Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə4/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.

Musiqi beşiyi Qarabağ özünün qonaqpərvərliyi ilə həmişə seçilən məkan olub. Qədim dövr və orta əsrlərdə Azərbaycana səyahət etmiş Türk, Avropa, rus və ərəb səyyahları qədim İpək yolu üzərindəki bu dilbər güşənin ecazkar təbiətindən yazmış, insanların qonaqpərvərliyindən dərin təəssüratlar almışlar (Məmmədov, Soltanova, Rəhimov, 2005). Qarabağın müasir ifadə ilə desək, bir turizm mərkəzi kimi tanınması isə hələ XIX əsrin ikinci yarısından başlayraq Azərbaycanın neft ölkəsi kimi inkişafı ilə buraya xarici kapitalın axınından başlayır. O zamandan başlayraq Cənubi Qafqazın görməli yerləri ilə tanış olmaq istəyən bu əcnəbilər üçün Qarabağın gözəlliyi də cazibə elementi olub. Sonrakı vaxtlarda, Azərbaycanda Sovet hakimiyyəti dövründə Qarabağ respublikamızın ən çox seçilən turizm destinasyialarından biri olub, ittifaq və xarici ölkə mənşəli turistlər üçün sevimli tanışlıq, istirahət, müalicə, ekoturizm və əyləncə məzmunlu turlara ev sahibliyi edib. Çox da uzaq olmayan bu tarixi dövrdə istər Şuşa, istərsə də bütün Qrabağ bölgəsində gəlmə turizm üzrə ciddi inkişaf nəticələri qeydə alınıb.

Hələ XX əsrin 30-cu illərində Şuşada kurort məqsədilə istirahət evi, daha sonrakı dövrlərdə panisonat və sanatoriya fəaliyyət göstərib. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi “Cıdır düzü” buraya səyahətə gələnlərin sevimli yeri olub. Eləcə də Xankəndi, Ağdam, Kəlbəcər ərazilərində də turislərin mənalı asudə vaxt keçimələri üçün imkanlar var idi. Ağdamdakı çörək muzeyi, buradakı məscid turizm baxımından çox dəyərli olub. Bu dövrdə mövcud olan sosial-mədəni infrastruktur da o zamankı turistlərin tələbatına uyğun olaraq yaradılıb və bölgənin turizm-rekreasya potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb.

İşğal sonrası Qarabağ iqtisadiyyatında turizmin yeri buranın təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə əlaqədardır. Buna görə də Qarabağın zəngin təbii ehtiyatlarının və xalqımıza məxsus milli-mədəni mirasının turizm dövriyyəsinə cəlb olunması qarşıdakı dövrdə görüləcək mühüm işlərdən biri olacaq. 30 ilə yaxın doğma yurd həsrəti çəkən Qarabağ sakinlərinin, onların yaxın qohum-əqrabalarının, müxtəlif humanitar missiyalar həyata keçirən beynəlxalq təşkilatların nümayəndələrinin, dünyanın hər yerindən olan media ordusunun və bölgəyə yeni sərmayə yatırmaq üçün Azərbaycana gələcək investorların səyahət məsələləri digər işlərlə bərabər şəkildə həyata keçiriləcəkdir.


Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə