Yerləşmə dövlət konsulluq qurumunun funksiyalarının yerinə yetirilməsi üçün hər cür imkan yaratmalıdır


Əcnəbilərin qeydiyyatı və yaşayış üçün icazə almaqdan azadolma



Yüklə 21,44 Kb.
səhifə4/4
tarix19.04.2023
ölçüsü21,44 Kb.
#106257
1   2   3   4
60.Konsul imtiyazları və immunitetləri 155 qısadı

Əcnəbilərin qeydiyyatı və yaşayış üçün icazə almaqdan azadolma Vəzifəli konsulluq şəxsləri, konsulluq əməkdaşları və onların birgə yaşadıqları ailə üzvləri, yerləşmə dövlətinin əcnəbəilərin qeydiyyatı üzrə qanun və qaydaları ilə nəzərdə tutulan bütün öhdəliklərdən və yaşayış üçün icazə almadan azad edilirlər.
Işə icazə almaqdan azad etmə Konsulluq qurumunun əməkdaşları təmsil edilən dövlət üçün iş icraatı ilə bağlı məsələlərdə təmsil edən dövlətin əcnəbilərin işə götürülməsi haqqında qanun və qaydaları ilə təsbit edilmiş istənilən öhdəliklərdən azaddırlar.
Sosial təminata aid tutulmalar Yerləşmə dövlətində sosial təminat haqqında qüvvədə olan qərarlar təmsil edilən dövlət üçün iş icraatı ilə bağlı məsələlərdə konsulluq qurumu əməkdaşları və onların birgə yaşadıqları ailə üzvlərinə şamil edilmir.
Vergi tutulmaları Vəzifəli konsulluq şəxsləri və konsulluq əməkdaşları, həmçinin onlarla birgə yaşayan ailə üzvləri aşağıdakılar istisna edilməklə bütün vergi və rüsumlardan – şəxsi, mülki, dövlət, bölgə və bələdiyyə vergilərindən azad olunur: a) məhsulun və ya xidmətin qiymətinə adətən daxil olan bilvasitə vergilərdən; b) yerləşmə dövlətinin ərazisindəki daşınmaz şəxsi mülkiyyətə vergi və rüsumlardan, xidməti personal əməkdaşları işlərinə görə aldıqları əməkhaqqıya vergi və rüsumlardan azaddırlar.
Gömrük rüsumları və baxışdan azad olma Yerləşmə dövləti özünün qəbul etdiyi qanun və qaydalara müvafiq olaraq aşağıda göstərilənləri gətirməyə icazə verir və anbar, daşınma rüsumları və bu növ xidmət növləri istisna olmaqla bütün gömrük vergilərindən və bununla bağlı rüsumlardan azad edir:
Konsulluq imtiyaz və immunitetlərinin başlanması və bitməsi Konsulluq qurumunun hər bir əməkdaşı öz vəzifəsini tutmaq üçün gedərkən yerləşmə dövlətinin ərazisinə qədəm qoyduğu andan və ya əgər həmin şəxs artıq bu dövlətin ərazisindədirsə, konsulluq qurumunda vəzifələrinin icrasına keçdiyi andan hazırki Konvensiya ilə nəzərdə tutulan imtiyaz və immunitetlərdən istifadə edir.
Yüklə 21,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə