Yerləşmə dövlət konsulluq qurumunun funksiyalarının yerinə yetirilməsi üçün hər cür imkan yaratmalıdır


Vəzifəli konsulluq şəxsləri təmsil edilən dövlətin vətəndaşları ilə azad əlaqə qura və onlarla görüşə bilərlər



Yüklə 21,44 Kb.
səhifə3/4
tarix19.04.2023
ölçüsü21,44 Kb.
#106257
1   2   3   4
60.Konsul imtiyazları və immunitetləri 155 qısadı

Vəzifəli konsulluq şəxsləri təmsil edilən dövlətin vətəndaşları ilə azad əlaqə qura və onlarla görüşə bilərlər. Təmsil edilən dövlətin vətəndaşları da vəzifəli konsulluq şəxsləri ilə münasibətdə və onlarla görüşməkdə eyni azadlığa malikdirlər.
Konsulluq rüsumları Konsulluq qurumu yerləşmə dövlətinin ərazisində konsulluq aktlarının edilməsinə görə yerləşmə dövlətinin qanun və qaydaları ilə nəzərdə tutulan rüsumları yığa bilər. Rüsumlar şəklində yığılan məbləğlər və bu cür rüsumların alınması haqqında qəbzlər yerləşmə dövlətində bütün vergi və rüsumlardan azad edilir.
Vəzifəli konsulluq şəxslərinin müdafiəsi Yerləşmə dövləti vəzifəli konsulluq şəxslərinə lazımi hörmətlə yanaşmalı və onların şəxsiyyəti, azadlığı, yaxud şərəfinə istənilən qəsdlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.
Vəzifəli konsulluq şəxslərinin şəxsi toxunulmazlığı Vəzifəli konsulluq şəxsləri ağır cinayətlərin törədilməsi halında səlahiyyətli məhkəmə orqanlarının qərarı əsasındandan başqa heç bir halda nə həbsə, nə də ilkin saxlanmaya məruz qala bilməz.
Həbs, ilkin saxlanma, yaxud məhkəmə təqibi haqqında məlumatlandırma Konsulluq personalının hər hansı əməkdaşının həbsi və ya ilkin saxlanması, yaxud ona qarşı cinayət işinin açılması halında yerləşmə dövləti bu barədə gecikdirmədən konsulluq qurumunun başçısını məlumatlandırır. Əgər bu tədbirlərə sonuncu özü məruz qalısa, ona qarşı məhkəmə təqibi mümkün qədər qısa vaxt ərzində başlanmalıdır.
Yurisdiksiyadan immunitet Vəzifəli konsulluq şəxsləri və konsulluq əməkdaşları konsulluq funksiyalarının icrası zamanı etdikləri hərəkətlərə münasibətdə yerləşmə dövlətinin məhkəmə, yaxud inzibati orqanlarının yurisdiksiyasından azaddırlar. Bu istisna mülki iddiaya şamil edilmir
Şahid ifadəsi vermək öhdəliyi Konsulluq qurumunun əməkdaşları məhkəmə və ya inzibati işlərin icraatı zamanı şahid qismində dindirilə bilərlər. Vəzifəli konsulluq şəxsi ifadə verməkdən imtina edirsə, ona qraşı heç bir məcburiyyət, yaxud cəza tədbirləri tətbiq oluna bilməz. Konsulluq qurumunun əməkdaşları öz funksiyalarının icrası və ya onların funksiyalarına aid olan rəsmi yazışma və sənədlərlə bağlı məsələlər üzrə ifadə verməyə borclu deyillər. Onlar həmçinin təmsil edilən dövlətin qanunvericiliyini şərh edən ifadələr verməyə borclu deyillər.

Yüklə 21,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə