Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx


Quyu divarının dayanıqlığının pozulması



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   ...   8   9   10   11   12   13   14   15   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

23. Quyu divarının dayanıqlığının pozulması 
Quyu divarının dayanıqlılığı qazıma texnologiyası və üsulundan, həmçinin geoloji şəraitlə əlaqədar bir çox 
amillərdən asılıdır. Quyu qazılan zaman quyu divarına yaxın ətraf zonada yerləşən süxurlarda gərginlik 
dəyişməsi baş verir. Bu hadisə, əsasən, aşağıdakı qüvvələrin təsirindən yaranır: 
a) qazıma zamanı süxurlarda yan təzyiq yaradan geostatik qüvvə (yuxarıdakı layların ağırlığı); 
b) quyuda divara təsir edən hidrostatik təzyiq (qazıma məhlulunun təzyiqi); 
c) dağ süxurlarının və qazıma məhlulunun temperaturları fərqindən yaranan termik gərginlik; 
d) qazıma alətinin qaldırılması və endirilməsi zamanı qazıma məhlununun hidravliki müqavimətindən 
yaranan hidrodinamik təzyiq. 


Son zamanlar aparılmış tədqiqatlar və eləcə də qazıma təcrübəsi nəticəsində əldə edilmiş məlumatlar 
əsasında quyu divarları bütövlüyünün pozulmasının aşağıdakı növlərini qeyd etmək olar: uçulmalar 
(tökülmələr); şişmə və daralma; sürüşmə və novların əmələ gəlməsi. 
24. Quyuların təbii əyilmə səbəbləri 
Bir çox hallarda quyu lüləsinin təbii əyilməsi nəticəsində quyu gövdəsində çıxıntılar və sərt əyintilər 
(dirsəklər) əmələ gəlir ki, bunlar da quyunun sonrakı qazılması, möhkəmləndirilməsi və istismarını 
çətinləşdirir. Bu səbəbdən bəzi hallarda quyunun qazılması zamanı ciddi mürəkkəbləşmələr və qəzalar baş 
verdiyindən və quyu lüləsinin uzanması nəticəsində qazılmaya nəzərdə tutulan xərclər artdığından layihə dərin-
liyinə çatmamış quyuların qazılmasını dayandırmaq məcburiyyəti yaranır. 
Ona görə də, qazıma işlərinə başlamazdan əvvəl quyu lüləsinin təbii əyilməsinin qarşısını almaq üçün onun 
əyilmə səbəbləri aşkarlanmalı və onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmalıdır. 
Quyuların qazılması zamanı lülənin layihə istiqamətindən kənara çıxması iki halda: ya qazılmaya başlayan 
zaman quyu oxunun düzgün istiqamətləndirilməməsi (başlanğıc əyilmə), ya da qazıma prosesinin düzgün 
aparılmaması nəticəsində baş verir.
Quyu lüləsinin təbii əyilməsi bir çox səbəblərdən baş verə bilər, onlardan geoloji, texniki və texnoloji 
amilləri göstərmək olar. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə