Təbii neft-qaz kollektorları


Keçiriciliyin ölçü vahidi



Yüklə 1,58 Mb.
səhifə6/10
tarix04.05.2023
ölçüsü1,58 Mb.
#108233
1   2   3   4   5   6   7   8   9   10
Konspekt-Lay fizikası-2019 (1)

Keçiriciliyin ölçü vahidi
Ölçü vahidi: =m; [ ]=m2; [ ]=m3/san; [ ]=Pa; [ ]=Pasan
Beləliklə:
;
F=1 sm2; t=1 san; Q=1 sm3; ∆P=1 kq/sm2; μ= 1 spz; K=1 Darsi;
1 Darsi= 10-8 sm2=10-12 m2

Fiziki mənası: K sahədir, süzülmə kanallarının kəsik sahəsidir.


Real süzülmədə:
mayelər üçün:
qazlar üçün:

Keçiriciliyin ölçü vahidinin sahə vahidi olması göstərir ki, bu kəmiyyət süxurun maye və qaz buraxan kanallarının sahəsini xarakterizə edir.


Süxurların keçiriciliyini öyrənmək üçün daha əlverişli ölçü vahidi kimi Darsidən istifadə edilir. Belə ki, 1 Darsi 10-12 m2-ə bərabərdir. En kəsiyi sahəsi 1 sm2 , uzunluğu 1 sm olan süxur parçasından 1 kq/sm2 təzyiqlər fərqi altında 1 san müddətində 1 sp özlülüklü 1 sm3 maye keçə bilən süxurun keçiriciliyinə bir Darsi deyilir: 1 mD=10-3 darsi (1 Darsi=10-12 m2=1 mkm2). 
Neft və qaz yataqlarında süxurların keçiriciliyi bir neçə Darsidən 2-3 darsiyədək ola bilər.


Süxurların keçiriciliyinə təsir edən amillər

Aparılan tədqiqatlar göstərmişdir ki, süxurların keçiriciliyinə süzülən mayenin kimyəvi tərkibi təsir edir. Təmizlənmiş qeyri – polyar kerosinə səthi aktiv maddə əlavə etməklə süxurların keçiriciliyi təyin edilir. Səthi aktiv maddə kimi neft götürülmüşdür (şəkil 5). Bu asılılıqdan görünür ki, süxurda süzülən qeyri – polyar kerosinin tərkibində neftin miqdarı artdıqca onun qatılığından asılı olaraq keçiriciliyi azalır. Bu onunla izah olunur ki, mayenin səthində olan aktiv molekullar süxur hissəcikləri üzərində adsorbsiya qatı yaradır.


Qeyri – polyar və polyar mayelər üçün süxurların keçiriciliyi müxtəlif temperaturlarda öyrənilmişdir. Təcrübələr göstərmişdir ki 20°C temperaturda kerosinə polyar maye əlavə edildikdə, süxurun keçiriciliyi nəzərə çarpacaq dərəcədə dəyişdirilir (azalır). Lakin temperatur (130°C) artdıqca süxurun keçiriciliyi də artır. Bu hadisə adsorbsiya olmuş polimolekulyar qatın azalması ilə izah edilir (şəkil 6). Təcrübələr göstərir ki, yüksək temperaturda süxurun hissəcikləri üzərində adsorbsiya prosesi fəal sürətdə getmir.
Süxurların keçiriciliyinin təyini aşağı temperaturlarda aparıldıqda bəzən süzülmənin sönməsinə (keçiriciliyin azalmasına) səbəb olur ki, bu da məsamələrin, neftin tərkibində olan parafin, qatran, asfaltenlərlə mexaniki olaraq dolması ilə izah olunur.
Beləliklə, yüksək təzyiq və temperaturda təcrübələr zamanı sönmə alınmır.
Süxurların məsaməlik və keçiriciliyi təzyiqdən asılıdır. Məsaməli mühitin quruluşunda(strukturunda) qalıq deformasiya olduğu üçün keçiriciliyin təzyiqdən asılılıq əyrisi K=t(P) çox hallarda qayıtmayan olur (şəkil 7). Bu asılılıqlardan görünür ki, təzyiq 600 atm -ə qədər qaldırıldıqda, süxurun keçiriciliyi azalır, lakin təzyiqi aşağı saldıqda keçiricilik öz əvvəlki qiymətini almayır, bu təcrübə 3-cü dəfə təkrar olduqda yenə də qalıq deformasiya alındığı nəzərə çarpır. Bu hal dolomit süxurlarda daha yaxşı görünür.
Bir sıra tədqiqatçılar keçiriciliyin fiziki mahiyyətinə əsasən, hesab edirlər ki, qaza və mayeyə süxurların keçiriciliyi — laboratoriya şəraitində təyin edildikdə eyni qiymət alınmalıdır. Lakin təcrübələr göstərir ki, atmosfer təzyiqində bu keçiricilik təzyiq altında aparılan qeyri-polyar mayelərə görə keçiricilikdən böyükdür.
Laboratoriya şəraitində, qaza görə təyin olunan keçiricilik təzyiq altında alınan keçiricilikdən fərqlənir.
Belə ki, atmosfer təzyiqində təyin edilən keçiricilik daha yüksək qiymətə malikdir. Bu fərq süxurun keçiriciliyi azaldıqca, daha da çoxalır. A.Klinkenberq bu hadisəni qaz və mayenin süzülməsi prosesindəki mexanizmin müxtəlifliyi ilə izah edir. Məlumdur ki, qazın süzülməsi zamanı divarlarda qaz molekullarının surəti sıfıra bərabər deyil, mayenin süzülməsində isə bərabərdir. Məsaməli mühitin keçiriciliyi qaz molekullarının sərbəst yürüş yolundan asılıdır, deməli keçiricilik molekulların sərbəst yürüş yolunun uzunluğuna təsir edən amillərdən asılıdır. Beləliklə, bu uzunluq təzyiqdən asılı olduğu üçün keçiricilik də təzyiqdən asılı olur (Şəkil 8) Absisdə   ( təzyiqdir), ordinatda isə keçiricilik göstərir. Təzyiqlə keçiricilik arasında düzxətli asılılıq alınır. Bu asılılığı P →   qədər ekstropolyasiya etdikdə ordinat oxundan müəyyən hissə kəsir.
Bu hissə qeyri-polyar mayelərin hərəkəti zamanı alınan keçiriciliyə bərabərdir. Aparılan təcrübələrin nəticələri göstərmişdir ki, keçiriciliyi 3 mD olan süxur nümunəsindən 10 atm təzyiq altında azot keçirildikdə alınan keçiricilik 10 % fərqlənir. Məsaməli mühitdə qazın laminar hərəkəti üçün A.Klinkenberq aşağıdakı düsturu vermişdir.
 
Burada
  — P — təzyiqdə qaza görə keçiricilik;
K- P -   olduqda alınan keçiricilik;
 - molekulların sərbəst yürüş yolunun uzunluğundan asılı olan əmsaldır.
Bu düsturdan görünür ki, qaza görə süxurların keçiriciliyi mayeyə görə keçiricilikdən   həddi qədər çoxdur. P —   olduqda, bu hədd çox kiçik qiymət aldığı üçün atılır. Bu zaman qaza görə keçiricilik mayeyə görə keçiriciliyə bərabər olacaqdır.
Bu asılılıqların ekstrapolyasiya edilməsi ordinat oxunda kerosinə görə süxurların keçiriciliyini verir. Bu əyri müxtəlif keçiriciliyə malik olan qumların qaza görə keçiricilik əyrisidir.
Temperatur artdıqca, süxurların qaza görə keçiriciliyi azalır. Bu hal molekulların sərbəst yürüş yolunun azalması ilə izah edilir.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə