Təbii neft-qaz kollektorları


Süxurların məsaməliyinə təsir edən amillər



Yüklə 1,58 Mb.
səhifə4/10
tarix04.05.2023
ölçüsü1,58 Mb.
#108233
1   2   3   4   5   6   7   8   9   10
Konspekt-Lay fizikası-2019 (1)

Süxurların məsaməliyinə təsir edən amillər

Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, eyni bir süxurun məsaməliyi geniş intervalda dəyişir (məsələn, qumlarda 6- 52% intervalında). Bunun səbəbi də ondadır ki, məsaməliyin qiymətinin bir sıra amillərdən asılı olmasıdır. Baxaq görək məsaməliyə hansı amillər təsir göstərir və nə cür?


1. Litoloji tərkibin məsaməliyə təsiri.
Süxurun teksturası - süxurun lay yatımı, yerləşmə və yatım şəraiti, süxurda olan hissəciklərin və sementləyici maddənin qarşılıqlı vəziyyəti və onların kütlə nisbəti.
Süxurun litoloji tərkibi dedikdə, onun hansı minerallardan təşkil olunduğu və süxurda hər bir mineralın miqdarı nəzərdə tutulur. Odur ki, neft layını təşkil edən süxurun litoloji tərkibinin öyrənilməsinin, yatağın səmərəli işlənməsi üçün çox böyük praktiki əhəmiyyəti vardır.
Bilirik ki, ən böyük məsaməliyə malik olan süxurlardan (çökmə) qumlardır. Qumdaşıları və əhəngdaşıların məsaməliyi isə təxminən eyni intervalda dəyişir. Gilli şistlərin isə məsaməliyi 1,4%-dən çox olmur. Bütün çökmə süxurlar neft-qaz kollektoru ola bilməz. Süxurun kollektorluq qabiliyyətinə malik olması üçün: 1) süxur dənəcikləri arasında boşluqlar, süxurda çatlar və kahalar olmalıdır; 2) həmin boşluqların ölçüsü elə olmalıdır ki, onları dolduran maye və qazlar layda müəyyən təzyiq düşküsündə (fərqində) hərəkət edə bilsin. Süxurun birinci xüsusiyyəti məsaməlilik, ikinci xüsusiyyəti keçiriciliklə xarakterizə olunur.
Gilli şistlərin məsaməliyi 0,54 -1,4%
Qumlar 6 -50%
Gillər 6 – 50%
Qumdaşıları 3,5 -20%
Əhəngdaşıları və dolomitlər 0,65 -33%
Sənaye əhəmiyyətli olan neft kollektorlarının məsaməliyi %-ilə aşağıdakı kimidir:
Qumlarda 20-25%, qumdaşılarında 10-30%, əhəngdaşılarında 10-25%.
Qumlu süxurlarda əhəng, gil və sayrı sementləyici maddələrin olması, süxurun məsaməliyinin azalmasına səbəb olur. Sementləyici maddənin tozvarı hissəcikləri bir tərəfdən süxuru təşkil edən dənəciklər arasındakı boşluqlara dolaraq süxurun tam məsaməliyinin və bir tərəfdən isə ayrı-ayrı boşluqları bir-birindən ayıraraq süxurun effektiv məsaməliyinin azalmasına gətirib çıxarır.
2. Dənəciklərin ölçü və qarşılıqlı yerləşməsinin məsaməliyə təsiri.
Neft layının süxurları forma və ölçüləri müxtəlif dənəciklərdən təşkil olunduğu üçün, həmin dənəciklər arasındakı boşluqlar və onların əmələ gətirdiyi kanallarda müxtəlif forma və ölçüdə olurlar. Bu kanallar süxurun daxilində xaotik (qarışıq) şəkildə yayılır. Ona görə də, təbii şəraitdə neft layı süxurlarının məsaməliyi çox mürəkkəb qanunauyğunluqla dəyişir.
Müəyyən edilib ki, süxur dənəciklərinin ölçüsü azaldıqca (yəni kiçik olduqca) məsaməlik artır. Digər tərəfdən süxur dənəciklərinin çıxıntıları ayrı-ayrı boşluqlara girərək, süxurun məsaməliyini azalda bilər.
3. Süxurların qranulometrik tərkibinin məsaməliyə təsiri. Biz qeyd etdik ki, az-çox eyni ölçülü dənəcikdən təşkil olunmuş qumlu süxurlar ən çox məsaməliyə malikdirlər. Amma süxurda müxtəlif fraksiyalar çox olduqda onun məsaməliyi az olur, yəni kiçik ölçülü dənəciklər süxurun iri dənəciklərin arasındakı boşluqları tutaraq, süxurun məsaməliyini azaldır. Ümumiyyətlə, süxur dənəciklərinin müxtəliflik əmsalı artdıqca, onun məsaməliyi azalır.
4. Təzyiqin məsaməliyə təsiri. Süxurun yatma dərinliyi artdıqca, bu süxur dənəciklərinə təsir edən dağ təzyiqi də, yəni yuxarıda yerləşən süxurun ağırlıq qüvvəsinin təzyiqi artır. Təzyiqin artması isə süxur dənəciklərinin daha da kip yerləşməsinə səbəb olur, və məsaməlik nəticədə azalır. Bəzi tədqiqatların nəticələrinə görə 6500 m, digərlərinə görə isə 10000-12000 m dərinlikdə yatan süxurlarda məsaməlik olmur. Amma biz bilirik ki, indi bəzi quyuların dərinliyi 12260 m –Kola yarımadasında, Azərbaycanda Saatlıda ən dərin quyu qazılıb 8324 m dərinliyində, amma nəzərdə tutulmuşdur 11 km kimi qazıma işləri aparmaq, sonralar qazıma prosesində yüksək P və T olması avadanlığın sıradan çıxmasına səbəb olub, əlavə xərc tələb edilib və quyu 8324 m səviyyəsində dayandırılıb.
Bu gün Abşeron yatağında (qaz-kondensat) quyu qazılıb (Xəzər dənizi sektorunda) dərinliyi 7411 m. Bu yataq SOCAR və TOTAL şirkətləri tərəfindən işlənilir və 2021-ci ildə istismara buraxılacaq.
5. Bəzi fiziki-kimyəvi proseslərin məsaməliyə təsiri. İkinci dəfə əmələ gələn süxurların məsaməliyinə bir sıra fiziki-kimyəvi proseslər əhəmiyyətli dərəcədə təsir göstərir. İkinci dəfə əmələ gəlmiş məsaməliyin, xüsusən əhəngdaşıları üçün böyük əhəmiyyəti vardır.
Süxurda, xüsusən əhəngdaşılarında müəyyən şəraitdə su hərəkət etdikdə o, əhəngdaşını (CaCO3) və bəzi başqa karbonatlı özündə həll edir. Beləliklə, süxurda bərk maddələrin həll olunması nəticəsində yeni boşluqlar yaranır.
Bəzi fiziki-kimyəvi prosesləri nəticəsində süxurda çatlar əmələ gəlir və bir tərəfdən onun məsaməliyi artır, digər tərəfdən isə ayrı-ayrı kanallar bir-biri ilə əlaqələnir. Süxur soyuduqda onun həcminin keçilməsi nəticəsində onda müxtəlif istiqamətlərdə çatlar əmələ gəlir. Çatın əmələ gəlməsində dolomitləşmə prosesini xüsusi olaraq qeyd etmək lazımdır. Əhəng, süxurlarda kalsium ilə maqneziumun qarışması nəticəsində əhəngdaşı (CaCO3) dolomitə (CaCO3•MgCO3) çevrilir. Bu proses dolomitləşmə adlanır. Dolomitləşmə nəticəsində süxurun ilk məsaməliyi 12% qədər arta bilər.

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə