Fakültə: Təhsil Kafedra: Riyaziyyat İxtisas



Yüklə 174,37 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix28.03.2023
ölçüsü174,37 Kb.
#103405
  1   2   3   4   5
Sənəd




Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universiteti 

 
 
Fakültə: 
Təhsil 
 
Kafedra: 
Riyaziyyat 
İxtisas: 
Riyaziyyat müəllimi 
Qrup: 
R21
Kurs: 
II 
 
Fənn: 
Politologiya 
Tələbə: 
Yetər Nuhova 
F
atimə Məmmədli
Müəllim: 
Sənan Mehdi 
Mövzu: 
Beynəlxalq münasibətlər sistemi və dövlətin xarici siyasəti 
Plan
1.
 
Beynəlxalq münasibətlər anlayışı 
2.
 
Beynəlxalq siyasətin qlobal problemləri
 
3.
 
Dövlətin xarici siyasət fəaliyyəti 
1.
 
Beynəlxalq münasibətlər anlayışı
Beynəlxalq münasibətlər bir neçə elm sahələrinin tərkib hissəsidir. Beynəlxalq
münasibətlər nəzəriyyəsi beynəlxalq münasibətlərin predmetində böyük əhəmiyyəti vardır. Stenli 
Hoffmanı dediyi kimi, beynəlxalq münasibətlər nəzəriyyəsi qədim tarixə malikdir.
Münaqişələrin və müharibələrin səbəbləri, xalqlar arasında sülh və əmin-amanlığın yaradılması, 
onların qarşılıqlı əməkdaşlığına diqqət yetirilməsi qədim dövrdən başlamışdır. Müasir beynəlxalq 
münasibətlər nəzəriyyəsinin təsnifatı mühüm elmi tədqiqat obyektinə çevrilmişdir. 
[1.165] 
Beynəlxalq münasibətlərin məzmunu haqqında ədəbiyyatda müxtəlif fikirlər formalaşıb. 
Buna aid ilk fikir klassik beynəlxalq hüquq məktəbi tərəfdarlarına aiddir (Oppenqeymer və 


başqaları). Onlar beynəlxalq münasibətlər anlayışını beynəlxalq cəmiyyət nəzəriyyəsi kimi iddiya 
edirlər. Onlar düşünürlər ki, dövlətlərin ictimai həyatında hüquq və əxlaq prinsiplərinin üstünlüyü
bəşəriyyətin əsasən dünya cəmiyyəti kimi yeni keyfiyyət halına keçməsinə zəmin yaradır. 
Beynəlxalq münasibətlər dedikdə, beynəlxalq cəmiyyətdə qanun-qayda yaratmaq üçün
müxtəlif formada fəallıq göstərən dövlətlərin fəaliyyətinin məcmusu başa düşülür.
[3.339] 
Sabit əlaqələrin, qarşılıqlı asılılıq münasibətlərini beynəlxalq sistemdə beynəlxalq 
münasibətlərin dinamik inkişafının mühüm əlaqəsi kimi qeyd etmək olar.

Yüklə 174,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə