Yerləşmə dövlət konsulluq qurumunun funksiyalarının yerinə yetirilməsi üçün hər cür imkan yaratmalıdır



Yüklə 21,44 Kb.
səhifə1/4
tarix19.04.2023
ölçüsü21,44 Kb.
#106257
  1   2   3   4
60.Konsul imtiyazları və immunitetləri 155 qısadı


Yerləşmə dövlət konsulluq qurumunun funksiyalarının yerinə yetirilməsi üçün hər cür imkan yaratmalıdır. Təmsil edən dövlətin dövlət bayrağı və dövlət gerbi konsulluq qurumunun tutduğu binada, həmçinin xidməti vəzifələri ilə bağlı olduğu hallarda, nəqliyyat vasitələrində müvafiq olaraq ucaldıla və bərkidilə bilər. BU hüquqların istifadəsi zamanı yerləşmə dövlətinin qanunları, qayda və adətləri nəzərə alınmalıdır.
Yerləşmə dövləti ya öz ərazisində qanunlarına uyğun olaraq təmsil edilən dövlətə konsulluq qurumu üçün zəruri binaların alınmasında kömək etməli, ya da təmsil edilən dövlətin başqa yollarla binalar almasına yardım göstərməlidir. Həmçinin o, ehtiyac yarandıqda, əməkdaşlarına da münasib binalar almaqda konsulluq qurumuna yardım etməlidir.
Konsulluq binaları toxunulmazdırlar.Yerləşmə dövlətinin hakimiyyət orqanları konsulluq qurumu başçısı, onun təyin etdiyi şəxs, yaxud təmsil edilən dövlətin diplomatik nümayəndəlik başçısının razılığı olmadan konsulluq binalarının sırf konsulluq qurumunun işi üçün istifadə olunan hissəsinə daxil ola bilməzlər. Buna baxmayaraq yanğın, yaxud digər təcili qorunma tədbirləri tələb edən təbii fəlakət halında konsulluq qurumu başçısının razılığı ehtimal edilə bilər. Qeyd olunan istisnalarla yerləşmə dövlətin üzərinə konsulluq binalarının hər cür hücumlar və zərər vurulmasından qorumaq və konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Konsulluq binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin onun nəqliyyat vasitələri dövlət müdafiəsi və ya ictimai ehtiyaclar məqsədlərində hər növ müsadirədən immunitetə malikdir. Göstərilən məqsədlər üçün bina­ların ayrılmasının lüzumluğu halında konsulluq funksiyalarının pozulmaması üçün bütün mümkün tədbirlər görülür və təmsil edilən dövlətə gecikdirilmədən müvafiq və effektiv təzminat ödənilir.
Təmsil edən dövlətin, yaxud onun adından hərəkət edən şəxsin sahib, yaxud icarəçi olduğu konsulluq binaları və konsulluq qurumu başçısının ştat iqamətgahı konkret xidmət növünə görə ödənişə aid edilənlər istisna olmaqla bütün dövlət, bölgə və bələdiyyə vergi və rüsumlarından azaddırlar. göstərilən vergi tutmalarına təmsil edilən dövlətlə və ya onun adından hərəkət edən şəxslə müqavilə bağlayan şəxslərin üzərinə yerləşmə dövlətinin qanunlarına uyğun olaraq qoyulan vergi və rüsumlar aid edilmir.
Konsulluq arxiv və sənədlərinin toxunulmazlığı Konsulluq arxiv və sənədləri bütün vaxtlarda və harada olmalarından asılı olmayaraq toxunulmazdır.
Əgər bu, dövlətin təhlükəsizliyi baxımından gedilməsi qadağan edilən və ya tənzimlənən zonalar haqqında qanun və qaydalara zidd deyildirsə, yerləşmə dövləti konsulluq quru­munun bütün əməkdaşlarına öz ərazisində azad hərəkətini təmin etməlidir.

Yüklə 21,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə