Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə6/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.

Xarici jurnalistlər, eləcə də bütün əcnəbi turistlər işğaldan miras qalmış şəhər və kəndləri gördükcə bu onlarda ermənilərin gerçək xarakteri haqda ən real təsəvvür yaradacaq. Onda bütün dünya biləcək ki, faşizm ruhlu bu insanlar istədi vaxt sıx məskunlaşdıqları Los-Ancelos, Marsel, Beyrut, Rostov kimi şəhərlərdə də hər an belə izlər qoyub getməyə hazırdılar. Laçın, Kəlbəcərin unikal relyef müxtəlfliyi burada həm yay, həm də qış turizminin perspektivlərini artırır. Turist marağı baxımından dünyada çox populyar olan və Azərbaycan mifologiyasında geniş yer tutan səhləb bitkisi Xarı-bülbülün Şuşada canlı olaraq izlənilməsi Qarabağın turizm cazibədarlığını xüsusi olaraq artırır. Qarabağ bölgəsi Azərbaycanın bir çox yerlərindən fərqli olaraq qışı və yayı mülayim keçən, yaşıllıqlarla zəngin olan bir ərazidir. Belə bir unikal təbii-iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir. Erməni işğaından sonra burada kənd infrastrukturunu sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması şəhərli turstlər üçün bölgə kəndlərini sevimli istirahət məkanı edəcək.

Qarabağ marşrutu üzrə səyahət edən əcnəbi və yerli turistlər çıxış nöqtəsi kimi paytaxt Bakı və Azərbaycanın ikinci böyük şəhəri Gəncədən yola çıxa bilərlər. Bakıdan gələn turistləri Xankəndi və Şuşayadək təxminən 400 kilometr, Gəncədən isə təxminən 100 kilometrlik bir məsafə gözləyir. Yevlax, Bərdə və Ağdam şəhərlərindən keçməklə bu yolu normal turizm marşrutu kimi yarım gün ərzində keçmək olar. Ancaq qeyd etmək lazımdır ki, Şuşaya çatmaq üçün turistlər cənubdan Əhmədbəyli–Füzuli, yaxud Xudafərin-Qubadlı-Laçın, şimaldan isə Göygöl-Kəlbəcər istiqamətlərindən hərəkət edə bilərlər. 2020-ci ilin 27 sentyabrınadək mövcud olmuş təmas xəttinə qədərki Azərbaycanın nəzarətində olan ərazilərdə mövcud olan müasir yol-nəqliyyat infrastrukuru, insanlara göstərilən sosial-mədəni xidmətlər, bütövlükdə, ölkəmizin sosial-iqtisadi inkişafının bir göstəricsi kimi iri şəhərlərdən heç də fərqlənmir. Bunları müxtəlif vaxtlarda həmin yerlərə səfər etmiş jurnalistlərin, yaxud beynəlxalq müşahidəçilərin yol qeydlərində də görmək olar.


Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə