Azərbaycan texniKİ universiteti



Yüklə 9,08 Kb.
səhifə1/3
tarix23.12.2023
ölçüsü9,08 Kb.
#155187
  1   2   3
Telebe Aliyev


AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Fakültə:İnformasiya və Telekommunikasiya Texnologiyaları
Kafedra:Kompüter Texnologiyaları
Fənn:Kompüterlərin Arxitekturası
Mövzu:DSHS-in funksional struktur işlənməsi(İQ-nin funksional sxemi əsasında )
Qrup:652A1
Kurs:2
Müəllim:Əbilov Kamran
Tələbə:Alıyev Hikmət,Abdullayev Musa

Qeyri-xətti sistemlərin bir növü də dəyişən strukturlu sistemlərdir (DSS).Obyektin xətti və ya qeyri-xətti olmasından asılı olmayaraq,burada əsas əlamət idarə təsirinin əks əlaqə (rele U=±1 idarəsindən fərqli olaraq) şəklində formalaşdırılması və sıçrayışla dəyişməsidir.

Əgər obyekt xətti və eyni zamanda idarə təsiri də xətti əks əlaqə qanunları şəklində verilirsə,belə dəyişən strukturlu sistemlər parçada-xətti sistemlərə aiddir.Sistemin fəaliyyəti zamanı idarə qanununun dəyişməsi tənzimləyicidə funksional elementlərin və onlar arasındakı əlaqələrin dəyiməsi hesabına baş verir ki,bu da tənzimləyicinin strukturunun dəyişməsinə səbəb olur.Məhz bu xüsusiyyət burada baxılan sistemlərin mövcud adının meydana çıxmasına səbəb olmuşdur.

Dəyişən strukturlu sistemlərin qurulması prinsipi müxtəlif tipli qanunlarını növbələşdirərək hər bir qanunun müsbət xüsusiyyətindən istifadəyə əsaslanır.Alternativ idarə qanunlarına malik olan belə sistemlərdə ayrı-ayrılıqda heç bir struktura xas olmayan yeni hərəkət növləri almaq mümkün olur.Məsələn,sürüşmə rejimi kimi.

Praktikada adətən iki müxtəlif idarə qanunundan istifadə olunur.Onlar vəziyyətdən asılı olaraq növbə ilə obyektə qoşulur.Belə idarələrdən ən sadəsi kimi yalnız gücləndirmə əmsalının işarəsinə görə fərqlənən P-tənzimləmə qanununu göstərmək olar.

Şəkil də dəyişən strukturlu sistemin ümumiləşdirilmiş sxemi göstərilmişdir.

Şəkildə W1,W2,…,WL – tənzimləyicilərin ötürmə funksiyalarıdır. Dəyişən struktur prinsipinin üstünlüyü nümayiş etdirək.Fərz edək ki,obyektə iki növ idarə təsiri vermək mümkündür.Birinci halda,yəni u=u1 olduqda keçid prosesi cəld,yəni tənzimləmə vaxtı kiçik,lakin rəqsi, u=u2 olduqda keçid prosesi ləng,yəni tənzimləmə vaxtı böyük,lakin monoton alınır.Uyğun keçid prosesləri şəkildə göstərilmişdir, , tт < tт .


Yüklə 9,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə