Təbii neft-qaz kollektorları


Məsaməli mühitin xüsusi səthi və onun təyin edilməsi



Yüklə 1,58 Mb.
səhifə5/10
tarix04.05.2023
ölçüsü1,58 Mb.
#108233
1   2   3   4   5   6   7   8   9   10
Konspekt-Lay fizikası-2019 (1)

Məsaməli mühitin xüsusi səthi və onun təyin edilməsi

Süxur nümunəsinin vahid həcmindəki dənəciklərinin ümumi səthinə, süxurun xüsusi səthi (Fs) deyilir. Süxur dənəciklərinin diametrləri nə qədər kiçik olarsa. süxurun xüsusi səthi də böyük alınar.


Neft layı süxurlarını təşkil edən ayrı-ayrı dənəciklərinin ölçülərinin kiçik olması və onların böyük təzyiq altında çox kip yerləşmələri nəticəsində həmin süxurların xüsusi və deməli, boşluqların səthi çox böyük ölçüyə malik olduğundan oradan neftin sıxışdırılması məsələsinin xeyli çətinləşdirir.
Belə ki, məsaməlik əmsalı 0,25, dənəciklərin radiusu 0,1mm olan 1m3 fiktiv süxurun xüsusi səthi (xüsusi səthi) 22500 m2 bərabərdir, yəni 2 ha böyükdür.
Süxurun dənəcikləri xırdalandıqca onun ümumi səthi artır.
Beləliklə, xüsusi səth, dağ süxurlarının əsas xassələrindən biridir.
Qeyd etmək lazımdır ki, xüsusi səth anlayışının asan dərk olunmasına baxmayaraq onun qiymətinin düzgün təyin edilməsi çətin məsələdir. Bu onunla əlaqədardır ki, məsaməli mühitin məsamələrinin ölçüləri on və yüz mikrondan tutmuş molekul ölçüsü ilə müqayisə olunan kanallardan təşkil olunmuşdur.
Əgər hissəciklər eyni ölçülü kürə şəklində olsaydı, onda vahid həcmdəki süxur hissəciklərinin səthi
(1)
olacaqdır. Burada Fs- xüsusi səth, m-məsaməlilik, d-hissəciyin diametridir.
İdeal süxur modeli üçün Darsi və Puazeyl ifadələrinin müqayisəsindən alarıq:
(2)
(2) ifadəsindən məlum olur ki, süxurun xüsusi səthi artdıqca, keçiricilik azalır.


Süxurların keçiriciliyi
Keçiricilik – dağ süxurlarının süzülmə parametri olub, onun quyu dibinə neft, qaz və suyun buraxma qabiliyyətini xarakterizə edir. Müəyyən təzyiqlər fərqində süxurların özündən maye və qazı buraxma qabiliyyətinə süxurun keçiriciliyi deyilir. Bütün süxurlar keçiricilik qabiliyyətinə malikdir. Gil, dolomit çox kiçik keçiriciliyə malikdir.
Neft və qaz yataqlarının işlənməsində məsaməli mühitdə müxtəlif növ süzülmə baş verir. Neft, qaz, hər ikisinin birlikdə, neft, qaz, su hər üçünün birlikdə və s. Bununla əlaqədar maye, qaz və suyun fiziki-kimyəvi xassələrindən asılı olaraq keçiricilik müxtəlif olacaq.
Mütləq, effektiv (faza) və nisbi keçiricilik anlayışlarından istifadə olunur.
Mütləq keçiricilik: Bir fazanın süxurdan, məsaməli mühitdən keçiriciliyi, daha doğrusu süxura nisbətən kimyəvi inert-təsirsiz faza keçiriciliyi nəzərdə tutulur. Əsasən qazla təyin olunur. Su və neft süxurdakı gil ilə əlaqədə şişib məsamələri qapıya bilir.
Fəza keçiriciliyi: Məsaməli süxurda çox fazalı fluid olduqda süzülmə zamanı süxur xassəsindən başqa məsaməli mühitin hansı faza ilə doymasından asılı olaraq və onun fiziki-kimyəvi xassəsindən asılı olaraq hər faza üzrə keçiricilik faza keçiriciliyi adlanır.
Nisbi keçiricilik: Faza keçiriciliyin mütləq keçiriciliyə nisbətidir.
Dağ süxurlarının keçiriciliyini qiymətləndirmək üçün xətti süzülmənin Darsi qanunundan istifadə edilir.
Mayenin məsaməli mühitdə süzülmə sürəti təzyiq qradienti ilə düz, dinamik özlülüklə tərs münasibətdədir:

- xətti süzülmə sürəti; -mayenin həcm sərfi; -süzülmə sahəsi; -mayenin dinamik özlülüyü; -təzyiq düşküsü; -məsaməli mühitin uzunluğu.
Süxurun maye və qazı buraxma qabiliyyəti keçiricilik əmsalı K ilə xarakterizə olunur:
Maye üzrə: Qaz üzrə:
-qazın həcm sərfi, orta təzyiq və temperatura uyğun
Orta təzyiq: ; və - giriş və çıxışdakı təzyiq.
Qazın genişlənməsini nəzərə alaraq: (Boyl-Mariot)

burada Qo-qazın Po atmosfer təzyiqində qiyməti
Onda qaz üçün Darsi qanunu:


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə