Ar əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının


Risk - baş verə biləcək zərərli bir hadisənin nəticələri və meydana gəlmə ehtimalına deyilir. Təhlükə



Yüklə 52,23 Kb.
səhifə2/2
tarix04.02.2022
ölçüsü52,23 Kb.
#83434
1   2
504507207-ƏM-Və-TT-Uzrə-Materiallar

Risk - baş verə biləcək zərərli bir hadisənin nəticələri və meydana gəlmə ehtimalına deyilir.

Təhlükə - dəyə biləcək hər bir ziyanin potensialıdır

Ehtimal - baş vermənin ola bilməsi

Risk = Tezlik X Şiddət (tezlik – riskin baş vermə amplitudu, şiddət – vurduğu zərərin təsiri)

Qoruyucu klapan QPS və QTM-də tənzimləyici və sərfölçmə qovşaqlarından sonra quraşdırılır. Qoruyucu klapan – təzyiqin müəyyən olunmuş həddən artıq yüksəldiyi anda avtomatik olaraq açılaraq artıq təzyiqi havaya atmaqla avadanlıqların sıradan çıxmasını və yüksək təzyiqin aşağı təzyiqlə işləyən sistemə daxil olmasının qarşısını alan bir avadanlıqdır.

Ərazi partlayış-yanğın təhlükəliliyinə görə 3 (üç) zonaya bölünür:

“Sıfırıncı Zona” - partlayış təhlükəlı qarışığın daima və ya uzun müddət olduğu sahə (kompressor stansiyası);

“Zona I” – partlayış təhlükəlı qarışığın mövcudluğu ehtimal olunan sahə (texnoloji hissə);

“Zona II” – normal iş rejimində açıq meydança və otaqlarda partlayış təhlükəlı qarışığın olmadığı sahə (operator otağı və ağaclar əkilən sahə).

Oksigen, asetilen və digər tezalışan qazlarla, YSM və yağlarla dolu balonların bir otaqda və binada saxlanılması və nəql olunması qadağandır. Müstəsna hallarda avtomobil banında oksigen balonlarının və tezalışan qaz (asetilen, propan) balonlarının bir yerdə nəql olunmasına aşağıdakı şərtlər daxilində yol verilir:

-eyni vaxtda 10 balondan çox olmayaraq qaz balonları nəql olunmalı;

-balonlar və maşının banı maye və yağ izlərindən yaxşı təmizlənməli;

-balonun gövdəsində ammartizasiya edən rezin halqalar olmalı;

-balonlar taxta altlıq üstündə bir cərgədə yerləşdirilməli;

-avtomobilin banında daşınan oksigen və tezalışan qaz balonları bir birindən ayrı və maksimum uzaq məsafədə yerləşdirilməlidir.

Korroziya metalların səthinin əhatə olunan mühitin təsiri ilə aşınması prosesidir. 2 cür korroziya mövcuddur:

Kimyəvi korroziya - torpaqla əlaqəsi olmayan metalların səthində əhatə mühitin (hava, su və s.) təsiri altında yaranır.

Elektrokimyəvi korroziya - yeraltı kəmərlərin səthində torpaq, su və s. birləşməsi nəticəsində əmələ gələn elektrolitin təsiri altında yaranır. Elektrokorroziya yeraltı kəmərlərin səthinə düşən azmış cərəyanın təsiri altında dağılmasıdır.?

Izoləedici fləns – avadanlıqların şimşəyin ikinci təzahüründən və statik elektrik cərəyanının təsirindən qorunmaq üçün quraşdırılır. İzoləedici flənsin əsas mahiyyəti yeraltı qaz kəmərinə kənar cərəyan düşməsinin, eləcədə verilən potensial itkisinin qarşısını almaqdır.

Seperator istehlakçılara verilən qazın təmizlənməsi üçün nəzərdə tutulub. Seperatorlara dörd ildə bir dəfə daxili baxış keçirilməlidir və səkkiz ildə bir dəfə hidravlik sınanmalıdır.

Odorant qurğusu nədir, neçə nəfər işləməli və onunla iş zamanı hansı təhlükəsizlik tədbirlərinə riayət edilməlidir Odorant qurğuları QPS-da quraşdırılır. Ən çox istismarda olan odorizasiya qurğuları damcı üsulu ilə işləyənlərdir. Odorizasiya qurğuları hamısı - Pişçi=16 kq/sm2 təzyiqinə hesablanmalıdır və təzyiq istehlakçılara verilən qazın təzyiqindən az olmamalıdır. Odorant olan tutumlara və odorant qurğularına təzyiq altinda işləyən qablara aid olan bütün qaydalar şamil olunur. Odorantın istismarı zamanı aşağıdakılara riayət edilməlidir:

odorant qurğusunun və avadanlıqlarının kipliyini yoxlamaq üçn hər gün diqqətlə baxış keçirilməlidir, ayda bir dəfədən az olmayaraq sistem üfürülməlidir;

odorantla əlaqədar işlər gördükdə, odorant qurğusunda təmir və s. xidmət işləri apardıqda sanitariya-gigiyena, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına ciddi əməl edilməlidir;

normal iş şəraiti yaratmaqdan ötrü odorant buxarını odorizasiya aparilan otağa buraxılmasına yol vermək olmaz, binada məcburi ventilyasiya qurğusu işləməli və otağın havası hər bir saatda 10 dəqiqə dəyişdirilməlidir;

odorizasiya aparılan otaq başqa otaqlardan izolə edilməlidir və ayrıca giriş yolu olmalıdır;

odorant olan tutumları bağlı otaqda açmaq, bir qabdan başqa qaba tökmək və ya odorant olan tutuma əlavə etmək qadağandır;

odorant qurğusunda qaynaq işləri, yalnız rəhbərliyin yazılı icazəsi ilə aparıla bilər;

odorant olan çəlləklər xüsusi yanğına dözümlü və yanğından mühafizə vasitələri ilə təmin edilmiş anbarlarda saxlanılmalıdır, həmin anbarın döşəməsi maye keçirməyən materialdan olmalıdır;

çəlləkləri açarkən qığılcım verməyən xüsusi açarlardan (olmadıqda yağlanmış və ya torpaqlanmış) istifadə edilməlidir, qığılcım yarada bilən alətlərdən istifadə edilməsi qəti qadağandır;

yerə və ya döşəməyə dağılmış odorant xlorlu əhəng və ya kalium marqanes ilə neytrallaşdırılmalıdır.

İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına və İZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürən və ya onun səlahiyyətli şəxsi cavabdehdir.




Yüklə 52,23 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə