Təbii neft-qaz kollektorları


Keçiriciliyin məsaməlik əmsalından



Yüklə 1,58 Mb.
səhifə7/10
tarix04.05.2023
ölçüsü1,58 Mb.
#108233
1   2   3   4   5   6   7   8   9   10
Konspekt-Lay fizikası-2019 (1)

Keçiriciliyin məsaməlik əmsalından
və məsamələrin ölçüsündən asılılığı

Dağ süxurlarının keçiriciliyi ilə məsaməliliyi arasında bilavasitə asılılıq yoxdur. Məsələn, çatlı karbonatlı süxurlarda məsaməliliyin az olmasına baxmayaraq, adətən, keçiricilik böyük olur. Gillər isə əksinə böyük məsaməliyə malik olmaqla qaz və mayeyə görə, demək olar ki, keçirici deyildir. Lakin orta statistik məlumatlara görə, böyük keçiricilikli süxurlar, adətən, böyük məsaməliliyə də malik olur.


Süxurun keçiriciliyi əsas etibarilə məsaməli mühiti təşkil edən kanalların ölçülərindən asılıdır. İdeal süxur modeli üçün Darsi və Puazeyl ifadələrini tətbiq etməklə keçiriciliklə məsaməliliyin ölçüləri arasında olan əlaqə ifadəsini almaq olar. Puazeyl qanununa görə belə məsaməli mühitdən keçən maye sərfi aşağıdakı ifadə ilə təyin olunur:
(1.14)
burada n-süzülmənin vahid sahəsinə düşən kapillyarların sayı;
R-kapillyarların radiusu, yaxud məsaməli mühitin orta radiusudur. Məlumdur ki, məsaməlilik əmsalı
(1.15)
(1.15) ifadəsindən m- nin qiymətini (1.14) tənliyində nəzərə alsaq, onda
(1.16)
alınar.
Digər tərəfdən məlumdur ki, məsaməli mühitdə süzülən mayenin sərfı

(1.16) və (1.17) tənliklərin bərabərliyindən, , yaxud .
(1.18)
alarıq.
(1.15) taplan R-in qiyməti məsaməlilik əmsalı m, keçiriciliyi k olan ideal məsaməli mühitin radiusunu ifadə edir. Həqiqi məsaməli mühit üçün isə R şərti məna kəsb edir.
Həqiqi məsaməli mühitin məsamələrinin orta radiusu üçün bəzi ifadələr verilmişdir. Məsələn, F.İ.Kotyaxova görə aşağıdakı empirik ifadənin tətbiqi məqsədəuyğun sayılır:
(1.19)
burada məsaməli mühitin daxili quruluşunu xarakterizə edən əmsaldır, əmsalının qiymətini süxurun elektrik müqavimətini ölçməklə tapmaq olar. Məsələn, məsaməli keramik mühit üçün məsaməliliyin 0,39-dan 0,28-ədək dəyişməsində təcrübə nəticəsində tapılan -nin qiyməti -ya kimi dəyişir. Dənəciklərdən təşkil olunmuş süxurlar üçün əmsalı aşağıdakı empirik ifadədən tapıla bilər:
(1.20)



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə