Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   ...   8   9   10   11   12   13   14   15   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

28. Qazıma zamanı baş verən qəzalar. 
Quyuların qazılması zamanı texniki və texnoloji proseslərin pozulması nəticəsində bir çox qəzalar baş verir 
ki, onların da ləğv edilməsinə külli miqdarda maddi və texniki vəsait, vaxt, enerji, əmək sərf olunur. Odur ki, 


qazımada baş verə biləсək qəzaların əvvəlcədən aşkar edilməsi, onların qarşısının alınması və eləcə də bu və 
digər səbəblərdən baş vermiş qəzaların tez bir zamanda ləğv edilməsi üçün tədbirlərin işlənib hazırlanması 
xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə qazımada baş verən qəzaların növlərini bilmək lazımdır. 
Qazımada baş verən qəzalar aşağıdakı növlərə bölünür. 
-
qazima kəməri ilə; 
-
quyudibi mühərriklərlə; 
-
qazima baltalari ilə; 
-
qoruyucu kəmərlərlə; 
-
kənar cisimlərin quyuya düşməsilə
-
digər səbəblərlə əlaqədar baş verən qəzalar. 
 
29. Qazıma kəmərilə əlaqədar baş verən qəzalar
Bu tip qəzalar qazıma kəməri elementlərinin və ya onun köməkçi hissələrinin boru gövdəsindən, qıfıl 
hissələrinin yivindən və ya qaynaq birləşməsindən sınaraq quyuya düşməsi və yaxud qazıma kəmərinin 
müxtəlif səbəblərindən tutulmasıdır. 
Metalın yorulmasını sürətləndirən amillər aşağıdakılardır: 
1)boru materialında zədələrin olması; 
2)səkkiz saplı yivlərin kiçik radiuslu olması; 
3)mürəkkəb geoloji və texnoloji qazıma şəraiti, layihə üzrə nəzərdə tutulan qazıma rejiminin pozulması; 
4)korroziyaya uğraması və s. 
Qazıma kəmərinin hər hansı bir hissədən sınması, yaxud açılıb quyuya düşməsi əlamətləri hiss edildikdə 
dərhal qazıma dayandırılır və qazıma kəməri mümkün qədər tez quyudan qaldırılaraq qəzanın növü müəyyən 
edilir.
30. Qazıma kəmərilə əlaqədar baş verən qəzaların ləğv edilmə üsulları 
Quyuda sınıb, yaxud açılıb qalmış hissəni tutub çıxarmaq və yaxud quyuya düşmüş metal cisimləri 
doğrayıb çıxarmaq üçün aşağıdakı alətlər tətbiq edilir: 
1)daxili borututan (metçik), kalibr; 
2)xarici borututan (kolokol); 
3)mərkəzləşdirici qarmaq; 
4)yuma imkanlı tutucu (şlips); 
5)overşot; 
6)müxtəlif növ frezerlər
7)boru kəsənlər və s. 
Qazıma boruları qalınlaşdırılmış hissədən və ya muftadan sındıqda daxili borututanlardan istifadə edilir. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə