Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə3/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.

Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcər İstisu qəsəbəsində Ümumittifaqın iki böyük sanatoriyası var idi. Orada hər il 50 min insan müalicə olunur və istirahət edirdi. İstisu mineral suyu ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək olar. Burada kurort və şüşə su obyektləri də var idi. Kəlbəcərin turizm potensialı hətta Qafqasın turizm mərkəzi olan Gürcüstana da mühüm rəqib ola bilərik. Kəlbəcər relyefi dünyanın ən yaxşı və ən maraqlı turizm xidmətlərindən birinin qurulmasına imkan verir. Həmin potensialdan düzgün istifadə etməklə biz Qafqazda ən böyük turizm mərkəzi yarada və Gürcüstana turist axınını dəyişə bilərik.

Dağlıq Qarabağm şəhər və rayonları arasında əlaqə əsasən avtomobil yolları vasitəsilə həyata keçirilirdi. Horadiz-Füzuli-Xocavənd-Ağdam, Ağdərə-Tərtər, Yevlax-Bərdə-Kəlbəcər, Bərdə-Ağdam-Şuşa-Laçın şose yolları yüklərin və sərnişinlərin daşındığı əsas marşrutlar olub. Bu və ya başqa şose yolları rayonların daxili hissələrini Ələt-Culfa və Yevlax-Ağdam-Xankəndi dəmiryolu ilə əlaqələndirir. Xankəndində aeroport var idi. Ərazidən Yevlax-Ağdam-Xankəndi-Laçın-Görüş-Naxçıvan qaz kəməri keçirdi. Təəssüflər olsun ki, xalqımızın zəhməti və dövlətimizin böyük vəsaiti hesabına yaradılmış infrastruktur işğal zamanı sistematik olaraq məhv edilmiş və qarət edilmişdir. Şuşa şəhəri Azərbaycanın ən məşhur mədəniyyət mərkəzlərindən biridir. Bu şəhər təkrarsız gözəlliyə malik olmaqla həm də təbii qala formasındadır. Şuşa yaxınlığındakı Turşsu, Şırlan və digər mineral sulçox sayda turisti özünə cəlb edib. Eyni zamanda Şuşa şəhəri yaxınlığındakı İsa bulağı, Şuşalıların o zamankı Qarabağa gəlmiş turistlərin ən sevimli istirahət yeri olub. Azərbaycan musiqisinin beşiyi Şuşa böyük sənət ustaları Üzeyir Hacıbəyov və Bülbülün vətənidir. O zamanlar Şuşada məscid, diyarşünaslıq muzeyi, musiqi məktəbi, musiqi alətləri fabriki,pedaqoji institut, sanatoriyalar, turizm mərkəzi, böyük şair Vaqifin, Nəvvabın məzar abidələri, Şuşanın qala divarları, xan qızı Natəvanm, Mehmandarovun evi və bir sıra başqa abidələr vardı (Ismailov, 2017).


Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə