Böyük Britaniyanın etnoqrafiyası


Şotlandiyada yaşayış məskənləri və evləri



Yüklə 103,43 Kb.
səhifə19/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   15   16   17   18   19   20   21   22   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

23. Şotlandiyada yaşayış məskənləri və evləri
Şotlandiya – da ilk daimi yaşayış məskənləri 6 min il bundan əvvəl yaranıb. Kənd məskənləri üstünlük təşkil edirdi. Kəndlər dağlıq ərazilərdə pərakəndə düzən ərazilərdə isə yığcam və ya kompakt olurdu. Damlar 2 tərəfli olur və saxsı ilə örtülürdü. Küçələr əyriliyi ilə seçilir. Daş dövründə Şotlandiyada iri daşlardan dairələr düzəldirdilər. Şotlandiya ərazisində 30-a yaxın dairə tapılmışdı. (naməlum funksiyası var). Tunc dövründən başlamış müdafiə məqsədli torpaq sədlər tikilməyə başladı. Süni adalar yaradırdılar. Müvəqqəti yaşayış məskənləri ağac daş və torpaqdan istifadə edərək yaradırdılar.. İlk daimi yaşayış məskənləri isə əkinçiliyin inkişafı ilə bağlıdı. Fermerlər tərəfindən salınmışdı. Dəniz sahilində salınırdı. Əsas tikinti materialı daş çatışmadığı üçün Şimali İrlandiyadan gətirirdilər. Şəhərlər I minilliyin sonunda meydana gəldi. Erkən orta əsrlərdə ilk feodal şəhərləri yaranıb. Əyri və dolaşıq küçələr başlanğıcını şəhər meydanından götürür. Şotlandiyada qalalar tez-tez baş verən ani hücumların qarşısını almaq məqsədilə tikilirdi. Burada qala qüllələri dördkünc, dördbucaqlı olurdu bu da yaşayış üçün əlverişli idi.
Şotlandiyada yaşayan əhalinin məskunlaşması hökumət tərəfindən təqdim edilən proqram çərçivəsində rodon ölçülərinə əsasən müəyyən edilir.
Rodon ölçülərindən məlumat çoxlu Şotland evinin üzərindən poçt indeksi sisteminin yerli hökuməti və müxtəlif bölünmələri ilə cədvəl formatda təqdim edilir.

24. İngiltərədə ilk yaşayış məskənlərinin meydana gəlməsi
İngiltərə-də şəhərlərin yaranması eramızın əvvəllərinə təsadüf edir. Burada kənd yerlərinin inkişaf etməsilə şəhərlər yaranmağa başlamışdı. Şəhərlər yarandıqdan sonra isə qraflıqlar yaranmağa başlamışdı.
London İngiltərədə ən tanınmış şəhəhdir və dövlətin paytaxtıdır.London həmçinin İngiltərədə ən köhnə şəhərlər arasındadır və şəhərin əsası 2000 il əvvəl Romalılar tərəfindən qoyulmuşdur. Şəhər Temza çayının sahillərində salınmışdır.Bas İngiltərənin ən qədim şəhərləri arasındadır və romalılar tərəfindən əsası qoyulmuşdur. Onun azərbaycan dilinə hamam (bath) kimi tərcümə olunur.Burada roma stili hamamların və müalicəvi suların olması ilə əlaqədardır.Şəhərdə Roma arxitekturasının gözəl nümunələri vardır.
410-cu ildə romalılar Britaniyanı tərk edəndən sonar burada şəhərlərin yaranması dayandı, ancaq IX əsrdə yenidən şəhərlər yaranmağa başladı. Vikinnqlərin buranı işğalından sonar burada Oksford, Herford, Vilton kimi yeni şəhərciklər salmağa başladılar. Onlar roma hücumlarından qorunmaq üçün Lester, Linkoln, York kimi şəhərlərin də əsasını qoymuşdular.
XII əsrdə qərbi Avropa boyu yeni şəhərlərin yaranması davam edirdi. Krallar, baronlar şəhər mülkiyyətindən gəlir əldə etmək məqsədilə yeni şəhərlərin salınmasına çalışırdılar66-1190-cı illər ərzində İngiltərə ilə Uels arasında 100 yeni şəhər salındı. Bunlardan bəziləri inkişaf edərək daha böyümüşdü, bəziləri isə inkişafın olması səbəbi ilə yox olmuş və ya başqa şəhərlərə qatılmışdır.
Yeni şəhərlər XIII əsrdə də yaranmağa davam etdi, buna misal olaraq Solsberini göstərmək olar. Bu çəhər yeni baş kilsəyə xidmət etmək üçün 1220-ci ildə əsası qoyuldu.Bu orta əsrlərdə planlaşdırılmış ingilis şəhərlərinin ən müvəqqiyyətlisi idi. Orta əsrlərdə şəhərlər yarandıqdan sonra insanların şəhərlərdə cəmləşməsi bu dövrdə müvcud olan epidemiyanın yayılmasına şərait yaratdı.
XVI-XVII əsrlərdə şotland və irlandların İngiltərədə məskunlaşması sayəsində burada yeni şəhərlər və qəsəbələr salındı.
İngiltərədə yaşayış məskənlərinin ənənəvi forması pərakəndə kiçik, əyri yolları olan kəndlərdi. Kənd məskənlərinin 2 növü var. Ölkənin şərqində kənd qərbində isə xutor tipli məskənlər var idi. Evlərin çoxu 1 və 2 mərtəbəli olur. Damlar 2 tərəfli hündür saxsı və ya şiferlə örtülür. Əsas tikinti materialı kimi daş, əhəng və kərpicdən istifadə olunur. İngiltərədə şəhərlər eradan əvvəl 1-ci minilliyin sonlarında meydana gəlmişdir. İlkin orta əsrlərdə feodal şəhərləri meydana gəldi. Şəhərlərin mərkəzində meydan olur. Başlanğıcını meydandan götürən dar və qarışıq küçələr labirintə oxşayır. Memarlıqda qalalar xüsusi yer tutur. İlk qalalar anql və saksların dövründə meydana gəlmişdir. İlk qalalar ağacdan tikilirdi, bu səbəbdən də dövrümüzə gəlib çatmayıb. Roma işğallarından başlamış Kester adlı möhkəmləndirilmiş qalalar meydana gəldi. İngiltərədə bu qalalar Normann işğallarından sonra olub. Daxili toqquşmalar tez-tez olduğu üçün ən sadə tikililər belə müdafiə ehtiyatları ucun uzun müddətli müharibəyə uyğun tikilirdi. Ətrafları ağac hasarla əhatələnirdi. Ev, köməkçi binalar anbarlar bu hasarın daxilində yerləşirdi. XII əsrdən başlayaraq İngiltərədə dairəvi qülləsi olan qalalar tikilirdi. Bunlar yaşayış üçün rahat deyildi. İngiltərə memarlığında qot üslublu tikililər var idi. XVIII əsrdən başlayaraq ing. Memarlığında yüngül və bəzəkli neoklassik stil yayıldı.
Şəhərlərin inkişaf edib zənginləşməsi ilə əlaqədar yeni şəhər tipi meydana gəldi, bu şəhərlər tipi kurort-şəhərlər adlanır. Əvvəllər balıq tutmaq üçün əlverişli olan şəhərlər sonradan daha böyüyərək və inkiçaf edərək Brayton kimi kurort-şəhərlərə çevrilmişdir.
Şəhər –bağların təsiri altında ,1946-cı ildə Yeni Şəhər Aktı Londonun ətrafında yeni şəhərlərin yaradılması üçün 14 sahəni müəyyən etdi.
Demoqrafik partlayış kəndlərin şəhərlərə birləşdirilməsi yeni şəhərlərin yaranmasına şərait yaratmışdı. Yaşayış üçün şəhər ətrafında mikrorayonlar yaradılmağa başladı.Hazırda İngiltərədə 50 şəhər vardır və bunlardan ən inkişaf etmiş şəhərlər bunlardır: London, Birmingem, Kembric, Oksford, Mançestr, Liverpul və s.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə