Təbii neft-qaz kollektorları



Yüklə 1,58 Mb.
səhifə10/10
tarix04.05.2023
ölçüsü1,58 Mb.
#108233
1   2   3   4   5   6   7   8   9   10
Konspekt-Lay fizikası-2019 (1)

Süxurların keçiriciliyi
Süxurların keçiriciliyi onun süzülmə parametridir. Müəyyən təzyiqlər fərqində süxurun özündən quyu dibinə neft, qaz və lay suyunun buraxma qabiliyyətinə keçiricilik deyilir.
Həyatda mütləq keçiriciliyi olmayan əşya yoxdur. Lakin elə süxurlar var ki, nisbətən kiçik təzyiqlərdə, məsamə kanallarının diametri az olduqda, təcrübi olaraq maye və qaz süzülmür və ya çox az süzülür. Məs., gilli süxurlarda, şistlərdə və s. təcrübi olaraq süzülmə olmur. Deməli bu süxurlarda keçiricilik təcrübi olaraq yoxdur.
Dağ süxurlarının əksəriyyətində (çökmə mənşəli) subkapillyar kanallarla birlikdə böyük diametrli məsamə kanallarına malikdir. Təcrübə göstərir ki, məsamələrində neft olan süxurlarda məsamə kanalının diametri 1 mkm-dən böyük olur.
Real şəraitdə məsaməli mühitdə iki və ya üç komponentli sistem süzülür: neft+su, neft+qaz, su+qaz, neft+su+qaz. Bu halda hər bir komponent üçün təyin olunmuş keçiricilik müxtəlif olur. Odur ki, dağ süxurlarını xarakterizə etmək üçün faza və ya effektiv keçiricilik əmsalı anlayışından istifadə olunur.
Dağ süxurunun fiziki xassəsini müəyyən etmək üçün mütləq keçiricilik əmsalından istifadə olunur.
Mütləq keçiricilik əmsalı məsaməli mühitdə bir cinsli maye və qaz süzülərkən, süzülən maye ilə mühit arasında qarşılıqlı təsir olmadığı şərtində təyin olunan keçiricilik əmsalına deyilir. Real şəraitdə süzülən su, gil ilə təmasda olduqda gil şişir, neftdə parafin olduqda parafin məsamə kanallarını tutur. Odur ki mütləq keçiricilik laboratoriyada qaz və ya hava süzüldükdə təyin olunur.
Faza keçiricilik əmsalı, süxurun məsamələrdə olan maye və qazın fiziki xassələrindən və məsamələrin neft, su və qazla doyma əmsallarından asılıdır , , .
Nisbi keçiricilik əmsalı faza keçiricilik əmsalının mütləq keçiricilik əmsalına olan nisbətinə deyilir.
Keçiriciliyi təyin etmək üçün Darsinin xətti qanunundan istifadə olunur. Bu qanuna görə süzülmə sürəti təzyiqlər fərqi ilə düz, özlülüklə tərs mütənasibdir.

burada - süzülmənin xətti sürətidir, - mayenin həcmi sərfi, - süzülmə sahəsi, - mayenin dinamiki özlülük əmsalı, təzyiqlər fərqi, - məsaməli mühitin uzunluğu.
- mütənasiblik əmsalı və keçiricilik əmsalı adlanır

Keçiricilik əmsalını qaza görə təyin etdikdə

burada - orta təzyiq və orta temperatura gətirilmiş qaz sərfidir.
Orta təzyiq
Qazın genişlənməsi T=const olduğundan
Onda

Ölçü vahidi: =m; [ ]=m2; [ ]=m3/san; [ ]=Pa; [ ]=Pasan


Beləliklə:
;
F=1 sm2; t=1 san; Q=1 sm3; ∆P=1 kq/sm2; μ= 1 spz; K=1 Darsi;
1 Darsi= 10-8 sm2=10-12 m2=1 mkm2

Darsinin şərəfinə olaraq ifadə olunur.
Darsinin xətti qanunu yastı paralel süzülmədə doğrudur. Təcrübədə ən çox milli darsi ölçü vahidindən istifadə olunur
1mD=10-3D
Keçiricilik əmsalının, vahidinin sahə vahidi olması, fiziki olaraq məsamə kanallarının hansı sahəsində süzülmənin baş verdiyini göstərir.
Qeyd olunduğu kimi tənliyi yastı paralel süzülməni xarakterizə edir. Bəzən laboratoriya şəraitində keçiriciliyi təyin edərkən süzülməni quyu şəraitinə yaxınlaşdırmaq üçün süxur nümunəsi silindrik-həlqə şəklində hazırlanır.
Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə