasən, təlim keçmiş və bilikləri yoxlanılmış, qaynaq işlərinin yerinə yetirilməsinə dair vəsiqəsi olan qaynaqçılar buraxılır.

Qaynaqçılar və onların köməkçiləri müvafiq FMV, xüsusi geyim və xüsusi ayaqqabılarda işləməli, xüsusi mühafizə sipərləri və üzlüklərdən istifadə etməlidirlər. Tavan qaynağı zamanı brezent qolçaqlar geyinməlidirlər. Tərkibində sink, mis və ya qurğuşun olan əlvan metalların və xəlitələrin qaynağı zamanı qaynaqçı mütləq müvafiq əleyhqazdan istifadə etməlidir.

Körpücüklərin və ayaqaltıqların üstü qaynaq işləri zamanı yanmayan materiallar və dəmir vərəqlərlə elə örtülməlidir ki, axan ərinmiş metal insanların yanmasına və yanğın təhlükəsinin yaranmasına imkan verməsin.

Elektrodtutucuya cərəyanın birləşdirilməsi üçün zədələnməmiş və izoləsi olan elastik naqil tətbiq olunmalıdır. İzoləsi pozulmuş naqilin istifadəsi qadağandır.

Qaynaq aparatı və köməkçi qurğular odlu işlər görülən yerdən 20 m məsafədə yerləşdirilməlidir.

Fasilə vaxtı və ya iş qurtardıqdan sonra elektrik qaynaq aparatı elektrik şəbəkəsindən ayrılmalıdır.

Elektrik-qaynaq xəttini yalnız cərəyan mənbəyindən açdıqdan sonra və ya elektrik qaynaq avadanlıqları işləmədikdə təmir etmək olar.

Qaynaq aqreqatının (transformatorlar, yastıqlar, elektrik təmaslı sabit elektrik xəttinin təkrar kontaktları və s.) ayrı-ayrı hissələrinin qızma temperaturu 750C-dən yuxarı olmamalıdır, əks halda aqreqatın işi dayandırılmalıdır.

İş zamanı qaynaq aparatının gövdəsində gərginlik yarandıqda, dərhal qaynaq işləri dayandırılmalı və aparat elektrik şəbəkəsindən ayrılmalıdır.

10.Oksigen balonları (iki ədəddən çox olmayaraq) bir birindən 5m məsafədə, odlu işlər görülən yerdən, külək tutmayan istiqamətdə 10 m-dən az olmayan məsafədə yerləşdirilməlidir. Balonlar müvafiq qaydaların tələblərinə uyğun istismar olunmalıdır.

Xüsusi geyim, iş ayaqqabısı və digər fərdi qoruma vasitələri istismar müddəti bitmədən istismara yararsız hala düşdükdə müvafiq sənədləşdirmə aparıldıqdan sonra yenisi ilə əvəz oluna bilər

Yük qaldırarkən və ya endirilərkən yük bərkidilmiş burazdan tutmaq; qaldırılan yükün altında və ya onun hərəkəti istiqamətində olmaq; divarla yük arasında olmaq qadağandır

Yanar maddədən və materialdan asılı olaraq yanğın 5 (beş) sinifə bölünür:

A sinifi - əsasən üzvi mənşəli və yanması közərmə ilə müşahidə edilən bərk maddələrin (ağac, tekstil, kağız və s.) yanması ilə bağlı yanğın.

B sinifi – yanar mayelərin və ya əriyən bərk maddələrin yanması ilə müşahidə olunan yanğındır. Karbohidrogenlər (neft və neft məhsulları) və alkoqol əsaslı mayelərin (spirtlər) yanması

C sinifi – qaz yanğınlar, məişət qazı, propan və s.qazların yanması ilə müşahidə olunan yanğındır.

D sinifi – metal və onların ərintilərinin yanması ilə müşahidə olunur (Alüminium, titan, kalium, maqnezium və s. metal və onun ərintiləri).

E sinifi – elektrik qurğularının yanması ilə müşahidə olunan yanğınlardır.

Qəza - təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılmasıdır. Hadisə təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulmasıdır?

İşçilərin təhlükəsiz iş üsullarının öyrədilməsi aşağıdakılardan ibarətdir:

bütün təlimat növlərinin giriş və iş yerində (ilkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik) təlimatların keçirilməsindən;

biliklərin yoxlanmasından (ilkin, vaxtaşırı və növbədənkənar)

İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, onların ixtisaslarının artırılması zamanı (kurs, qrup və fərdi təhsil formalarında) həyata keçirilir. Fəhlələrə, qulluqçulara və MTİ təhlükəsiz iş üsullarının vaxtında və keyfiyyətli öyrədilməsi istehsalat xəsarətalmalrının və peşə xəstəliklərinin qarşısını alan əsas vasitələrdən biridir.

Elektrik keçirmə qabiliyyətinə görə təbiətdəki cisimləri 3 (üç) qrupa bölmək olar. Naqillər (keçiricilər), izolyatorlar və yarımkeçiricilər.

Elektrik cərəyanından baş verə bilən bədbəxt hadisələr əsasən ən geniş zədələnmələr 220 və 380 V gərginliklərdə baş verir.

Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada 4 nüsxədən ibarət İZ formalı akt tərtib edilməli, müəssisə rəhbəri tərəfindən təsdiq edilərək və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır.

İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və “İstehsalatda bədbəxt hadisələrin qeyd jurnalı”nda qeydə alınır.

Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir.

Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır.

İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirildikdə və ya tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirilməsinə səbəb olduqda İZ formalı akt tərtib edilməlidir.

Təbii ölüm, özünə qəsd, intihar hadisələri, zərərçəkənlərin cinayət törədərkən aldıqları zədələnmələr zamanı İZ formalı akt tərtib edilməməlidir.




Yüklə 52,23 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə