Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   2   3   4   5   6   7   8   9   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

8. Pərli və tiyəli baltalar 
Pərli baltalar fırlanma üsulu ilə qazımada tətbiq edilən ən sadə quruluşlu baltalardır. Bu baltalardan əsasən 
yumşaq və orta bərklikli süxurları, sement tıxaclarını, qoruyucu kəmərlərin aşağı ucunda metal hissələri
qazımaq və quyu lüləsinin genişləndirilməsi üçün istifadə edilir. Belə tip baltalar, əsasən, ikipərli, üçpərli və 
çoxpərli buraxılır.
İkipərli baltaların (2P) diametri 76,0

165,1mm-ə qədər olur və adi yuma dəliklərinə malikdirlər . Bu 
baltalar gövdədən və iki ədəd tiyədən ibarət olaraq, ştamplanmış bütöv şəkildə hazırlanır. 
Üçpərli adi baltalar (3P) və hidromonitor (3PH) yuma dəlikləri olan şəkildə istehsal edilir. Bu baltalar 
118

445mm diametrlərdə hazırlanır. Adi yuma dəliyi olan baltalarda maye seli bilavasitə tiyə üzərinə axdığı 
halda, hidromonitor baltalarda maye seli 60-100 m/san sürətlə quyu dibində doğranacaq süxur parçalarına 1,5
0
bucaq altında istiqamətləndirilir. Hidromonitor effekt əldə etmək məqsədilə bu baltaların yuma dəliyinə kiçik 
diametrli saxsı borucuqlar geydirilir. Bu borucuqlar abrazivliyə davamlı möhkəm materialdan hazırlanır.
Pərli baltalar qazıma məhlulunun hidravlik gücü hesabına işləyən mühərriklər və elektrik mühərrikləri ilə 
qazımada istifadə olunmur. Çünki bunlarla qazımada böyük fırladıcı moment tələb olunur. 
Çoxtiyəli sürtücü-kəsici tipli baltalar (SK) bərkliyi tez-tez dəyişən təbəqələrdən ibarət laylarda tətbiq edilir. 
Bu baltalar diametrləri 76

269 mm-ə qədər olan adi yuma dəliyi ilə (SK) və hidromonitor yuma dəliyi ilə 
(SKH) hazırlanır. Bu tip baltalar, əsasən, gövdədən və ona qaynaq edilmiş 6 ədəd tiyədən ibarətdir. Bunlardan 
üçü normal hündürlükdə, üçü isə qısaldılmış ölçüdə olur. Qısa pərlərin hər biri iki normal pər arasında 
yerləşdirilir (şəkil 4.3). 
9. Şaroşkalı baltalar 
Neft və qaz quyularının qazılmasında şaroşkalı baltalardan geniş istifadə olunur. Şaroşkalı baltaların yastıq 
üzərində oturdulmuş konus, kürə və yaxud silindr şəkilli şaroşkaları olur. 
Şaroşka–konus, kürə, ya da silindr formada və üzərində həndəsi profillə yonulmuş dişləri olan balta 
elementlərindən biridir. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə