Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə7/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.

Qarabağda turizmin gələcək inkişafının iqtisadiyyata çoxaldıcı effektindən əlavə çox mühüm siyasi əhəmiyyəti də vardır. Bu gün artıq Şuşa şəhərinin və Xudafərin körpüsünün UNESCO-nun Mədəni İrs Siyahısına salınması üçün işlərə başlanılıb. Bütün bunlar 30 il ərzində ermənilərin təkcə bu bölgə üçün deyil, bütün Cənubi-Qafqaz bölgəsi üçün törətdikləri riskli bölgə imicinin də qırılması deməkdir. Belə ki, Avropadan Bakıya oradan da Naxçıvana uçmaq istəyən əcnəbi turistlər hava yolunun erməni işğalı altındakı Qarabağ üzərindən keçmədiyinə əmin olmaq istəyirdilər. Yəni, bütün Cənubi-Qafqazın təhlükəsizlik imici də işğalçı ölkə ucbatından zərər görmüşdü. Qarabağın işğalına görə mövcud olmuş riskli bölgə anlayışı isə təkcə ölkəmzdə deyil bütün bölgədə həm getmə, həm də gəlmə turizmə çox ciddi zərərlər vururdu.

Bu gün hələ də cəzasını çəkdikləri sərsəm xəyallarından əl çəkməyib, Kəlbəcərdən geri çəkilərkən hər şeyə tamah salan Sarkis kimi digər məğlub ermənilər bilməlidir ki, onların işğal etdiyi Qarabağda taladıqları Azərbaycanın qızılı, meşə sərvətləri, inşaat materialları kimi çox dəyərli turizm ehtiyatlarımız da olub. Buna görə də, Azərbaycanın Qarabağda qısa müddətdə turizmdən əldə edəcəyi müsbət nəticələr ölkəmizin turizm ehtiyatlarına, turizm sənayesinə və ümumilikdə iqtisadiyyatımıza vurulmuş zərərlərə görə Ermənistanın ödəməli olduğu maddi təzminatın daha tutarlı bir arqumenti olacaq. 2019-cu ilin nəticələrinə əsasən, Azərbaycana gəlmiş təxminən 2,4 milyon əcnəbi turistin ölkə iqtisadiyyatına qazandırdığı təxminən 2,6 milyard ABŞ dolları həcmində gəlir, bu baxımdan Qarabağın işğalı nəticəsində itirdiymizin gəlirlərin səviyyəsindən xəbər verir.

Turizm sülh və sabitliyin bəhrəsi, eyni zamanda rahat yaşayışın mühüm faktorlarındandır. Buna görə də Qarabağın azadlığa qovuşması XXI əsrin ilk mühüm hadısəsi kimi tarixə keçdisə, bu torpaqda turizmin inkişafı da bu bölgədə hamının arzu etdiyi humanitar inkişaf üçün mühüm töhfə olacaq. 30 ilə yaxın uzun bir müddət ərzində terror və təhlükə mənbəyi olmuş ərazidə turizmin inkişafının sosial-iqtisadi və mədəni həyata, o cümlədən beynəlxalq münasibətlərə də töhfə verməsi gözlənilir. Bunları aşağıdakı kimi göstərmək olar:

  • İşğal sonrası Qarabağda turizmin inkişafı bütün Cənubi-Qafqaz bölgəsi üçün uzunmuddətli sülhün təminatçısı ola bilər;
  • Turizm infrastrukturu dağıdılmış Qarabağın yenidən inkişafı üçün çoxaldıcı effekt göstərə blər;
  • Qarabağda turizmin inkişafı burada dağıdılmış maddi-mədəni mirasın bərpası üçün əsas vasitələrdən biri olacaq;
  • Qarabağda turizmin inkişafı Azərbaycanın qeyri-neft sektoruna mühüm töhfə olacaq;
  • Qarabağda turizmin inkişafı yeni nəqliyyat və kommunikasiya xətlərinin inşasına, bu da öz növbəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsindən sonra yeni turizm marşrutlarının yaradılmasına imkan yaradacaq;
  • Qarabağda turizmin inkişafı Ermənistanın bütün Cənubi-Qafqaz bölgəsi üçün formalaşdırdıqları riskli bölgə qorxusunu aradan qaldırmağa çox güclü töhfə verəcək;
  • Qarabağda turizmin inkişafı işğal dövründə Azərbaycanın uğradığı maddi və mənəvi zərərlərin əvəzinə təzminat ödənilməsi üçün çox ciddi arqument olacaq;
  • Ermənilərin mövcud məğlubiyyətlə barışmayacaqları, yeni bir fürsət yarandıqda yenidən terror və dağıntı əməllərinə başlayacaqları ehtimalının hər zaman böyük olduğunu bilərək, Qarabağda turizmin inkişafının gələcəkdə bütün belə meyillərə qarşı çox güclü humanitar sipər olacağını düşünmək olar.

Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə