Fakültə: Təhsil Kafedra: Riyaziyyat İxtisas



Yüklə 174,37 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix28.03.2023
ölçüsü174,37 Kb.
#103405
1   2   3   4   5
Sənəd

[3.343] 


2.
 
Beynəlxalq siyasətin qlobal problemləri
Hər bir şəxsin,ailənin ümumilikdə cəmiyyətin fərqli bir çox problemləri olur. Amma dünyada 
elə problemlərdə varki, onlar hamını narahat edir. Bunlar qlobal problemlər adlanır. Bunlara ona 
görə qlobal problem deyirik ki, onlar: a) bütün xalqların həyatı maraqlarına təsir edir; b) onların 
həlli dünya birliyinin birgə ciddi fikrini tələb edir.
Bu problemlər bir-birilə sıx bağlıdır və onlar 4 qrupa bölünür:
• 
Sosial-siyasi problemlər;
• 
Sosial-iqtisadi problemlər;
• 
Sosial-ekoloji problemlər;
• 
İnsanın problemləri. 
[5.178]
Bəşər cəmiyyəti adi daş alətlərdən dənizlərin dərinliklərində olan nefti çıxarmağı 
öyrənincəyə qədər böyük bir inkişaf yolu keçmişdir. O, indi də durmadan inkişaf edir, gələcəyə 
doğru irəliləyir.
Bəşəriyyət elə bir inkişaf mərhələsinə gəlib çatmışdır ki, o, bir tərəfdən böyük məhsuldar 
qüvvələr yaratmış, digər tərəfdən isə onun yaratdığı ciddi nəticələrlə qarşılaşır. 
[4.294] 
Qlobal problemlər bir sıra əlamətləri ilə fərqlənir. Qlobal problemlər: 1) sözün əsl mənasında, 
ümumdünya xarakteri daşıyır, bütün dövlətlərin və xalqların həyati mənafelərinə toxunur; 2) bütün 
bəşəriyyətə təhlükə yaradır; 3) buna görə də təxirəsalınmadan aradan qaldırmağı tələb edir; 4) 
bütün dövlətlərin fikirlərini birləşdirərək kollektiv tədbirlər sistemi həyata keçirməyi nəzərdə tutur. 
[3.368] 
Elmi ədəbiyyatda “Qlobal problem” anlayışı əsrin 50-ci illərindən işlənməyə
başlanmışdır.
[4.295] 
Müasir dövrün qlobal problemləri üç qrupa bölmək olar:
1-ci qrup nüvə müharibəsi və onunla bağlı ortaya çıxan problemlərdir.
2-ci qrup ekoloji amillərlə bağlı problemlərdir. Buraya atmosfer, litosfer, biosfer və 
hidrosferin vəziyyəti ilə bağlı problemlər aiddir.
3-cü qrup problemlərə isə azad olmuş Afrika, Asiya və Latın Amerikası ölkələrində ictimai, 
siyasi və mədəni sahələrdə tarixən yaranan problemlər daxildir. 
[4.296]
Qlobal problemlər bəşəriyyətin həyatının bir sıra sahələrini əhatə edir. Qlobal problemlərin 
meydana gəlməsi, dünya miqyasında sosial-iqtisadi, siyasi, regionlar arasında qarşılıqlı əlaqələrin 
güclənməsi ilə əlaqəlidir. 
[3.368] 
Qlobal problemlər fərqli formada təhlil olunur. Birinci mövqeyə görə “qlobal problemlər” 
bu cür meyarlarla müəyyən olunur: 1) miqyası və əhəmiyyətinə görə ən geniş, bütün dünya 


ölkələrini əhatə edən; 2) sintetik mahiyyət daşıyan və bütün sahələri əhatə edən; 3) planetar və 
beynəlxalq xarakter daşıyan.
İkinci mövqeyə görə “qlobal problemlər” dörd cəhət əsasında müəyyənləşdirilir:
1)
O hadisələr “qlobal” xarakter daşıyır ki, onlar ictimai tərəqiyyə mane olur və
sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;
2)
Onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə 
toxunurlar;
3)
Onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək, sosial-təbii və 
biososial mahiyyət daşıyırlar;
4)
Onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir. 

Yüklə 174,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə