Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə5/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.

İşğal sonrası Qarabağda turizmin inkişafı hər şeydən əvvəl bu bölgənin iqtisadiyyatının diçəldilməsi və ölkəmizin digər yerlərində məskunlaşmış yerli insanların öz torpaqlarına qayıdışı üçün üçün mühüm faktorlardan biri olacaq. Turizmin çox ciddi sosial-humanitar məzmunlu funksiyaları bunu etməyə imkan verir. Belə ki, turistlərə təklif olunacaq xidmətlər diğər sahələrə nisbətən öz xərcini daha tez çıxardığından bu, bölgəyə işçi qüvvəsi axınına səbəb olacaqdır. Qarabağda həm ekorturizm, həm mədəni tanışlıq, həm də müalicə turizmi üçün geniş imkanlar olduğundan burada turistlərə təklif olunana zərf xidmətlərin də çeşidi və məzmunu olduqca müxtəlif olacaq.

Turizm növlərinə gəldikdə, Əvvələr, yəni sovet dönəmində Şuşa əsasən yay istirahət zonası olub, buradakı pansionat və fərdi evlərdə çox sayda şəhərli turislər yerləşirdi. Ancaq şübhəsiz, 8 noyabr — Şuşanın işğaldan azad olunması günü tarixi turizm baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Bu tarixi gün ölkəmizdə fəayliyyət göstərən turoperatorlar üçün çox dəyərli və simvolik turzəflər hazırlamağa imkan verəcək. Belə turlara qatılan hər yaş təbəqəsindən və hər cür sosial qrupdan olan insanlar Azərbaycan ordusunun keçdiyi zəfər yolunu bu dəfə turist kimi keçəcəklər. Bu marşrutun cazibə elementləri kimi insanları heyrətə salacaq təkcə təbiət və relyef gözəllikləri deyildir. Bakı-Şuşa istiqamətində ilk səfərə çıxanlar, xüsusən, diplomatlar və xarici media təmsilçiləri üçün belə səfərlər erməni vandalizminin əsl mahiyyətini göstərmək üçün xüsusi bir fürsət olacaq. Qarabağın 30 illik işğal dövrü ərzində hər yerdə dağıdılmış insan məskənlərini, korlanmış ekosistemi, dağıdılmış məzarlıqları və eləcə də daş dövrünü xatırladan primitiv erməni həyat tərzini bütün bəşəriyyətə göstərmək belə tanışlıq turlarının əsas motivi olacaq, foto-video həvəskarları üçün yeni bir gizli dünya açılacaq. Qarabağın azadlığı uğrunda həllediçi döyüşlərin aparıldığı, Azərbaycan Ordusunun yüksək dəqiqliklə düşmənə öldürücü zərbələr endirdiyi nöqtələri görmək isə daha yaddaqalan olacaq. Bu marşrutlar Suqovuşandan Xankəndinə, işğaldan ilk azad olunmuş Cəbrayıldan Kəlbəcərədək çox geniş bir ərazidə çox zəngin informativ bir resursa sahib olacaq.


Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə