Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx


Qazıma kəmərinin vəzifəsi və elementləri



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

 
12. Qazıma kəmərinin vəzifəsi və elementləri 
Aparıcı və ya işlək boru, qazıma boruları, qazıma qıfılları, keçiricilər və ağırlaşdırılmış qazıma 
borularından ibarət, diametri uzunluğuna nisbətən çox kiçik, içərisi boş silindrik val 
qazıma kəməri
adlanır. 
Qazıma kəməri quyu dibində yerləşən qazıma baltası ilə xüsusi meydança üzərində yerləşdirilmiş qazıma 
avadanlığı arasında əlaqə vasitəsidir. 
Qazıma kəmərinin əsas vəzifələri aşağıdakılardır: 
1)qazıma baltasını quyuya endirib qaldırır; 
2)rotor üsulu və yuxarı intiqal sistemi ilə qazımada fırlanma hərəkətini quyu dibindəki baltaya ötürür
3)qazıma məhlulunun dövranını təmin edir; 
4)istənilən qazıma üsulunda baltaya oxboyu yük yaradır; 
5)quyuda qəza baş verdikdə quyu içərisində sınıb qalmış və ya açılmış qazıma alətinin quyuda qalan 
hissəsini çıxarmağa kömək edir
6)quyuda əlavə işlər görülməsinə (quyunun yuyulması, sementlənməsi quyruq kəmərinin buraxılması və s.) 
kömək edir; 
7)elektrik üsulu ilə qazımada elektrik enerjisini qazima kəməri içərisində yerləşdirilmiş kabel vasitəsilə 
quyudibi mühərrik olan elektrik qazıyıcısına ötürür. 
Qazıma kəməri aşağıdakı hissələrdən ibarətdir: 
1)aparıcı boru (işlək boru); 
2)qazıma boruları və onların birləşmələri, qazıma qıfılları; 
3)yüngülləşdirilmiş qazıma boruları (YQB); 
4)qazıma kəmərinin aşağı hissəsində yerləşən ağırlaşdırılmış qazıma boruları (AQB); 
5)qazıma kəmərinin köməkçi hissələri (mərkəzləşdiricilər, sabitləşdiricilər, qəlibləyicilər, keçiricilər, əks 
klapanlar, qoruyucu rezin halqalar). 
13. Aparıcı və ya işlək boruların vəzifələri 
Aparıcı boru

Quyu ağzında qazıma kəmərinin yuxarı ucuna bağlanmış, yüksək keyfiyyətli xüsusi 
poladdan hazırlanmış qalın divarlı, silindrik dövran kanalına malik olan en kəsiyi kvadrat (ən geniş istifadə 
olunan aparıcı borular en kəsiyi kvadrat şəklində olanlardır), altıtilli və səkkiztilli şəklində olaraq bütün qazıma 
üsullarında aşağıdakı işləri görür: 
1)rotor üsulu və yuxarı intiqal sistemi ilə qazıma prosesində və lazım olan bütün hallarda fırlanma 
hərəkətini qazıma alətinə ötürür; 
2)quyudibi qazıyıcılar ilə qazıma zamanı qazıyıcıların reaktiv momentlərinə qarşı qazıma alətini tərpənməz 
vəziyyətdə saxlayır (bunun üçün rotorun dayandırıcı dəstəyini döndərmək lazımdır ki, rotor fırlanmasın); 
3)quyu dərinləşdikcə qazıma kəmərinə boru əlavə edildikdən sonra qazıma prosesini davam etdirməyi 
təmin edir. 


Qazıma zamanı hər dəfə aparıcı borunun uzunluğu qədər qazıma gedişindən sonra aləti açmaq və ona 
növbəti qazıma borusunu əlavə etmək lazımdır.
Bu zaman aparıcı borunun uzunluğu əlavə edilən borunun uzunluğundan artıq olmalıdır. Rotor qazıması 
üçün aparıcı borular əsasən aşağıdakı ölçülərdə buraxılır: tərəfləri-65x65, 80x80, 112x112, 140x140 və 
155x155 mm, uzunluğu isə 8-16 m.. 
Yuxarı intiqal sistemi ilə qazımada aparıcı boruların uzunluqları əvvəllər 1.5-2 m ,və yaxud da olmur. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə