Böyük Britaniyanın etnoqrafiyası


Uelsdə yaşayış məskənləri və evləri



Yüklə 103,43 Kb.
səhifə20/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   16   17   18   19   20   21   22   23   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

25. Uelsdə yaşayış məskənləri və evləri
Uels-də ilk yaşayış məskənləri 5 min il bundan əvvəl meydana gəlib bunlar əkinçi tayfaların kiçik məskənlərindən ibarət idi. Burada kəndlər üstün idi. Vikinqlər hücumundan sonra bu məskənlərin ətrafı əvvəl ağac sonra daş hasarlarla əhatələndi. Az həyətli məskənlər geniş yayılıb. Evlər daşdan və kərpicdən tikilir. Damlar ikitərəflidir, saxsıyla örtülür. Uelsdə şəhərlər e.ə. I minilliyin sonlarında meydana gəlsədə XVI əsrə qədər zəif inkişaf edib. Onlar daş müdafiə divarları ilə əhatələnir. Möhkəm dəmir qapıları olur. Mərkələşdirilmiş dövlət yaranandan sonra Uelsə olan hücumların azalması nəticəsində şəhərlər inkişaf etməyə başladı. Şəhər divarlarının arxasında intensiv tikinti işləri həyata keçirilir. Şəhər ətrafında bir-iki mərtəbəli, mərkəzdə çox mərtəbəli binalar tikilməyə başladı. Başlanğıcını meydandan götürən əyri, dolaşıq yollar vardı. Normandların hücumuna qədər uelsdə daş qalalar yox idi. Bununla yanaşı uelsdə xalq memarlıq stili inkişaf etmişdi, yəni kəndlilər tərəfindən qayaların ətəklərində yonulmamış daşdan bir mərtəbəli binalar tikilir. Çox vaxt sarı, qırmızı rənglə boyanırdı.
Bizim eranın əvvəllərində Uelsdə kelt tayfalarından olan kumrlar (kambriyalılar) yaşayırdılar. Hal- hazırda əhalinin 70 % şəhər tipli məskənlərdə yaşayırlar. Ən böyük şəhərləri: Kardiff ( 250 min), Suona ( 160 min) Uelsin sənaye şəhərlərində mərkəzi küçə bütün şəhərboyu uzanır, ətraflarında isə yaşayış evləri yerləşir.
Kardiff şəhəri “T” hərifinə oxşayır. Qalan kiçik şəhərlər düzbucaqlı şəklindədir.6-12 min əhalisi olan kiçik şəhərlər də vardır. Digər kömür sənayesi ilə məşğul olan şəhərlərdə sənaye rayonları və yaşayış evləri bir-birinə yaxın yerləşir. Uels evləri və tikililəri ingilislərdə olduğu kimidir. Kənd yerlərində evlər bir – birinə sıx , həm də küçələrin kəsişmələrində yerləşir.
Əvvəllər Uelsin şimalında daş evlər tikirdilər (damsız). Cənubda isə evləri damlı tikirdilər. İndi isə evləri ən çox kərpiclə tikir, üstünə şiferlə dam qoyurlar.
Uelsin kənd yerlərində uzun evlər tikirlər. Burada həm yaşayış, həm də təsərrüfat üçün istifadə olunur. İndi həyətləri dördbucaqlı tikirlər, ətrafını isə hündür hasarla çəpərləyir, iri ikitərəfli qapı qoyurlar. Bu tikililərin böyüklüyü fermerin maddi vəziyyətdən asılıdır. Köhnə Uels evlərinin tavanı və daxili arakəsmələri olmurdu, ev ortada yandırılan ocaq hesabına qızdırılırdı. XIX əsrdən etibarən bacası olan divar peçləri tikməyə başladılar. Sonralar böyük mətbəx otaqlarını yataqdan ayirdilar. Damin altında isə uşaqlara yataq otaqları düzəltməyə başladılar. Cənubi Uelsdə artıq evləri plana uyğun 2 mərtəbəli tikirlər. 1-ci mərtəbədə iri mətbəx olur, onun yanında böyük qonaq otağı olur. 2-ci mərtəbədə böyük yataq otağı olur.
Şimali Uelsdə isə orta və xırda fermerlərin evləri adətən 1 mərtəbəli olur, damın aldında uşaqlar üçün yataq otağı düzəldirdilər.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə