Yerləşmə dövlət konsulluq qurumunun funksiyalarının yerinə yetirilməsi üçün hər cür imkan yaratmalıdır



Yüklə 21,44 Kb.
səhifə2/4
tarix19.04.2023
ölçüsü21,44 Kb.
#106257
1   2   3   4
60.Konsul imtiyazları və immunitetləri 155 qısadı

Əlaqələr azadlığı Yerləşmə dövləti konsulluq qurumunun rəsmi məq­sədlər üçün bütün əlaqələrinə icazə verməli və bu əlaqələrin azadlığını mühafizə etməlidir. Təmsil edilən dövlətin hökuməti, diplomatik nümayəndəlikləri və digər konsulluq qurumları ilə – onlar harada olursa olsunlar – konsulluq qurumu diplomatik və konsul kuryerləri, diplomatik və konsul valizləri, kodlaşdırılmış, şifrələnmş məktublar daxil olmaqla bütün əlverişli vasitələrdən istifadə edə bilər. Bununla belə, ancaq yerləşmə dövləti razılığı ilə konsulluq qurumu radioqəbuledici qurub onu istismar edə bilər.
Konsulluq qurumunun rəsmi yazışması toxunulmazdır. Rəsmi yazışma dedikdə, konsulluq qurumu və onun funksiyalarına aid olan bütün yazışmalar nəzərdə tutulur. Konsulluq valizini (çamadanı) açmaq və gecikdirmək olmaz. Lakin yerləşmə dövlətinin səlahiyyətli orqanları valizdə məktublar, sənədlər və əşyalardan başqa nəyinsə olduğunu hesab etməyə ciddi əsasları varsa, onlar təmsil edilən dövlətin səlahiyyətli nümayəndəsi iştirakı valizin açılmasını tələb edə bilərlər. Təmsil edilən dövlətin hakimiyyət orqanları bu tələbi icra etməkdən imtina etdikləri halda, valiza ilkin ünvana qaytarılır. Konsulluq valizini təşkil edən bütün yerlər onların xarakterini göstərən, görünən xarici nişanlara malik olmalı və bunlarda sırf rəsmi istifadə üçün nəzərdə tutulan yalnız rəsmi sənədlər və əşyalar olmalıdır. Konsulluq qurumu statusu və konsulluq valizini təşkil edən yerlərin sayı göstərilmiş rəsmi sənədlərlə təmin edilməlidir. Yerləşmə dövlətinin razılığı olduğu hallar istisna olmaqla, o, nə yerləşmə dövlətinin vətəndaşı, nə, təmsil edilən dövlətin vətəndaşı olmadığı təqdirdə, yerləşmə dövlətində daimi yaşaya bilməz. Konsulluq kuryeri öz vəzifəsini yerinə yetirərkən yerləşmə dövlətinin müdafiəsindən istifadə edir. O, şəxsi toxunulmazlıqdan istifadə edir və hər hansı bir formada həbs edilə və ya tutulub saxlanıla bilməz. Təmsil edilən dövlət, onun diplomatik nümayəndəliyi və konsul qurumları ad hoc (lat. – xüsusi, müəyyən məqsədlə yaradılmış) konsulluq kuryer təyin edə bilər. Konsulluq vizası gəlməsi üçün icazə verilən aeroporta istiqamət götürən gəminin və ya mülki təyyarənin komandirinə etibər edilə bilər. Komandir valizi təşkil edən yerlərin sayı göstərilən rəsmi sənədlə təmin edilir, lakin o, konsulluq kuryeri hesab olunmur. Konsulluq qurumu valizi təyyarə komandirindən bilavasitə və maneəsiz qəbul etmək üçün səlahiyyətli yerli orqanlarla razılaşdırılmış qaydada öz əməkdaşlarından birini göndərə bilər.

Yüklə 21,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə